Baş müəllim
E-mail: rufetahmedov19641964@gmail.com
1964-cü il oktyabr ayının 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1972-ci ildə Naxçıvan şəhərində 1 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. 1982-ci ildə isə həmin məktəbin X-cu sinfini bitirmişdir. 1983- 1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq çalğı alətlərinin tar ixtisasına qəbul olunmuşdur. 1991-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq çalğı alətlərinin tar ixtisası üzrə tam kursu bitirmişdir. 25 iyul 1985-ci ildə Naxçıvan Dövlət Filarmoniyasına tar çalan vəzifəsinə təyin olunmuşdur. 01 fevral 2001-ci ildə Naxçıvan Dövlət Filarmoniyasından tar çalan vəzifəsindən öz ərizəm əsasında azad olunmuşdur. 02 aprel 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Musiqi nəzəriyyəsi və metodikası” kafedrasına tam ştat müəllim vəzifəsində çalışmağa başlamışdır. 01 oktyabr 2001-ci ildə “Musiqi nəzəriyyəsi və metodikası” kafedrasında müəllim vəzifəsindən azad olunmuş, həmin tarixdən “Musiqi alətləri” kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur01 sentyabr 2003-cü ildə İncəsənət fakültəsinə dekan müavini vəzifəsinə təyin olunmuşdur. 28 iyun 2004-cü ildə “Musiqi alətləri” kafedrasında müəllim vəzifəsində saxlanılmaqla öz ərizəsi əsasında dekan müavini vəzifəsindən azad edilmişdir.25 iyun 2009-cu ildə “Musiqi təlimi” kafedrasına baş müəllim vəzifəsinə təyin olunmuşdur.Hal-hazırda Naxçıvan Dövlət Universitetində baş müəllim vəzifəsində çalışır.
Dərc olunmuş elmi əsərlər :
1. “ Əhməd Bakıxanov və Azərbaycan Xalq Çalğı alətləri ansamblı” “Axtarış” 2022 №1 cild 6
2. “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Naxçıvan
tarzənlərinin rolu” Axtarışlar Akademiya 2023