Cavadaova Afaq Telman qızı

Mən, Cavadaova Afaq Telman qızı 1987-ci il avqust ayının 12-də Salyan rayonunda anadan olmuşam. Azərbaycanlıyam.

1993-2004-cü illərdə Şirvan şəhər 16 saylı orta məktəbdə təhsil almış və həmin məktəbi bitirərək, eyni ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakultəsinin Fəlsəfə ixtisasına daxil olmuşam və 2008-ci ildə həmin fakultəni bitirmişəm.

2008-2010-cu illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakultəsinin təbiətşünaslığın fəlsəfəsi ixtisaslaşması üzrə magistratura bölməsində təhsil almışam.

2016-cı ildən Naxçıvan Dövlət Universitetinin Sosial iş və Fəlsəfə kafedrasında müəllim vəzifəsində çalışıram.