Cəfərova Rəna Ələkbər qızı, Baş müəllim
Rəna Ələkbər qızı Cəfərova 1956-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbin fortepiano sinifinə qəbul olunub. 1975-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirib, elə həmin ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano ixtisası üzrə ifaçılıq fakültəsinə qəbul olunub. Konservatoriyada Azərbaycan xalq artisti, professor Kovkəb Səfərəliyevanın sinifində təhsil alıb. 1978-ci ildə Qara Qarayevin yubleyi münasibətilə keçirilən müsabiqədə iştirak edərək II dərəcəli diploma layiq görülüb. 1980-ci il Konservatoriyanı bitirdikdən sonra Təhsil Nazirliyinin təyinatı ilə Naxçıvan musiqi texnikumunda (indiki Naxçıvan Musiqi Kolleci) müəllim kimi fəaliyyətə başlayıb. İşlədiyi müddətdə bir çox tələbələri Respublika müsabiqəsində diplomlara layiq görülüb. Bir ifaçı kimi dövlət tədbirlərində, televizya verlişlərində iştirak edib. 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinə ştat üzrə müəllim vəzifəsinə təyin edilib. 2009-cu ildən baş müəllim vəzifəsində çalışır. İfaçılıq fəaliyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin 2006-ci il 6 yanvar tarixi fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Elmi məqalə
- Fortepiano texnikasının inkişaf metodları.
- Musiqi müəllimlərinin şagirdlərlə yaradıcılıq əlaqəsi.