Dəyirmi masa keçirilib

Dəyirmi masa keçirilib

NDU Elmi Kitabxanası və Fizika – riyaziyyat fakültəsinin birgə təşkilatçılığı ilə Xalq şairi Məmməd Arazın vətənpərvərlik mövzulu şeirlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın baş kitabxanaçısı Çinarə İsmayılova Məmməd Arazın həyat və yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb, şairin yaradıcılığında vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, Azərbaycançılıq motivlərinin öndə gəldiyini vurğulayıb.

Daha sonra tədbir şairin vətənpərvərlik şeirlərinin müzakirəsi və qiraəti ilə davam edib.

Leave a Reply

Your email address will not be published.