Doktorant və Dissertantların nəzərinə!

Doktorant və Dissertantların nəzərinə!

3-4 noyabr 2022-ci il saat 15:00-da  «İxtisas» fənlərindən minimum imtahanları keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar son müaricət tarixi olan 20 oktyabr 2022-ci il saat 18:00-a qədər ərizə ilə Elm və İnnovasiyalar Bölməsinə müraciət etməlidir. Bu tarixdən sonra müraciətlə qeydə alınmayacaqdır. Kənar müəssisənin doktorantı (dissertantı) olan şəxslər bununla yanaşı, doktorantı (dissertantı) olduğu müəssisənin məktubunu təqdim edərək imtahanda iştirak edə bilər. Sənədlər imzalı və orjinal olaraq təqdim edilməlidir.

       İmtahan komissiyasının qurulması şərtlərinə uyğun gələcək ixtisaslar üçün komissiyalar qurulacaqdır. Şərtlərə əsasən komissiyanın qurulması mümkün olmadıqda doktorant və dissertant müdafiə şurasında ixtisas imtahanı verə bilər.

Elm və İnnovasiyalar bölməsi