DOKTORANT VƏ  DİSSERTANTLARIN                              NƏZƏRİNƏ!

DOKTORANT VƏ DİSSERTANTLARIN NƏZƏRİNƏ!

2021-ci il noyabr ayının 15-dən 30-na kimi Naxçıvan Dövlət Universitetində doktorant və dissertantların attestasiyaları keçiriləcəkdir. Attestasiya vərəqinin elektron formasını almaq üçün universitetin Elm və İnnovasiyalar bölməsinə müraciət olunmalıdır (elmi.hisse@mail.ru). Qeyd olunan vərəqlər doldurulub, təhkim olunduğunuz kafedralara təqdim edilməli, hesabatlar dinlənilməli və həmin kafedralardan, eyni zamanda fakültədən çıxarışlar alınmalıdır. Həmin çıxarışlar, həmçinin elmi rəhbərlərinizdən 2021-ci ildə dissertasiya işinizlə bağlı görülən işlər haqqında imzalı rəy Elm və İnnovasiyalar bölməsinə təqdim edilməlidir. Elmi rəhbərin yazacağı rəydə :

– Dissertasiyanın mövzusu;

– Yazmağa başladığınız il;

– 2021-ci ildə elmi rəhbər ilə doktorantın (dissertantın) 1 ayda neçə dəfə dissertasiya mövzusu ilə əlaqəli müzakirə aparması;

– 2021-ci ildə dissertasiya mövzusu ilə əlaqəli doktorantın (dissertantın) gördüyü işlər;

– Doktorant və dissertantın 2021-ci ildəki elmi fəaliyyəti (məqalə, tezis, konfrans tam mətni, tədris materialları və b. nəşrləri) haqqında məlumatlar;

– Dissertasiyanın müdafiəyə hazır ola biləcəyi vaxt haqqında məlumatlar yer almalıdır.

QEYD:

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında 1 iyul 2010-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 129 Qərarının 3.30. maddəsinə görə “Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.”