
Elan
Naxçıvan Dövlət Universitetinin Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin nəzdində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. İnnovasiya Mərkəzi universitetdə “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, müasir təfəkkürlü peşəkar mütəxəssis hazırlığını, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasını, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların hazırlanması prosesini tənzimləmək, həmin startapların qəbulunu və təqdimatlarının keçirilməsini təmin etmək, peşəkar ekspert qrupları ilə əməkdaşlıq zəminində layihələrin dəyərləndirilməsini təşkil etmək məqsədi ilə yaradılmışdır.