I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Əliyeva Gültəkin Budaq qızı-Kafedra müdiri

         1953-cü il martın 8-də Naxçıvan şəhərində anadan olmuşam. Naxçıvan şəhər 5 № li səkkizillik, sonra isə 7 №li orta məktəbi bitirmiş, 1974-cü ildə ADTU-nin müalicə profilaktika fakultəsinə daxil olmuş, 1979-1980-ci ildə bitirmişəm . 1980-ci ildən 1988-ci ilədək DQMV-Xocavənd rayonunda MRX-da Metodik kabinə həkimi mama -ginekoloq işləmişəm. Qarabağ hadisələri üzündən 1988-ci ildə Beyləqan rayonuna məcburi köçmüşəm. 1993-cü ilədək bu rayonda işləmiş, apardığım elmi araşdırmaları yarımçıq qoyub Naxçıvan şəhərinə köçmüşəm, Naxçıvan diaqnostika mərkəzində ginekoloq sonra isə 1996-cı ildə Naxçıvan şəhər xəstəxanasında ginekoloji şöbənin müdiri işləmişəm.  1995-1998-ci illər arasında apardığım yeni elmi araşdırmaları sona çatdırıb “İzoseroloji uyğunsuzluq fonunda gedən xronik toksoplazmoz infeksiyasının hamiləliyin başa çatmasında etoloji rolu” mövzusunda dissertasiya müdafiə etmişəm.1996-cı ildən Naxçıvan Tibb Məktəbində mamalıq və ginekologiya fənnindən dərs demiş, 1996-cı ildə Türkiyənin İstanbul şəhərində, elmi araşdırma üçün 1997-ci ildə isə İran İslam Respublikanın Təbriz şəhərində olmuşam.

2000-ci ildə Türkiyənin Antalya şəhərində I həftə Uluslar arası Talassemiya yaz okulunda olmuşam, hal-hazırda elmi araşdırmalarım davam edir, Gürcüstan Rerspublikası Tbilisi şəhəri Jordaniya adına  Repraduktologiya Elmi Tədqiqat İnstitutunda Prof.Arçil Xomasuidzenin rəhbərliyi altında Nax.MR sonsuzluğun araşdırılması mövzusunda  2il doktorluq dissertasiyası üzərində çalışmışam. Gürcüstan Respublikasında baş verən kritik vəziyyətlə bağlı yarımçıq qoymuşam.

23.04.2007 – dən 23.07.2007-ci il tarixədək Türkiyə Cumhuriyyəti Kocaeli Univerisitetində mama ginekologiya kafedrasında təkmilləşmə kursu keçmiş, bu zaman ərzində Türkiyədə olduğum müddətdə 17.07.2007-ci ildə İstanbul Cərrahpaşa kadın doğum və tup bebek günlərində iştirak etmişəm. Tibbin son nailyyətlərindən yararlanmışam.

13.05.2007-ci ildə Türk ginekoloji və obstetrik dərnəyi Marmara bölgə toplantısına qatılmışam.

2009-cu ildə TC Kocaeli univerisitetində NDU I qrup tələbəsi ilə təcrübə keçmişəm.

Bu illərdə 14 məqalənin ,5 dərs vəsaitinin və Qızlarla səmimi söhbət kitabçasının müəllifiyəm. NDU pediatriya fakültəsində tibbi kadrların hazırlanmasında bütün bilik və səriştəmi sərf etdirəm. Hal-hazırda NDU-nun Tibb fakültəsinin  Ümumi təbabət və gigiyena kafedrasının müdiri vəzifəsində  çalışıram, əvvəl müəllim, daha sonra baş müəllim, 2016-ci ilin  7mart  tarixində Nax.MR Əməkdar həkim adını almışam. 2016-cı ildə dosent adını almışam.2017 ci ildə Azərbaycan Respublikası Avropa Nəşr Mətbuat evinin Diplomuna Və Ən yaxşı vətənpərvər Tədqiqatçı alim Qızıl medalı ilə təltif olunmuşam.!0 ildir ki,Nax.MR rəhbərliyi Ailə Qadın Uşaq problemleri üzrə Dövlət Komitəsinin,Səhiyyə Nazirliyinin tapşırığı ilə qadın əhalisinin maarifləndirilməsi proqramında iştirak edirəm

Cinayət məsuliyyətinə cəlb olunmamışam. Cinayət məsuliyyətinə cəlb olunmuş yaxın qohumum və xaricdə yaşayan yaxınlarım yoxdur.

Tibb elmləri namizədi Əliyeva Gültəkin Budaq qızının Dərc olunmuş  elmi əsərlərinin s i y a h ı s ı

ƏLİYEVA  GÜLTƏKİN   B UDAQ  qızının  çap olunmuş əsərlərinin siyahısı

1.İzoseroloji uyğunsuzluq fonunda gedən xronik toksoplazmozun hamləliyin vaxtından qabaq  pozulmasinda   etioloji  rolu“14 00 01 mamalıq -ginekologiya namizədlik dissertasiyasının avtoreferatı  Bakı 1998 ci il  25 səh

2.Особенности течения и исход  беременности у женщин, страдающих токсоплазмой и  листериозной инфекцией   “Sağlamlıq” ,№ 8, Bakı, 1997,səh.22 (həmmüəllif)

  1. Naxçıvan MR-da fertil yaşlı qadınlar arasında  xronik  toksoplazmozun diaqnostikası və müalicəsinə dair Sağlamlıq”,№ 9, Bakı, 1997,səh.57

3.Сочетание токсоплазмозной и листериозной инфекций в причине невынашиваемости и перенатальной патологии у беременных  группы повышенного риска  Сбoр. Материалов  итоговой науч. конференции АМУ им. Н.Нариманова за 1997, стр.83  Баку 1998 г(həmmüəllif)

4.Naxçıvan MR-da xronik  toksoplazmozlu hamilə qadınlarda aparılan ultrasəs müayinəsinin nəticələri“ Sağlamlıq”,№ 10, Bakı, 1997,səh.56

  1. Dinamik ultrasəs müayinəsinin perinatal patologiyanın diaqnostikasında rolu Сб. научн. трудов по материалам Республиканской конференции. Баку, 1998, стр.344
  2. İzoseroloji uyğunsuzluq fonunda gedən xronik toksoplazmozun hamiləliyin vaxtından qabaq pozulmasinda etioloji rolu“Sağlamlıq”,№ 4, Bakı, 1998 səh.24

7.Hamiləliyin vaxtından qabaq pozulmasında və uşaq ölümündə xronik toksoplazmozun etioloji rolu “Sağlamlıq”,№ 10, Bakı, 1999 səh. 44-45(həmmüəllif)

  1. SORGE- Talassemiya cəmiyyəti haqqında. Uluslararası talessemiya yaz okulunun materialları, Göynük, Antaliya, Türkiyə  2000 ci il səh 177-178

9.Hamiləliyin başa çatmasında ərlə arvadın birgə müalicəsinin səmərəliliyi“Sağlamlıq”,№ 4, Bakı, 2002 səh 36

10.Hamiləliyin başa çatmamasında toksoplazmoz infeksiyasının rolu“Sağlamlıq”,№ 6, Bakı, 2002 səh 10

11.Naxçıvan MR şəraitində  qızların cinsi inkişafının patologiya-larının xüsusiyyətləri i, “Sağlamlıq”,№ 3, Bakı, 2004 səh 59-61(həmmüəllif)

12.Hiperprolaktinemik sindromun müalicəsində “Cefonorm” preparatının tətbiqi. Xalq həkimi Mehdi Bağırovun

90 illik yubileyinə həsr olunmuş elmi praktiki konfransın materialları Naxçıvan 2006 cı il  səh.151-156

13.Qızlarla səmimi söhbət   kitabça 16 səhifə. Bakı, “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı, 2005 ci il. (həmmüəllif)

  1. Hamilə qadınlarda dərman təyininin bəzi xüsusiyyətləri Xəbərlər”,2006,səh.132-136

15.Yeniyetmə qızlarda və fertil yaşlı qadınlarda funksional kistaların konservativ müalicə-sinin skreninq test  kimi qiymətləndirilməsi  “Sağlamlıq”,№ 8, Bakı, 2006,səh.63-66

  1. Antibiotiklərə qarşı rezistentliyin inkişafında bakterial fermentlərin rolu NDU, Elmi əsərlər – təbiət elmləri və tibb seriyası, 2011,№2, səh.82

19 .Naxcıvan MR-da qadın sonsuzluğunun strukturası- stress bir faktor kimi. NDU-nun Elmi əsərlər toplusu 2012 ci il  N 1(48)səh 118

20.Sağlam qidalanmaya qigiyenik tələblər. Dərs vəsaiti Naxcıvan 2014 cü il 380 səh (həmmüəllif)

16.Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasında və  perinatal patalogiyada rolu   Dərs vəsaiti  Azərbaycan Respublikası təhsil nazirliyinin 04.07.11  tarixli1173  saylı əmrinə əsasən  Bakı 2011 ci il.160 səh

17.Dəmir defisitli anemiyanın uşaqlarda və hamilə qadınlarda gedişinə müasir baxış. Dərs vəsaiti  Azərbaycan Respublikası təhsil nazirliyinin 04.07.11  tarixli1173  saylı əmrinə əsasən  Bakı 2011 ci il.100 səh(həmmüəllif)

  1. Sağlam qidalanmaya gigiyenik tələblər. Dərs vəsaiti.NDU elmi şurasının 28 noyabr 2012-ci il iclasının qərarına (protokol N3) əsasən Naxçıvan 2014 cü il 380 səh (həmmüəllif)

22.Dölün və yenidoğulmuşun hemolitik xəstəliyi. Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1010 saylı əmrinə əsasən Naxcıvan 2015 cü il 170 səh (həmmüəllif)

  1. Анализ покзателей планирования семыи учебное пособие в НахАР Азербайджанской Республики за приод 1992-2004 Нахичевань НГУ -издателсво Гейрат 2016  29 səh

 

SANİTAR MAARİFİ  İŞİ

1.Xərçəng  Sizin qapınızı çalmadan siz onu yaxalayın. Buklet

2 .Klimaks xəstəlik deyil, onu qarşılamağa hazır olun. Buklet.

3.Hamilə qadın nəyi bilməlidir. Buklet

4.Harmonal kontrseptivlərin tətbiqi-ailə planlaması metodu kimi. Buklet

5.Ana qətlimə  fərman vermə. Buklet

6.Hamiləliyə hazırlaşan qadına yaddaş. Buklet