Cabbarzadə Müslüm Əli oğlu

01 aprel 1975-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində ziyalı ailəsində anadan olub.

1991-ci ildə Nüsnüs kənd orta məktəbini qızıl medalla bitirərək Naxçıvan Dövlət Universitetinin “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisasının əyani şöbəsinə qəbul olunub. 1996-cı ildə universiteti həmin ixtisas üzrə fərqlənmə diplomu ilə bitirib və 1997-ci ildən Naxçıvan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirib.

2001-ci ildə aspirantura təhsilini başa vurub, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik işini uğurla müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasında müəllim kimi başlayıb. 2001-2003-cü illərdə İqtisad-hüquq fakültəsinin dekan müavini, 2002-2007-ci illərdə “İqtisadiyyat və tənzimləmə” kafedrasında baş müəllim, 2004-2014-cü illərdə İqtisad fakültəsinin dekan müavini vəzifələrində çalışıb. 2008-2014-cü illərdə eyni zamanda Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasında 0,5 ştat dosent vəzifəsində fəaliyyətini davam etdirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 05 iyun 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri, 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ali Məclis Sədrinin 7 yanvar 2020-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə çevrildiyindən fəaliyyətini xidmətin rəisi kimi davam etdirir. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının 0,5 ştat dosentidir.

Müxtəlif illərdə Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Malayziyada, Polşada keçirilmiş beynəlxalq elmi tədbirlərdə iştirak və məruzələr edib. 80-ə yaxın elmi əsəri ölkədə və xaricdə dərc olunub.

1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Dərc olunmuş elmi əsərləri

  1. İqtisadi böhran və onun aradan qaldırılması yolları. NDU-da keçirilən “Yeni iqtisadi islahat şəraitində iqtisadiyyatın inkişafının aktual problemləri və iqtisad fənlərinin tədrisinin təkmilləşdirilməsi məsələləri” konfransının materialları, Bakı, 1994, səh. 39-41.
  2. Mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsinin əsas xüsusiyyətləri və problemləri. NDU-da keçirilən “Müasir şəraitdə iqtisadiyyatın inkişafının regional problemləri” konfransının materialları, Bakı, 1996, səh. 27.
  3. “Xarici menecment nəzəriyyəsi” fənninin proqramı. Bakı, ADPU-nun mətbəəsi, 1997, 8 səh.
  4. Regionda iqtisadi islahatların aparılması zəruriliyi və əhəmiyyəti. ADK-da keçirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafının müasir problemləri” konfransının materialları, Bakı, Diplomat, 1998, səh. 65-67.
  5. Özəlləşdirmənin iqtisadi mexanizminin regional fəaliyyət xüsusiyyətləri. NDU-da keçirilən “Naxçıvan MR iqtisadiyyatı XXI əsrin astanasında” konfransının materialları, Bakı, Ağrıdağ, 1998, səh. 47-49.
  6. Milli iqtisadiyyatın inkişafında beynəlxalq iqtisadi münasibətlərin yeri və rolu. Ali Diplomatiya Kolleci Naxçıvan bölməsi. Məqalələr məcmuəsi. İctimai elmlər. Bakı, Diplomat, 1998, səh. 58-60.
  7. Özəlləşdirmə və onun hüquqi normalarla tənzimlənməsi. “Naxçıvan” Universitetində keçirilən “Cəmiyyətin demokratikləşdirilməsi və radikal iqtisadi islahatların həyata keçirilməsinin hüquqi bazasının yaradılması problemləri” konfransınnı materialları, Bakı, Bakı Universiteti, 1998, səh. 42-43.
  8. Mülkiyyətin özəlləşdirilməsində Türkiyə təcrübəsindən istifadə məsələləri. NDU-da keçirilən “Müasir şəraitdə Türkiyə-Naxçıvan iqtisadi əlaqələrininvəziyyəti və əsas inkişaf istiqamətləri” beynəlxalq simpoziumunun materialları, Bakı, Tərəqqi, 1998, səh. 40-41.
  9. Özəl müəssisələrin islahatlaşdırılmasının bəzi məsələləri. “Naxçıvan” Universiteti. Professor-müəllim heyətinin 1998-ci ilin elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi konfransdakı məruzələrin materialları. Bakı, 1999, səh. 48-51.
  10. Muxtar Respublikanın iqtisadi inkişafında özəlləşdirmənin rolu. “Naxçıvan” Universiteti. Professor-müəllim heyətinin 1999-cu ilin elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi konfransdakı məruzələrin materialları. Bakı, 2000, səh. 45-46.
  11. Muxtar Respublika müəssisələrinin özəlləşdirmədən sonrakı inkişaf istiqamətləri. NDU-da keçirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf problemləri” konfransının materialları, Naxçıvan, Qeyrət, 2000, səh. 84-88.
  12. Dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı inkişaf problemləri. Naxçıvan Özəl Universiteti. II beynəlxalq elmi-praktik konfransın materialları, Bakı, Nurlan, 2001, səh. 50-52.
  13. Özəlləşdirmə mexanizminin təkmilləşdirilməsi istiqamətləri. Naxçıvan Özəl Universiteti professor-müəllim heyətinin 2000-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları, Bakı, Nurlan, 2001, səh. 37-39.
  14. Sahibkarlıq fəaliyyətinin inkişafında özəlləşdirmənin rolu. Kiçik biznes və sahibkarlığın inkişafı problemləri, Bakı, Elm, 2002, səh. 45-47.
  15. Özəlləşdirilmiş müəssisələrin bazar şəraitində fəaliyyət modelinin formalaşması. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, № 9, 2002, səh. 62-65.
  16. Özəl müəssisələrin inkişafında dövlətin rolu. Azərbaycan MEA Naxçıvan Regional Elm Mərkəzinin əsərləri, VII buraxılış, Bakı, Elm, 2003, səh. 192-195.
  17. Özəlləşdirmədən sonrakı mərhələdə region müəssisələrinin restrukturizasiyası. “İqtisadiyyat və audit”, aylıq elmi-praktik jurnal, № 1, 2003, səh. 21-26.
  18. Özəl müəssisələrin inkişafında regional tədbirlər. NDU-da keçirilən “Kiçik biznes və sahibkarlıq fəaliyyətinin inkişafı problemləri” III Beynəlxalq simpoziumunun materialları, Bakı, Bakı Universiteti nəşriyyatı, 2003, səh. 49-52.
  19. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında özəl bölmənin rolu. Azərbaycan iqtisadiyyatı yüksəliş yolunda. Məqalələr toplusu. XV buraxılış. AMEA İqtisadiyyat İnstitutu. Bakı, Elm, 2003, səh. 370-374.
  20. Özəlləşdirmənin hüquqi bazasının təkmilləşdirilməsi məsələləri. Naxçıvan Özəl Universiteti. 2003-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları. Bakı, 2004, səh. 59-60.
  21. Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında özəl bölmənin rolu. Naxçıvan Dövlət Universiteti. Kiçik biznes və sahibkarlıq fəaliyyətinin inkişaf problemləri. Məqalələr toplusu. Bakı, Bakı Universiteti nəşriyyatı, 2004, səh. 71-76.
  22. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişaf perspektivləri. Azərbaycan ETKTİTİ-nin Elmi Əsərləri, №3, 2004, səh. 44-47.
  23. Azərbaycanda iqtisadi araşdırmaların və elmi tədqiqatların əlaqələndirilməsinin mərkəzi. AMEA Naxçıvan bölməsi. Azərbaycanda elmin inkişafı və regional problemlər. Bakı, Nurlan, 2005, səh. 46-48.
  24. Azərbaycan Respublikasında iqtisadi islahatlar və məşğulluq səviyyəsinin tənzimlənməsi. Naxçıvan Dövlət Universiteti. Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin aktual problemləri. Məqalələr toplusu. Naxçıvan, Məktəb, 2005, səh. 29-33.
  25. Özəlləşdirmə və regional sosial-iqtisadi inkişafın dövlət tənzimlənməsi. Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, №1, 2005, səh. 132-138.
  26. İqtisadi artım və səmərəliliyin yüksəldilməsində özəlləşdirmə amili. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, №17, 2005, səh. 121-124.
  27. Regional sosial-iqtisadi inkişaf: müasir vəziyyəti və perspektivləri. Azərbaycan Respublikası Auditorlar Palatası. İqtisadiyyat və audit aylıq elmi-praktik jurnalı, № 7, 2005, səh. 2-4.
  28. Xarici iqtisadi siyasətin müasir istiqamətləri və problemləri. Naxçıvan Müəllimlər İnstitutunun Elmi Əsərləri, №1(5), 2006, səh. 79-83.
  29. Regionda dayanıqlı inkişafın təşkilati iqtisadi məsələləri. Azərbaycan ETKTİTİ-nin Elmi Əsərləri, №2, 2006, səh. 93-96.
  30. Bakalavr hazırlığı üçün “Gömrük işinin təşkili və ekspertizası” fənninin proqramı. Naxçıvan, “Məktəb” nəşriyyatı, 2006, 20 səh.
  31. Bakalavr hazırlığı üçün “Xarici ticarətin əsasları” fənninin proqramı. Naxçıvan, “Məktəb” nəşriyyatı, 2006, 16 səh.
  32. Naxçıvan Muxtar Respublikasında davamlı inkişafın təşkilati-iqtisadi məsələləri. Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri. (9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Bakı, Təhsil, 2006, səh. 449-455.
  33. Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafının tənzimlənməsi. Naxçıvan Dövlət Universiteti. “Regionun sosial-iqtisadi inkişaf problemləri” mövzusunda keçirilən konfransın materialları. Naxçıvan, Məktəb, 2006, səh. 31-35.
  34. Eksklav şəraitdə regional iqtisadi inkişafın aktual problemləri. Azərbaycan Dövlət Pedaqoji Universiteti. Xəbərlər. Təbiət elmləri seriyası, №2, 2006, səh. 300-304.
  35. İqtisadi yüksəlişin yeni mərhələsi: regional inkişaf və xüsusi iqtisadi zonalar. Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər. Tarix elmləri, ictimai elmlər, iqtisadiyyat və hüquq seriyası. №2 (22), 2007, səh. 170-174.
  36. Eksklav şəraitdə regional iqtisadi inkişafın dövlət tənzimlənməsi. Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik. AMEA Naxçıvan bölməsində keçirilmiş elmi praktik konfransın materialları. Bakı, Nurlan, 2007, səh. 298-306.
  37. Bakalavr hazırlığı üçün buraxılış işi qabağı istehsalat təcrübəsinin təşkilinə dair metodik göstərişlər. Naxçıvan, Məktəb, 2007, 36 səh.
  38. İqtisadçı kadrların hazırlanması və ixtisasının artırılmasında distant təhsildən istifadə imkanları. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutunda keçirilən elmi-praktik konfransın materialları. Naxçıvan, Məktəb, 2007, səh. 47-50.
  39. İqtisadçı kadrların hazırlanmasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə məsələləri. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, №3 (11), 2007, səh. 140-144.
  40. Naxçıvan Muxtar Respublikasında özəlləşdirmənin sosial-iqtisadi nəticələri. Naxçıvan Muxtar Respublikasında aqrar islahatların gedişi və sosial-iqtisadi perspektivləri. Naxçıvan Dövlət Universitetində keçirilmiş elmi konfransın materialları. Naxçıvan, Məktəb, 2008, səh. 26-29.
  41. Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf modeli. Heydər Əliyev zirvəsi (məqalələr və xatirələr). Naxçıvan, Qeyrət nəşriyyatı, 2008, səh. 74-77.
  42. İnformasiya iqtisadiyyatına keçid və rəqabətədavamlı yüksək texnologiyalı milli təsərrüfatın formalaşdırılması. Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər. Tarix və ictimai elmlər seriyası. №5 (25), 2008, səh. 227-230.
  43. İqtisadi təhsilin müasir tələblər səviyyəsində qurulmasında distant təlim texnologiyasından istifadə məsələləri. Təhsil ocağı. Elmi, metodiki və publisistik jurnal. №3-4, 2008, səh. 132-137.
  44. “İqtisadi diplomatiya” fənninin proqramı. Naxçıvan, Məktəb nəşriyyatı, 2009, 20 səh.
  45. Regionda sərhədyanı iqtisadi əməkdaşlığın beynəlxalq təcrübəsindən istifadənin prioritet istiqamətləri. Beynəlxalq iqtisadi əlaqələrin inkişafında regionların rolu və əhəmiyyəti. Beynəlxalq elmi konfransın materialları. Naxçıvan, Qeyrət nəşriyyatı, 2009, səh. 20-22.
  46. Naxçıvan iqtisadiyyatının müasir strukturunun formalaşmasında əsas tendensiyalar. Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər. Tarix və ictimai elmlər seriyası. №1 (29), 2010, səh. 269-273.
  47. Сотрудничество Азербайджанской Республики с Европейским Союзом Министерство Сельского Хозяйства Российской Федерации. Департамент научно-технологической политики и образования. Международный Научный Журнал, №1, 2010. Москва 2010, стр. 32-34.
  48. Некоторые элементы экономической политики Азербайджана в условиях мирового финансового кризиса. «Проблемы взаимодействия теории и практики при решении социально-экономических задач в условиях глобального кризиса». Материалы международной научно-практической конференции (16 марта 2010 г). – в 2-х частях – ч.1/отв. ред. Л.А.Тягунова – Саратов: ИЦ «Наука», 2010, стр. 155-159.
  49. Вопросы использования современных информационно-коммуникационных технологий при подготовке кадров по экономике. «Молодежь в науке: перспективы лидерства в инновационных процессах»: Материалы международной научно-практической конференции (г. Алматы, 14-15 мая 2010 г). –Алматы, 2010, стр. 22-26.
  50. Türkiye – Azerbaycan siyasi ilişgilerinin gelişmesinde iktisadi unsurların rolu. Yeni dönemde Türk Dış Politikası. Uluslararası IV Türk Dış Politikası Sempozyumu Tebliğleri. USAK yayınları, Ankara, Şubat 2010, səh. 373-377.
  51. Heydər Əliyevin iqtisadi siyasəti – dinamik inkişafın uğurlu formulu Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin irsi və milli ideologiyanın formalaşması məsələləri. Ümumrespublika elmi-nəzəri konfransının materialları. Bakı, Elm və təhsil, 2010, səh. 354-364.
  52. Bədən tərbiyəsi və idmanın iqtisadiyyatı. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “MEGA-H”, 2010, 163 səh.
  53. İnformasiya cəmiyyətinə keçid dövründə elektron ticarətin iqtisadi səmərəliliyi. Elektron Naxçıvan – 5: nəticələr və vəzifələr. Beynəlxalq simpozium. Naxçıvan, NDU, Qeyrət nəşriyyatı, 2011, səh. 67-71.
  54. Muxtariyyat dövründə Naxçıvan iqtisadiyyatının inkişaf mərhələlərinin retrospektiv təhlili. Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər. İctimai elmlər seriyası. №2 (39), 2011, səh. 127-133.
  55. Ümummilli Lider Heydər Əliyevin iqtisadi təlimində regional inkişaf məsələləri. Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası. Bakı, Azərnəşr, 2011, səh. 927-938.
  56. Nakhchivan-Turkey economical collaboration: its present-day state and perspective developmental ways. Regional and global dynamics: economic and political issues of Turkey and its near abroad. International symposium. ISBN I: 978-605-88696-1-5 (e-book). Izmir- Turkey, 2011, p. 148-156.
  57. Bakalavr hazırlığı üçün “Gömrük işi” fənninin proqramı. Naxçıvan, “İdeya”, 2011, 24 səh.
  58. Müstəqillik dövründə Naxçıvanda iqtisadiyyat. Elm və həyat, N 4, 2011, səh. 91-93.
  59. Azərbaycanda intellektual mülkiyyət obyektləri bazarının inkişaf perspektivləri. NDU-da keçirilən “İnnovasiyaların tətbiqi: inkişaf və müasirləşmə” mövzusunda beynəlxalq konfransın materialları. Naxçıvan, Qeyrət, 2012, səh. 46-52.
  60. Yeni inkişaf mərhələsində innovasiyalı iqtisadiyyatın formalaşdırılması məsələləri. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. İctimai elmlər seriyası, 2012, № 1 (45), səh. 208-212.
  61. Naxçıvan iqtisadiyyatında özəl sektorun inkişafının makro və mikroiqtisadi təhlili. Azərbaycan ETKTİTİ-nin 50 illik yubileyinə həsr olunmuş “Aqrar iqtisadiyyatın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2012, səh. 486-490.
  62. İqtisadiyyatda innovasiya proseslərinin inkişafı və elmi potensialdan səmərəli istifadənin nəzəri məsələləri. AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i. İctimai və humanitar elmlər seriyası, 2013, №1, səh. 259-266.
  63. Müasir mərhələdə Naxçıvan Muxtar Respublikasında sənayenin inkişaf dinamikasının təhlili. “Azərittifaq” Azərbaycan Kooperasiya Universiteti. Kooperasiya. Elmi nəzəri jurnal, 2013, №2 (29), səh. 73-79.
  64. Экономическая безопасность и международная конкурентоспособность национальной экономики. Современное государство: проблемы социально-экономического развития: материалы междуна­родной научно-практической конференции  в 2-х частях – ч.1/ Отв. ред. А.Н.Плотников – Саратов: Издательство ЦПМ «Академия Бизнеса», 2013, стр. 84-90.
  65. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Naxçıvan iqtisadiyyatında sürətli yüksəliş və yeniləşmənin əsasıdır. Heydər Əliyev dövlətçilik təliminin işıqları. “Elmi Əsərlər”in “İctimai elmlər” seriyasının xüsusi buraxılışı, 2013, №1 (50), səh. 109-112.
  66. Вопросы эффективного  использования инновационного  потенциала  в  развитии  региона. В рамках проекта TEMPUS UnIvEnt. Международный научно-практический семинар «Инновационное сотрудничество между наукой, образованием и производством как платформа для модернизации». Сборник материалов. Фаргана, 2013, стр. 46-48.
  67. Regionda innovasiya fəaliyyəti və sənayenin müasir strukturunun formalaşması. Azərbaycan Texniki Universitetində keçirilən“Azərbaycanda yüksək texnologiyaların texniki-iqtisadi problemləri” mövzusunda respublika elmi konfransının materialları. Bakı: AzTU, 2013, səh. 203-205.
  68. Проблемы инновационного развития экономики эксклавного региона. Актуальные вопросы экономики и менеджмента: Материалы IV Всероссийской научно-практической конференции студентов, аспирантов, молодых ученых с международным участием. Томск, 2014, стр. 21-23.
  69. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatına dövlət dəstəyi və arıçılığın inkişaf dinamikası. Regionda arıçılığın inkişaf perspektivləri. NDU-da keçirilmiş elmi-praktik konfransın materialları. Naxçıvan 2014.
  70. Naxçıvanda istehsal potensialının formalaşması və inkişafı tendensiyası. Naxçıvan MR-in 90 illik yubileyinə həsr edilmiş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfransın materialları (4-5 iyul, 2014). Naxçıvan, Əcəmi, 2015, səh. 154-157.
  71. Naxçıvan Muxtar Respublikasında sənayeləşmə: təcrübə və perspektivlər. NDU, Elmi əsərlər, İctimai elmlər seriyası, №3, 2014.
  72. Naxçıvan Muxtar Respublikasının yeniləşən ixrac potensialı. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının innovativ inkişaf istiqamətləri.NDU-da keçirilmiş elmi-praktik konfransın materialları. Naxçıvan 2015, səh. 7-10.
  73. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramlarında iqtisadi təhlükəsizlik məsələləri. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. İctimai elmlər seriyası, 2015, № 2 (67), səh. 208-212.
  74. Создание промышленных  парков  как  важный фактор  экономического  развития  региона. Актуальные вопросы экономики и менеджмента: свежий взгляд и новые решения. Материалы V юбилейной Всероссийской научно-практической конференции студентов, аспирантов, молодых ученых с международным участием. Томск, 2015, стр. 89-94.
  75. Test toplusu. Naxçıvan, Əcəmi, 2015, 215 səh.
  76. Region iqtisadiyyatında özəl bölmənin inkişafı: nailiyyətlər və perspektivlər. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. İctimai elmlər seriyası, 2016, № 5 (79), səh. 210-213.
  77. Qloballaşma və iqtisadi inteqrasiya şəraitində regional iqtiadi təhlükəsizlik məsələləri. Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər, İctimai elmlər seriyası, 2017, №6(87), səh. 254-260
  78. “Startap Naxçıvan” hərəkatı: uğurlu innovasiyalar üçün səmərəli əməkdaşlıq modeli. İqtisadi inkişafın Naxçıvan modeli və mühasibat uçotunun aktual problemləri. NDU-da keçirilmiş elmi konfransın materialları. Naxçıvan 2020, səh.98-101
  79. İnnovasiya potensialından səmərəli istifadənin nəzəri məsələləri. Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafında innovasiyaların rolu. NDU-da keçirilmiş respublika elmi konfransının materialları. Naxçıvan, Qeyrət, 2020, səh. 109-114