Naxçıvan Dövlət Universiteti tələbələrinin üstünlük təşkil etdiyi “Diplomat” komandası “Xəmsə” Milli İntellektual Oyunu üzə ölkə çempionatında finala yüksəlib
Bakı şəhərində dahi şairimiz “Nizami Gəncəvi İli”nə həsr edilmiş gənclər arası “Xəmsə” Milli İntellektual Oyunu üzrə XIII Azərbaycan çempionatı keçirilib. Aprelin 5-dən 8-ə qədər davam edən növbəti çempionat Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən təşkil edilib. Yarışda Naxçıvan Muxtar Respublikasını layiqincə təmsil edən “Diplomat” komandası qrup oyunları və yarımfinal mərhələsini uğurla tamamlayaraq finala yüksəlib. Mükafatçılar sırasına [...]
DETAIL
Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşasını səhnələşdirib
Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş Xeyir və Şər tamaşasını nümayiş etdirib. Tamaşa 4 şəkilli pyes əsasında 1 pərdədə səhnələşdirilib. Quruluşçu rejissor Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, Elmi məsləhətçi və səhnələşdirmə Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, Tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, [...]
DETAIL
Naxçıvan Dövlət Universitetinin müəllimi Aygün Sultanovanın 60 illik yubileyi qeyd edilib
Naxçıvan Dövlət Universiteti “Ümumi və nəzəri fizika” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Aygün Sultanovanın 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, çox sevindirici haldır ki, bugün yubileyinə toplaşdığımız Aygün Sultanova səmərəli elmi-pedaqoji fəaliyyəti ilə seçilən, məsuliyyəti və intizamı ilə dərs dediyi tələbələrə örnək [...]
DETAIL
Naxçıvan Dövlət Universiteti “İngilis dili və tərcümə kafedrası” nda atalar sözlərinin ingilis dilində qarşılıqları müzakirə edilib
Naxçıvan Dövlət Universiteti “İngilis dili və tərcümə” kafedrasında “Oxunması zəruri olan kitablar” silsiləsindən olan Azərbaycan xalq ədəbiyyatı nümunələrindən olan Atalar sözləri müzakirə edilib. Tədbiri giriş sözü ilə açan universitetin “İngilis dili və tərcümə” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova atalar sözlərini ictimai həyatımızdakı rolundan bəhs edib. Ana dilimizdə olan atalar sözlərinin ingilis [...]
DETAIL
Naxçıvan Dövlət Universitetində 7 aprel Ümumdünya sağlamlıq günü qeyd edilib
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində 7 aprel Ümumdünya sağlamlıq gününə həsr olunmuş “Sağlam həyat tərzi ilə əlaqədar maarifləndirici ədəbiyyatların təbliği” adlı kitab sərgisi keçirilib. Fakültədə təşkil edilən sərgini giriş sözü ilə açan universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov qeyd edib ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının yaranması Ümumdünya Sağlamlıq Günü kimi [...]
DETAIL
Naxçıvan Dövlət Universitetində “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir keçirilib
Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin “Meliorasiya və geodeziya” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev qeyd edib ki, hamilik çərçivəsində keçirilən görüşlər universitetdə artıq ənənə [...]
DETAIL
Naxçıvan Dövlət Universitetində 4 aprel – Ümumdünya internet günü qeyd edilib
Ali təhsil ocağının Elmi Kitabxanasında 4 aprel – Ümumdünya internet gününə həsr olunmuş “İnternetin mütaliəyə təsiri: reallıqlar və perspektivlər” adlı dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov internetin gündəlik həyatımızdakı mühüm rolunu diqqətə çəkib. Qeyd edilib ki, elektron dərslərin keçirilməsi, elektron kitabxananın yaradılması, dərsliklərin, [...]
DETAIL
Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə regional məntiq olimpiadası Naxçıvan Dövlət Universitetində keçirilib
Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq regional məntiq olimpiadası keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Məntiq olimpiadasının videoçarxı nümayiş etdirilib. Olimpiadanı giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə təşkil edilən olimpiadanı yüksək qiymətləndirib. Qeyd edilib ki, düzgün təfəkkür haqqında elm kimi götürülən məntiq elmi həmçinin qazanılmış təcrübə [...]
DETAIL