Dövlət sifarişli təhsil hüququ qazanan tələbələrlə görüş keçirilib

Dövlət sifarişli təhsil hüququ qazanan tələbələrlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin bakalavriat səviyyəsinin I kurslarına ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə mərhələsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev əvvəlcə tədbir iştirakçılarını salamlayıb və dövlət sifarişi əsasında təhsil almaq şansı qazanan tələbələri təbrik edib. Qeyd edilib ki, universitetinin yüksək maddi texniki baza ilə təchiz olunması, tələbələrin gələcəkdə  yaxşı mütəxəssis kimi formalaşmasında əvəzsiz rol oynayır.

Universitetin Mühasibat uçotu şöbəsinin müdiri  Ülvi Baxışlı ödənişli təhsil ödəmə formasından dövlət sifarişli təhsil ödəmə formasına keçən tələbələrin ixtisasları haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, 64 bakalavr, 4 magistr olmaqla ümumilikdə 68 tələbə dövlət sifarişi əsasında təhsil almaq şansı qazanıb.    

Sonda tələbələrin sualları cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.