Doktorant və Dissertantların nəzərinə!

Doktorant və Dissertantların nəzərinə!

2020-ci il dekabr ayında Naxçıvan Dövlət Universitetində  “Xarici dil ” və “ İxtisas ” fənlərindən minimum imtahanları keçiriləcəkdir. “İxtisas” fənnindən iştirak etmək istəyənlər əvvəlcədən Dissertasiya işini və elmi rəhbərin rəyini Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsinə təqdim etməlidir.

Kənar müəssisələrin rəhbərləri həmin müəssisədən olan doktorantların (dissertantların) minimum imtahanlarda iştirak etmələri üçün Universitet rektorunun adına əvvəlcədən məktub göndərməlidir. Məktubla yanaşı hər bir doktorant imtahanda iştirakla bağlı ərizə ilə müraciət etməlidir. İmtahana buraxılış zamanı şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

2020- ci il dekabr ayının 1-dən 25-nə kimi Naxçıvan Dövlət Universitetində  Doktorant və dissertantların attestasiyaları keçiriləcəkdir. Attestasiya vərəqini almaq üçün Universitetin Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsinə müraciət olunmalıdır. Attestasiya məcburidir. Attestasiyadan keçməyən doktorant və dissertantlar haqqında tədbirlər görüləcəkdir.

 

 

                    Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsi