Elgün Bəşir oğlu  Tağıyev

elgn.tayev@mail.ru

Kafedranın müəllimi

1991ci ildə Naxçıvan MR  Ordubad rayon Qoşadizə  kəndində anadan olmuşdur. 1998-ci ildə Naxçıvan MR Ordubad rayon Sabirkənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur.  2009-cu ildə Naxçıvan MR Ordubad rayon Sabirkənd tam orta məktəbini bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə Fizika müəllimliyi ixtisasına qəbul olmuşdur. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin bakalavır təhsil səviyyəsini bitirmişdir. Universitetdə təhsil aldığım illərdə Respublika fənn olimpiadalarında, Respublika TEC konfranslarında Universiteti dəfələrlə təmsil etmiş, pedaqoji təcrübə keçdiyi tam orta məktəblərdə genişmiqyaslı elmi, ictimai-siyasi tədbirlər keçirmiş, Universitet və adı çəkilən müəsissələr tərəfindən onlarla fəxrifərman və diplomlarla təltif olunmuşdur.

2013-cü ildə Naxçıvan Dövlət Universitetinin magistratura fakültəsinin Yarımkeçiricilər ixtisasına qəbul olmuşdur. Hərbi xidmət keçməsilə bağlı öz ərizəm əsasında təhsilinə bir illik möhlət icazəsi almışdır. 2013-cü ilin iyul ayının 24-dən 2014-cü il iyul ayının 1-dək Naxçıvan şəhərində 215 №-li hərbi hissədə hərbi xidmət keçmişdir. 2014-cü il iyul ayının 1-dən kiçik çavuş rütbəsilə Azərbaycan silahlı qüvvələrinin ehtiyatına buraxılmışdır. Xidmətdə fərqləndiyinə görə fəxri fərman və vətənə sevgi məktubu ilə təltif olunmuşdur. 2014-cü il sentyabr ayından magistratura təhsil səviyyəsində öz təhsilimə bərpa olunmuşdur. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin həmin ixtisası üzrə magistratura təhsil səviyyəsini bitirmişdir. 2015-ci ildə  avqust ayında keçirilən müəllimlərin vakansiya yolu ilə işə qəbulunda Naxçıvan MR  Ordubad rayon Behrud kənd tam orta məktəbinə fizika müəllimi təyin olunmuşdur. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Elektron Təhsil Şöbəsində baş insipektor vəzifəsinə təyin edilmişdir. 2018-ci ildə Universitetdə struktur dəyişikliyi zamanı həmin vəzifədən İKT və ETŞ üzrə müavin vəzifəsinə təyin edilmişdir. 2018-ci ildə Naxçıvan Dövlət Universitetində müəllim vəzifəsinə təyin edilmişdir. 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin doktorantura şöbəsində “Məsaməli silisiumda AIIBIV birləşmələrinin kontaktı əsasındakı diod strukturlarında elektron prosesləri” mövzusunda elmi iş götürmüş və həmin universitetin dissertantıdır. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk təşkilatı Gənclər birliyinin sədridir. 2018-ci ildən isə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvüdür.