Əhmədova Gülxarə Mənaf qızı
Mən Əhmədova Gülxarə Mənaf qızı 1966-cı ildə Babək rayonunun Kültəpə kəndində doğulmuşam.
1973-cü ildə Kültəpə kənd orta məktəbinə daxil olmuş, 1983-cü ildə məktəbi bitirmişəm. 1986-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin (indi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Özfəaliyyət dram teatr kollektivinin rəhbəri” ixtisasını bitirmişəm.
1995-ci ilədək Babək rayon mədəniyyət evinin müdiri vəzifəsində çalışmışam.
1995-ci ildən bu günədək Naxçıvan Dövlət Universitetində işləyirəm.
Babək rayon mədəniyyət evində ilk dəfə 1991-ci ildə “Novruz bayramı” adlı kütləvi meydan tamaşasına quruluş vermişəm. Həmçinin bu tamaşa mənim diplom işim olub. Babək rayonunda çalışarkən bütün mövsüm və mərasim tədbirləri ilə yanaşı kütləvi bayram və təqvim bayramlarının rejissor işini və ssenarisini hazırlamışam. Rayon və şəhər müsabiqələrində hazırladığım kollektivlər uğurla çıxış edib. Mədəniyyət evində müxtəlif folklor, yallı və rəqs, bədii qiraət dərnəklərini, şən və hazırcavablar klubunun yaranması və fəaliyyətində kollektivə yaxından köməklik etmişəm.
1995-ci ildə Naxçıvan Dövlət Universitetində “Musiqi və onun tədrisi metodikası” kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşam. İlk dəfə 1997-ci ildə muxtar respublikada keçirilən “gül” festivalında iştirak edərək respublikada birinci yeri tutmuş və mükafata layiq görülmüşəm.
1998-ci ildə universitetdə keçirilən “Yeni il” şənliyinin təşkilatçısı və aparıcısı kimi iştirak etmişəm. Şənlikdə bir neçə səhnəcik nümayiş olunub. Bu tədbirdəki fəaliyyətimə görə rektorluq mənə universitetdə teatr kollektivi yaratmağı tövsiyyə edib. Elə həmin ildən Naxçıvan Dövlət Universitetində yeni yaranmış “İncəsənət” fakultəsinin nəzdində Tələbə Teatr Studiyası mənim rəhbərliyimlə fəaliyyətə başlayıb.
TTS-da bu günə qədər 15 ə yaxın iri həcmli əsərlər tamaşaya qoyulmuş, yüzlərlə müxtəlif səpkili tədbirlər təşkil olunmuşdur. Studyada fəaliyyət göstərən tələbələrin əksəriyyəti universiteti müvəffəqiyyətlə bitirərək magistr pilləsində təhsillərini davam etdirmişlər.
1998-ci ilin may-iyun ayında ilk dəfə TTS “Kitabı Dədə Qorqud” dastanı motivləri əsasında tanınmış yazıçı Kamal Abdullanın “Beyrəyin taleyi” əsərini tamaşaya hazırlamış və uğurlu bir tamaşa alınmışdır.
Rəhbərlik etdiyim TTS fəaliyyətə başladığı ilk vaxtlardan universitetin mədəni-kütləvi tədbirlərində yaxından iştirak etmiş bu günə qədər yüzlərlə istedadlı tələbənin formalaşmasında müstəsna rol oynamışdır.
TTS-də “Yallı və rəqs” qrupu, “Şən və hazırcavablar klubu”, vokal qrupları, bədii qiraətçilər qrupu fəaliyyət göstərmişdir. Bu qruplarda təkcə incəsənət fakultəsindən deyil, bütün fakultələrdən olan müxtəlif ixtisaslı istedadlı tələbə gənclər üzv olmuşlar. Dəfələrlə TTS-in kollektivləri muxtar respublika və eləcə də qonşu İran, Türkiyə, Gürcüstan, Rusiya dövlətlərində keçirilən festivallarda uğurla çıxış edərək universitetimizi təmsil etmişlər.
1999-cu ildə Naxçıvan Dövlət Universitetinin yeni binasının açılış mərasimində TTS-in hazırladığı “Prezidentim 100 yaşa” adlı ədəbi-musiqili kompozisiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bir qrup dövlət adamlarının, eləcə də ədəbiyyat və incəsənət xadimlərinin qarşısında nümayiş etdirildi.
1999-2000-ci illərdə TTS-in böyük işlərindən biri türk yazıçısı Turan Oflazoğlunun “Atatürk” əsəri əsasında hazırladığı “Türkün Atatürkü” tamaşası oldu. Bu tamaşa 2006-cı ilədək TTS-in repertuarında qaldı və yeni-yeni tələbə aktyorların ifasında Naxçıvan Dövlət Universitetində və Türkiyənin bir çox şəhərlərində və universitetlərində tamaşaçılara təqdim olundu. 2001-ci ildə TTS dahi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinə müraciət etdi. Bu tamaşa da uğur qazandı və Qars-Qafqaz Universitetində Cəlil Məmmədquluzadənin yubileyi ilə əlaqədar Beynəlxalq Konfransdan sonra göstərildi. 2005-ci ilədək bu tamaşa da repertuarda qaldı.
2006-cı ildə TTS tanınmış yazıçı dramaturq Həmid Arzulunun “Qaçaq quşdan” romanı əsasında “Milaxda həyəcan” tamaşası ilə uğur qazandı. Tamaşa muxtar respublikanın hərbi hissələrində və Naxçıvan Dövlət Universitetində Xocalı faciəsi ilə bağlı tədbirlərdə və soyqırım tədbirlərində nümayiş etdirilib.
2006-cı ildə TTS böyük Mirzə Cəlilin “Ölülər” əsərinə müraciət etdi. Bu tamaşa 2009-cu ilədək TTS-nin repertuarında bir neçə dəfə yeni quruluşda oynanıldı. Hətta Cəlil Məmmədquluzadənin 140 illik, “Ölülər” əsərinin yazılmasının 100-cü ildönümünə TTS-nin layiqli töhfəsi oldu. Bundan sonra TTS C. Məmmədquluzadənin “Danabaş kəndinin müəllimi” əsərini tamaşaya qoydu.
2012-ci ildə TTS Nazim Hikmətin “Qəribə adam” pyesini tamaşaya qoydu.
2013-cü ildə isə TTS qədim yunan dramaturqu Esxilin “Zəncirlənmiş Prometey” əsərini tamaşaya qoydu.
2014-cü ildə TTS-in yeni tamaşası Adil Babayevin “Sarı gəlin” əsəri əsasında hazırlanmış “Sarı gəlin” tamaşasıdır.
Studiyada, son zamanlar tələbə-aktyor Elnur Rzayevin ssenarisi əsasında hazırlanan “Boz” pantomim əsəri tamaşaya qoyulmuşdur. Bu tamaşada Tələbə Teatr Studiyası öz repertuarında,eyni zamanda Muxtar Respublikada yeni janra müraciət etmişdir. Bu əsər ilə studiya respublikanın paytaxtı Bakıda 2015-ci il aprel ayında “Narkomaniyaya qarşı” devizilə keçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalında iştirak etmiş, studiyanın aktyoru Nurbəniz Niftəliyeva festivalın ən yaxşı aktrisa nominasiyasına layiq görülmüsdür
2011-ildə Universitetimizdə aktyorluq ixtisasının açılması bu mühitin daha geniş sferada fəaliyyət göstərəcəyinə inamı yaratdı. Çünki əvvəllər studiyada müxtəlif ixtisaslarda təhsil alan tələbələr fəaliyyət göstərirdisə, bundan sonra tələbə teatrına, əsasən, aktyorluq sənətini seçən tələbələr cəlb edilir. Onlar burada ilk səhnə təcrübəsinə yiyələnirlər.
Hazırda bütün Aktyor tələbələr kurs tamaşaları üzərində çalışırlar və hesabat zamanı bu tamaşaları təhvil verəcəklər.Bu günun teatr repertuarı da zamanın tələbinə görə təyin olunur. Bu mənada Tələbə Teatr Studiyası öz fəaliyyətində yeni-yeni janrlara müraciət edir. Hazırda yazıçı dramaturq Kamal Abdullanın “bir,iki,bizimki”adlı absurd pyesini repertuara daxil etmişik.
Universitetimizin 50 illik yubileyi ilə əlaqədar TTS –si həmyerlimiz, taninmış yazıçı –dramaturq Həmid Arzulunun alman dilindən tərcümə etdiyi Alman dramaturqu Qotvald Lessinqin “Emiliya Qollotti” faciəsini tamaşaya qoymağa hazırlaşır.
1999-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə göstərdiyi xidmətlərinə görə xüsusi Fəxri Fərmanı ilə təltif olunmuşam.
2007-ci ildə “Qabaqcıl təhsil işçisi” medalı ilə təltif olunmuşam.
2008-ci ildə dövlətimizin böyük qayğı və diqqəti sayəsində mənə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adı verildi.
2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsində yaradılan Teatr və mədəniyyətşünaslıq kafedrasına rəhbərlik edirəm.
2013-cü ilin may ayında Prezident mükafatına layiq görüldüm. 2013-cü ilin iyul ayında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbycan dramaturgiyası və məktəb teatrı ənənələri” adlı dissertasiya işimi müdafiə etdim.2016-ci ildə dosen elmi dərəcəsi almışam. 2020 il tarixdən NDU-də Şənətşünaslıq doktoru üzrə dissertasiya işi götürmüşəm.Hazırda Naxçıvan Dövlət Universitetində kafedra müdiri kimi fəaliyyətimi davam etdirir və dövlətimizin mənə göstərdiyi etimadı doğrultmağa çalışıram.
Elmi əsərlərinin S İ Y A H I SI
№ | Elmi əsərin adı | İşin növü | Dərc olunduğu jurnal, elmi əsərlərin, kitabın adı, il səh | İşin həcmi | Müştərək müəlliflər |
1 | Milli teatrın yaranmasında ilk maarifçilərin rolu. | Məqalə | NDU.Elmi əsərlər, № 13,Naxçıvan 2004,səh.159.164 | 6 səh | |
2 | XX əsrin əvvəllərində Naxçıvanda məktəb və teatr. | Məqalə | NDU. “Xəbərlər” Jurnalı ,№17,2005,Səh.177-180 | 4 səh | |
3 | “Təhsildə Gender Bərabərliyi” | Qadın səbəkə proqramı. Layihənin həyata keçirilməsinə dair yekun hesabat | Qərb Universiteti, Gender Araşdırmalar Mərkəzi, Bakı 2006. | 56 səh | Tədqiqatçılar qrupu:Əliyeva M,Rzayev M,Fərəcova F,Hüseynova E,Quliyeva A,Axundov A,Abbasova G.Əhmədova |
4 | Tələbə teatrı studiyasının dünəni və bugünü. | Məqalə | NDU.Elmi əsərləri, №4(24), Naxçıvan 2008 , Səh265-269. | 5 səh | |
5 | Məktəb teatrı ənənələrinin milli səhnə sənətimizin təşəkkülü və inkişafında rolu. | Məqalə | NDU. Elmi əsərlər, №5(25), Naxçıvan 2008, səh.304-308. | 5 səh | |
6 | Türkiyə-Azerbaycan Medeni ilişkilerinin İnkişafında öğrenci tiyatrosunun rolü . | Məqalə | Kocaeli Universitesi. Yeni tiyatro, iki aylıq sahne sanatları dergisi, Türkiyə, 2009. №11, Səh. 37-40 | 4 səh | |
7 | Abdulla Şaiq və Azərbaycan məktəb teatrı ənənələri. | Məqalə | NDU.Elmi əsərlər,№1, Naxçıvan 2011,Səh.164.167 | 3səh | |
8 | Naxçıvanda Məktəb teatrı ənənələri | Məqalə | AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”İctimai humanitar elmlər seriyası, №2,Naxçıvan, 2013 ,səh.225-235. | 10 səh | |
9 | Azərbaycan məktəb teatrının inkişafın- da Qori müəllimlər Seminariyasının yeri. | Məqalə | NDU. Elmi məsələlər,(52),Naxçıvan 2013, Səh. 113-116 | 3 səh | |
10 | Tələbə Teatr Studiyası müstəqillik dövrünün bəhrəsidir. | Beynəlxalq Konfrans | Regional inkişaf və böyük mədəniyyət : Mənşə, harmoniya və tipologiya məsələləri, Naxçıvan Dövlət Universiteti:2013 ,səh. 106 | 1səh | |
11 |
Qədim azərbaycan rəqsləri və süyetli rəqslərdə teatr ünsürləri.
|
Beynəlxalq konfrans | Agrı İbrahim Cecen universiteti.Kafkasiya Universiteler Birliği Uluslararası Ağrı Sosiyal Bilimler Kongresi 25-27eylül 2013-Ağrı,səh.688-694,NDU. Elmi əsərlər, №1(66), Naxçıvan 2015 Səh.156-159. |
6 səh
|
|
12 | Təhsil prosesinde tələbə aktyor tərbiyəsi | Məqalə | Azərbaycan Milli Elmlər Akademiyasının, Xəbərləri, 2016№1, səh. 283-286 | 3 səh | |
13 | Heydər Əliyev və Naxçıvanın teatr mühiti | Elmi-praktik konfrans materialları | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəz, Heydər Əliyev və Azərbaycan mədəniyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Nizami adına ədəbiyyat institutu,Bakı -5may, 2016,səh.111-120 | 9 səh | |
14 | Teatr məktəblərinə tələbə qəbulu | Məqalə | Azərbaycan Milli Elmlər Akademiyasının Axtarışlar ,2017,№1, səh.156-158 | 3 səh | |
15 | Aktyor sənəti | Dərs vəsaiti | Naxçıvan Dövlət Universiteti, “Qeyrət” nəşriyyatı .Naxçıvan 2017 | 121 səh | |
16 | Истоки возникновения и характерные оссобенности театра абсурда, как направления театрального исскуства. | НАУЧНЫЕ ГОРИЗОНТЫ. Международный научные журнал. 2017, 4. с 55-63. | 9 səh | ||
17 | Səhnə danışığı fənni üzrə proqram, Ali məktəblərə bakalavr hazırlığı üçün | Proqram | Naxçıvan Dövlət Universiteti – 2018, | 11- səh |
|
18 | Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyası-20. | kitab | Bakı, Avropa nəşriyyatı-2018 | 124 səh |
1.Əhmədova Gülxarə Mənaf.q 2. Qasımov Ələkbər Məmməd.o |
19 | Naxçıvan ədəbi mühitində Türk sərkərdələrinin obrazı. | Məqalə | Axtarışlar , Azərbaycan Milli Elmlər Akademiyasının 2018№1 səh 211-213 | 3 səh | |
20 | Tələbə-aktyor tərbiyəsində intellekt və plastika məsələləri. | Məqalə |
Filologiya və sənətşünaslıq Azərbaycan Milli Elmlər Akademiyası.Bakı,-“Elm”nəşriyyatı-2019№1.səh206-211
|
5 səh | |
21 | Yaradıcılıq psixologiyası fənni üzrə proqram, Ali məktəblərəin bakalavr hazırlığı üçün | Naxçıvan Dövlət Universiteti-2019 | 12 səh. |
1.Əhmədova Gülxarə Mənaf.q, 2.Fərzəliyeva Elza Sultanəli q. |
|
22 | Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyasının repertuarında Cəlil Məmmədquluzadə əsərləri | Respublika Elmi Konfransinin Materiallari | \Naxçıvan Dövlət Universiteti. Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Dünyada sözdən böyük yadigar yoxdur” mövzusunda Respublika elmi konfransı. “Qeyrət” nəşriyyatı, 29 dekabr 2019-cu il tarixdə nəşr edilib. 151 səh.səh 105-109 | ||
23 | Dünya klassiklərinin əsərləri universitet səhnəsində | Məqalə | AMEA-nın Naxçıvan bölməsi 2022-ci il №3 cild 18 Səh.232-237 Naxçıvan Tusi nəşriyyat |
5 səh
|
1.Əhmədova Gülxarə Mənaf.q, 2.Ələkbər Qasımov Məmməd o |