Cabir Əbil oğlu Kərimov

Cabir Əbil oğlu Kərimov Babək rayon Güznüt kəndində anadan olmuşdur. 2012 – ci ildə Naxçıvan şəhər 15 nömrəli orta məktəbi bitirmiş elə həmin ildə Naxçıvan Dövlət universitetinin İqtisadiyyat fakültəsinin Mühasiat uçotu və audit” ixtisasına qəbul olmuşdur. 2016-ci ildə Naxçıvan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, İtaliya Respublikasının Roma şəhərində yerləşən Roma Sapienza Universitetində “Political Economics” ixtisasının magistr pilləsinə qəbul olmuşdur. 2019-cu ildə magistr pilləsini müvəffəqiyətlə bitirmişdir. Hazırda Naxçıvan Dövlət Universitetinin dissertantıdır.

Əmək fəaliyyətinə 01.11.2021-ci ildə “Naxçıvan Universitetinin” idarəetmə fakültəsində dekan müavini və idarəetmə kafedrasında 0.5 ştat müəllimi kimi başlamışdır. 2023-cü ildən Naxçıvan Bank” ASC nin birjav və valyuta  əməliyyatları bölməsində mütəxəssis vəzifəsində çalışmışdır.

Bir sıra yerli və beynəlxalq konfranslarının iştirakçısı, elmi məqalələrin müəllifidir. İngilis, Italian və türk dillərini bilir.