Bildiriş

Bildiriş

Naxçıvan Dövlət Universitetində 24 yanvar 2024-cü il tarixindən 24 fevral 2024-cü il tarixinədək attestasiya vaxtı çatmış doktorant və dissertantların  attestasiyası keçiriləcəkdir. Attestasiya Universitet Elmi Şurası tərəfindən  06 sentyabr 2023-cü il tarixdə (protokol №1) qəbul  olunmuş və rektorun 07 sentyabr 2023-cü il tarixli 14 nömrəli əmri ilə təsdiq olunmuş “Doktorant və dissertantların attestasiyası haqqında Əsasnamə”yə uyğun olaraq aparılacaqdır.

Doktorant və dissertantlar attestasiya üçün təsdiq olunmuş vahid formalar olan 3, 4, 5 nömrəli formaları hazırlayıb təhkim olunduqları ixtisas kafedralarınına yaxınlaşmalı və attestasiyadan keçmələri haqqında kafedra və fakültə çıxarışlarını, eyni zamanda attestasiya vərəqini (forma 6) Magistratura və doktorantura mərkəzinə təqdim etməklə attestasiya arayışını (forma 7) ala bilər.

Diqqət:

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli qərarının 3.30. bəndinə uyğun olaraq “Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər”. Attestasiyanın keçirilmə müddəti ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.

Vaxtında tələb olunan sənədləri mərkəzə təqdim etməyən doktorant və dissertantlar attestasiyadan keçməmiş hesab olunacaq və  universitetin doktorant və dissertantları sırasından xaric ediləcəkdir.

 

Magistratura və doktorantura mərkəzi

Leave a Reply

Your email address will not be published.