Çinarə Kamal qızı Məmmədova
Əczaçılıq və stomatologiya kafedrasının baş müəllimi
1974-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1999–cu ildə Türkiyə Respublikası İstanbul Universitetinın Əczaçılıq fakultəsini bitirib. Əmək fəaliyyətinə 2004-cü il Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsində latın dili, farmakologiya və kliniki farmakologiya fənləri üzrə müəllim kimi işə başlamışdır. 2005-ci ildən Naxçıvan MR Səhiyyə nazirliyində Əzaçılıq və dərman vasitələrinin reyestri sektorunda aparıcı məsləhətçi kimi işləyir. 2017-ci ildən Əczaçılıq və Stomatologiya kafedrasının baş müəllimidir. 1198-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dərc olunmuş elmi əsərlər
- Azərbaycan ərazisindən köç edən quşların işıqlanma dərəcəsinin təsiri. BDU, elmi məqalələr məcmuəsi, 36-cı buraxılış. Bakı 2004. 122 Səh.
- İşıqlanma dərəcəsi ilə quşların köç vaxtı arasında qanunauyğunluq . BDU, elmi məqalələr məcmuəsi, 36-cı buraxılış. Bakı 2004. 128 Səh.
- Latın dili və tibbi terminlərin əsasları. Naxçıvan – 2018. Əcəmi nəşriyyatı. 239 səh. (dərs vəsaiti)