DOKTORANTURA ŞÖBƏSİ

Naxçıvan Dövlət Universitetində Aspirantura şöbəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 avqust 1991-ci il tarixli 25№-li qərarı ilə yaradılmışdır. 2010-cu ildən etibarən həmin qurum Doktorantura şöbəsinə çevrilmişdir.

Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aparılır.

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.

Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Fəaliyyət göstərdiyi dövrdə aspirantura şöbəsi regiondaki digər ali məktəblər və elmi-tədqiqat institutları üçün də elmi dərəcəli mütəxəssislərin hazırlanmasına yaxından köməklik göstərmişdir.

1 Allahverdiyeva Elnarə İslam qızı Bölmə müdiri
2 Bağırova Təbrizə Hüseyn qızı Böyük mütəxəsis
3. Kərimova Aysel Elxan qızı Mütəxəsis

DİSSERTASİYA ŞURASI

Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurası 1997-ci ildə yaradılmışdır. Fəaliyyətinin ilk mərhələsində bu Şurada Azərbaycan ədəbiyyatı və Azərbaycan dili ixtisasları üzrə namizədlik dissertasiyalarının müdafiəsi keçirilmişdir. Sonrakı mərhələdə Şuranın tərkibi və əhatəsi genişlənmiş, Vətən tarixi, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasları da əlavə olunmuşdur.

Hazırda Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən FD.02-121 və FD.02-122 Dissertasiya Şuraları mövcuddur.  Şuranın tərkibinə universitet alimləri ilə yanaşı, Bakıdakı elm və təhsil qurumlarından da mütəxəsisslər daxil edilmişdir.Dissertasiya Şurasında aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiələri keçirilir: 2413.01-Entomaologiya, 2429.01-Parazitologiya, 5716.01-Azərbaycan ədəbiyyatı, 5718.01-Dünya ədəbiyyatı, 5706.01-Azərbaycan dili, 6213.01-Musiqi sənəti.

İndiyədək Dissertasiya Şuralarında 150 nəfərdən artıq tədqiqatçı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Həmçinin əlavə mütəxəssislər daxil edilməklə 20-yə qədər tədqiqatçının uyğun ixtisaslar üzrə elmlər doktoru elmi dərəcəsi alması üçün dissertasiya müdafiəsi təşkil olunmuşdur.

DOKTORANTURA TƏHSİLİ

FƏLSƏFƏ DOKTORLUĞU

Azərbaycan dili
Azərbaycan ədəbiyyatı
Vətən tarixi
Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik
Roman – german dilləri
Riyazi analiz
Nəzəri fizika
Qeyri-üzvi kimya
Fiziki kimya
Zoologiya
Botanika
Coğrafiya
Ekologiya
Kənd təsərrüfatı
Memarlıq
Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi
Ümumi pedaqogika, pedaqogikanın və təhsili tarixi

ELMLƏR DOKTORLUĞU

Azərbaycan dili
Azərbaycan ədəbiyyatı
Vətən tarixi
Arxeologiya və etnoqrafiya
Xalq təsərrüfatının iqtisadiyyatı və idarə olunması
Ümumi pedaqogika, pedaqogikanın və təhsili tarixi
Nəzəri fizika
Botanika
Kimya
Kənd təsərrüfatı

ƏCNƏBİ VƏTƏNDAŞLAR ÜÇÜN DOKTORANTURA

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları  qurumlar tərəfindən müəyyən edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.

Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında bakalavr və magistr diplomunun Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən müvafiq qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində «Azərbaycan dili» fənnindən əlavə doktorluq  imtahanı verirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir”.