Diqqət!

Diqqət!

NAMİZƏDİN İMTAHANDA DAVRANIŞ QAYDALARI

DİQQƏT! İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi mütləq gətirmək lazımdır!

 

  1. İmtahan zalında nəzarətçinin göstərdiyi sıra və yerdə oturmalısınız. Nəzarətçinin izahatını diqqətlə dinləməlisiniz.
  2. İmtahan zamanı nizam-intizam qaydalarına ciddi əməl etməlisiniz.
  3. İmtahan zalında danışmaq, bir-birindən nə isə soruşmaq, başqasının cavablarına baxmaq, köçürmək, köçürməyə şərait yaratmaq, köməkçi vasitələrdən (telefon, kitab, konspekt, kalkulyator, cədvəl, ağardıcı və s.) istifadə etmək qəti qadağandır.
  4. İmtahan zamanı davranış qaydalarına əməl etməyən namizədlər imtahandan xaric olunur və onların imtahan nəticələri ləğv edilir.
  5. Elektron imtahanda ekranda sizin soyadınız, adınız, atanızın adı və namizəd kodu yazılır. Bu məlumatlardan hər hansı biri olmadıqda bu haqda nəzarətçiyə məlumat verin.
  6. Test sualları və onların cavabları ilə əlaqədar sual vermək qadağandır. Nəzərə alın ki, test suallarında və onların cavablarında səhv olma ehtimalı çox aşağıdır. Əgər, hər hansı sualda səhv olarsa, onda həmin sual Elektron İmtahan Komissiyası tərəfindən araşdırılacaqdır.
  7. Namizədlərə 50 test sualı təqdim olunur. Hər bir sualın düzgün cavabı elektron imtahanda 1 balla qiymətləndirilir. Elektron imtahanda səhv cavablar ümumi nəticəyə təsir etmir.
  8. İmtahanın başlandığı elan edilən andan etibarən elektron imtahana ayrılan 1 saat 15 dəqiqə vaxtdan səmərəli istifadə etməlisiniz. Elektron imtahanda bu müddət tamamlandıqda proqram avtomatik olaraq imtahanı bitirir.
  9. İmtahan başlandıqdan sonra 15 dəqiqə ərzində zaldan çıxmağa icazə verilmir. Qalan vaxt ərzində imtahanı bitirib, imtahanı yekunlaşdıra bilərsiniz.
  10. Namizədlərə imtahanın nəticəsi barədə arayış təqdim edilir.