Camalova Təranə Sabir qızı
Kafedranın laborantı
E-mail: teranecamalova08@gmail.com
Camalova Təranə Sabir qızı 1974-cü il martın 8-də Şahbuz rayon Ağbulaq kəndində anadan olmuşdur. 1981-ci ildə Ağbulaq kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1991-ci ildə orta məktəbi bitirib, elə həmin ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Fizik, fizika müəllimi ixtisasına daxil olmuşdur. 1996-cı ildə ildə universiteti bitirib, Şahbuz rayon Ağbulaq kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1997-ci ildə ailə qurmuşdur, 3 övladı var . Müəllimlik fəaliyyətimə Kəngərli rayon Qıvraq qəsəbəsinin 1 saylı orta məktəbində davam etmişdir.
2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin fizika kafedrasında laborant vəzifəsində işləyir. Naxçıvan Dövlət Universitetinin Pedaqogika-psixologiya kafedrasının dissertantıdır.