Doktorant və Dissertantların nəzərinə!

Doktorant və Dissertantların nəzərinə!

06-07 mart 2024-cü il tarixlərində saat 15:00-da  «İxtisas» fənnindən doktorluq imtahanlarının keçirilməsi nəzərdə tutulub. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantların ərizə ilə Magistratura və doktorantura mərkəzinə müraciət etməsi xahiş olunur. Ərizələrin qəbulu üçün son tarix 27 fevral 2024-cü il saat 18:00-a qədərdir.

Kənar müəssisələrin doktorant və dissertantları ərizə ilə yanaşı, doktorant və ya dissertantı olduqları müəssisənin məktubunu təqdim edərək imtahanda iştirak edə bilərlər. Sənədlərin yalnız əsli qəbul olunur.

İxtisaslar üçün komissiyalar İmtahan komissiyasına verilmiş tələblər əsasında yaradılacaq. Şərtlərə uyğun komissiya yaradılması mümkün olmadıqda doktorant və dissertant müvafiq müdafiə şurasında ixtisas imtahanı verə bilər.

Hörmətlə,

Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzi

Leave a Reply

Your email address will not be published.