Təhsil

Mar
06

Naxçıvan Dövlət Universitetinin futbol komandası ölkə çempionu olub

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub. Final qarşılaşmasında Naxçıvan Dövlət Universitetinin komandası Mingəçevir Dövlət Universitetinin komandasına 3:1 hesabı ilə qalib gələrək ölkə çempionu olub. III yer uğrunda mübarizədə Lənkəran Dövlət Universitetinin komandası Bakı Neft və Energetika Kollecinin komandasına qalib gəlib. Oyunlardan sonra Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr [...]
By NduEdu | Təhsil
DETAIL
Mar
03

Naxçıvan Dövlət Universiteti Dünya Robot festivalının ölkə təmsilçisi qismində Avrasiya çempionatı keçirir

2 mart tarixində Bakı İdman Sarayında Naxçıvan Dövlət Universitetinin ölkə üzrə təmsilçisi olduğu "Robotex Azərbaycan" festivalının açılış mərasimi olub. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcı, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azercell [...]
By NduEdu | Təhsil
DETAIL
Feb
29

Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Naxçıvan Dövlət Universitetində olublar

NDU-nun nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” ixtisasının tələbələri Elmi Kitabxanada olublar. Kitabxananın müasir imkanları ilə yaxından tanış olan tələbələrə Elmi Kitabxananın baş kitabxanaçısı Çinarə İsmayılova tərəfindən geniş məlumat verilib. Elmi Kitabxanada eyni zamanda “İnformasiya texnologiyaları” fənninin tədrisi də həyata keçirilib.
By NduEdu | Təhsil
DETAIL
Feb
29

NDU Elmi Kitabxanasında “İnternationalization of education” (Təhsilin beynəlmiləlləşməsi) adlı dəyirmi masa keçirilib

İngilis dilində keçirilən dəyirmi masada qonaq qismində iştirak edən rektor müşaviri Rəcəb Cəfərli ilk olaraq, ali təhsilin beynəlmiləlləşməsi konseptinə və onun son illərdə qazandığı əhəmiyyətə aydınlıq gətirib. Natiq eyni zamanda, Naxçıvan Dövlət Universitetinin beynəlxalq, mədəniyyətlərarası və qlobal istiqamətlərdə inteqrasiyası prosesindəki qazandığı uğurlardan da bəhs edib. Xarici tələbələrin də iştirak etdiyi dəyirmi masada mövzu geniş müzakirə [...]
By NduEdu | Təhsil
DETAIL
Feb
28

NDU-nun rezidenti və müəllimi beynəlxalq konfransda iştirak edib

Travmatologiya ixtisası üzrə rezident Amin İsmayılov və rəhbəri,Tibb fakültəsinin dosenti Yaşar Rzayev 22-ci Türk Artroplasti Dərnəyinin Bakıda keçirilən "Diz və Total Kalça Artroplastisi" konfransında iştirak ediblər.
By NduEdu | Təhsil
DETAIL
Feb
28

Universitetə dəvət olunan yüksəkixtisaslı mütəxəssisləri tanıyaq!

Türkiyənin İnönü Universitetindən dəvət olunmuş professor, hepatoloq-transplantoloq Cengiz Ara Tibb fakültəsində dərs tədris edir.
By NduEdu | Təhsil
DETAIL
Feb
27

Əcnəbi tələbələrin maarifləndirilməsi diqqətdə saxlanılır

Naxçıvan regional miqrasiya baş idarəsi tərəfindən əcnəbi tələbələrin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya prosesində iştirakı” və “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət” mövzularında maarifləndirmə tədbiri keçirilib. Naxçıvan Dövlət Universitetində reallaşan tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazələrinin verilməsi ilə [...]
By NduEdu | Təhsil
DETAIL
Feb
27

NDU-nun müəllimi “Help Programme” kursunda iştirak edib

NDU-nun Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilov Avropa Şurasının “Help Programme” kursu çərçivəsində “Business and human rights” (“Biznes və insan hüquqları”) mövzusunda ingilis dilində onlayn kursu bitirərək sertifikatla təltif olunub.

By NduEdu | Təhsil
DETAIL