Abbasova Bəhriyyə Nizami qızı

“İqtisadiyyat və marketinq” kafedrasının laborantı

Bəhriyyə Nizami qızı Abbasova 20 iyun 1984-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2002-ci ildə Naxçıvan Dövlət Universitetinə daxil olmuş, 2007-ci ildə İbtidai Təhsilin pedaqogikası və metodikası ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2015-ci ildə Naxçıvan Dövlət Universitetini “İqtisadiyyat” ixtisası üzrə əlavə ali təhsil alaraq bitirmişdir.

2014-cü ildə Naxçıvan şəhər 5№-li bağcada müəllimə, 2015-ci ildən sonra Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsində baş laborant vəzifəsində çalışmışdır.

Hal-hazırda “iqtisadiyyat və marketinq” kafedrasında laborant vəzifəsində işləyir.