Mərkəzi Gömrük Hospitalında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri ilə görüş keçirilib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq Memorandumuna əsasən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin VI kursunda təhsil alan bir qrup tələbə Mərkəzi Gömrük Hospitalında cərrahiyyə, daxili xəstəliklər, təcili tibbi yardım, ailə sağlamlığı və seçmə fənn üzrə müxtəlif şöbələrdə təcrübə proqramına başlayıblar. 

Təcrübə proqramının ilk günü - 15 sentyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin təcrübə pruqramına başlayan tələbələri ilə görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Dr. Aynur Səfiyeva, Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri iştirak ediblər.

Tədbirin sonunda tələbələrin müxtəlif mövzularda ünvanladıqları suallar cavablandırılıb, onların maraq doğuran sahələr üzrə fikirləri dinlənilib. Həkimlər tələbələrin gələcək peşəkar inkişafı ilə bağlı məsləhətlər verib, təcrübə proqramının gedişatı barədə ətraflı məlumat təqdim ediblər.

Daha sonra tələbələr Mərkəzi Gömrük Hospitalının müvafiq şöbələrinə yönləndirilib və hər biri seçdikləri sahə üzrə praktiki bilik və bacarıqlarını inkişaf etdirməyə başlayıblar.