Mirzəyev Elçin Elşad oğlu
İngilis dili və tərcümə kafedrasının müəllimi
elchin_mirze85@ndu.edu.az
Elçin Elşad oğlu Mirzəyev 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin ingilis dili ixtisasını bitirmişdir. 2007-2014-cü illərdə Naxçıvan Türk liseylərində, 2015-2019-cu illərdə isə Babək rayon Araz kənd ümumi orta məktəbində ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. Bundan əlavə, 2017-2019-cu illərdə Naxçıvan Dövlət Universitetində “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisası üzrə magistr təhsili almışdır.Hal-hazırda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Xarici dillər fakültəsinin İngilis dili və tərcümə kafedrasında müəllim işləyir.
Dərc olunmuş elmi əsərlər:
- “Əxlaq tərbiyəsinin mahiyəti, məzmunu, məqsəd və vəzifələri” Naxçıvan Dövlət Universiteti. Magistrantların regional elmi konfransının materialları(No 10). NDU, “Qeyrət” nəşriyyatı, 2019
- Naxçıvan Dövlət Universiteti, “Azərbaycan bədii tərcümə sənətinin inkişafında Naxçıvanlı ziyalıların rolu” onlayn respublika elmi konfransı, “Bədii tərcümə anlayişi, tarixi və mahiyyəti”, Naxçıvan, 30 aprel, 2020
- Naxçıvan Müəllimlər İnstitutu, “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər”, onlayn respublika elmi-praktik konfrans, Naxçıvan, 21 may 2020
- Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan bölməsi, İncəsənət dil və ədəbiyyat institutu, Axtarışlar, “Elmi mətnlərin tərcümə məsələləri”, Naxçıvan, “Tusi”-2021, No2, cild 15, səh 135
- Naxçıvan Dövlət Universiteti, “Tibbi tərcümənin növləri, çətinlikləri, dövrümüz üçün aktuallığı, tərcümə sahəsindəki rolu və əhəmiyyəti”, “Elmi əsərlər”.Humanitar elmlər seriyası. 2021, №1(110), səh 95
- Akademik məqalə yazı qaydaları və Beynəlxalq elmi hakimlik təlimi / Akademik makale yazım kuralları ve Uluslararası bilimsel hakemlik eğitimi (onlayn 1-2 fevral 2021)
- “Frazeoloji birləşmələr, onların tərcüməsi və bu prosesdə yaranan çətinliklər” NMİ 29 aprel 2022
- “ İngilis dilində frazeoloji birləşmələrin leksik-semantik xüsusiyyətləri və onların tərcümə problemləri” AMEA Naxçıvan bölməsi“Axtarış” jurnalı. №2 Cild 16 2022