Ümumi məlumat
Ümumi məlumat
Naxçıvan Dövlət Universitetinin əsas struktur sahələrindən birini Xarici tələbələrlə iş üzrə dekanlıq təşkil edir.
Bu dekanlıq universitetdə təhsil almağa başlayan xarici vətəndaşların hazırlıq kurslarını təşkil edir, eyni zamanda ayrı – ayrı fakültələrdə bakalavr və magistr səviyyələri üzrə təhsil alan xarici tələbələrin bütün qayğı və problemlərinin həlli ilə məşğul olur. Hazırlıq kurslarında xarici tələbələrə Azərbaycan dili ilə yanaşı seçdikləri ixtisaslara uyğun olaraq baza fənləri də tədris edilir. Hazırlıq kursunun sonunda dinləyicilər buraxılış imtahanı verirlər. Buraxılış imtahanlarından müvəffəq qiymət alanlar seçdikləri ixtisaslar üzrə birinci kurslara qəbul olunurlar.
İxtisaslar.
Universitetdə əcnəbi vətəndaşların təhsili ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı təhsilin pilləsindən, formasından və ixtisaslardan asılı olaraq fərqlənir.
QƏBUL QAYDALARI
Qəbul qaydaları və tələb olunan sənəndlər.
Universitetə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun aparılır.
Əcnəbi vətəndaşlar Naxçıvan Dövlət Universitetində təhsil almaq üçün tələb olunan sənədləri universitetə şəxsən təqdim etməlidirlər. Sənədləri müvafiq komissiya tərəfindən qəbul olunan vətəndaş müsahibələrə daxil edilir, müsahibələrdən uğurla keçən vətəndaşlar dinləyici olaraq hazırlıq kurslarına qəbul olunurlar.
Qəbul üçün tələb ounan sənədlər:
- təhsil müəssisəsi rəhbərinin adına ərizə;
- Bitirdiyi təhsil pilləsi üzrə attestat və ya diplom;
- keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri);
- sağlamlıq və QİÇS haqqında arayışlar;
- milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə;
- tərcümeyi-hal;
- 3×4 ölçüdə 8 ədəd fotoşəkil.
Qeyd:
- Müraciət zamanı sənədlərin elektron göndərilməsi də mümkündür. Bu zaman əcnəbi vətəndaşa dəvət məktubu göndərilir. Bundan sonra əcnəbi vətəndaş sənədlərinin əsalini və fotosurətlərini təqdim edərək müsahibələrdə iştirak edir.
- Azərbaycan Respublikasından kənarda bakalavr dərəcəsi almış əcnəbi tələbə magistraturada təhsil almaq üçün sənədlərini təqdim etməzdən əvvəl diplomunun ekvivalentliyini Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirməlidir. Bundan sonra təsdiq olunmuş diplomunu və notarial qaydada təsdiq olunmuş surətini bakalavr pilləsinə qəbul olunmaq üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim etməlidir.
İXTİSASLAR
Universitetdə əcnəbi vətəndaşların təhsili ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı təhsilin pilləsindən, formasından və ixtisaslardan asılı olaraq fərqlənir.
Bakalavriat:
Riyaziyyat müəllimliyi |
Fizika müəllimliyi |
Riyaziyyat və informatika müəllimliyi |
Fizika |
Kimya müəllimliyi |
Biologiya müəllimliyi |
Coğrafiya müəllimliyi |
Baytarlıq |
Torpaqşünaslıq və aqrokimya |
Biologiya |
Elektroenergetika mühəndisliyi |
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi |
Ekologiya mühəndisliyi |
Memarlıq |
İnformasiya texnologiyaları |
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi |
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi |
Geodeziya və xəritəçilik mühəndisliyi |
Geologiya mühəndisliyi |
Turizm və otelçilik |
Dövlət və bələdiyyə idarəetməsi |
Hüquqşünaslıq |
Sosial iş |
Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi |
Texnologiya müəllimliyi |
Bədən tərbiyəsi və idman |
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi |
Tarix müəllimliyi |
Jurnalistika |
Kitabxanaçılıq və informasiya |
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması |
Tarix |
Xarici dil müəllimliyi (İngilis dili) |
Xarici dil müəllimliyi (Fransız dili) |
Xarici dil müəllimliyi (Alman dili) |
Xarici dil müəllimliyi (Rus dili) |
Tərcümə (İngilis-Azərbaycan dilləri) |
Tərcümə (Ərəb-Azərbaycan dilləri) |
Tərcümə (Fars-Azərbaycan dilləri) |
Beynəlxalq münasibətlər |
Mühasibat uçotu və audit |
İqtisadiyyat |
Dünya iqtisadiyyatı |
Menecment |
Müalicə işi |
Tibbi profilaktika |
Stomotologiya |
Əczaçılıq |
Musiqişünaslıq |
Xalq çalğı alətləri ifaçılığı |
İnstrumental ifaçılıq (Fortepiano) |
İnstrumental ifaçılıq (Simli alətlər) |
İnstrumental ifaçılıq (Nəfəs alətləri) |
Solo oxuma |
Bəstəkarlıq |
Aktyor sənəti |
Musiqi müəllimliyi |
Təsviri incəsənət müəllimliyi |
Dirijorluq |
Rəngkarlıq |
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi |
Filologiya |
Tarix müəllimliyi |
Jurnalistika |
Kitabxanaçılıq və informasiya |
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması |
Pedaqogika |
Texnologiya müəllimliyi |
Bədən tərbiyəsi və idman |
Beynəlxalq münasibətlər |
Xarici dil müəllimliyi (dillər üzrə) |
Hüquqşünaslıq |
Dövlət və bələdiyyə idarəetməsi |
Turizm və otelçilik |
Sosial iş |
Mühasibat uçotu və audit |
İqtisadiyyat |
Dünya iqtisadiyyatı |
Menecment |
Riyaziyyat müəllimliyi |
Fizika müəllimliyi |
İnformatika müəllimliyi |
Kimya müəllimliyi |
Biologiya müəllimliyi |
Coğrafiya müəllimliyi |
Baytarlıq |
Ekologiya |
Musiqi müəllimliyi |
Solo oxuma |
Bəstəkarlıq |
Aktyor sənəti |
Sənətşünaslıq |
Musiqişünaslıq |
İnstrumental ifaçılıq |
Təsviri incəsənət müəllimliyi |
Memarlıq |
İnformasiya texnologiyaları |
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi |
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi |
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi |
Elektroenergetika mühəndisliyi |
Əczaçılıq |
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası |
Ümumi iqtisadiyyat |
Ümumi pedaqogika, pedaqogikanın və təhsiln tarixi |
Musiqi sənəti |
Sosial fəlsəfə |
Mikrobiologiya |
Ümumi fəlsəfə |
Analiz və funksional analiz |
Təlim və tərbiyyə nəzəriyyəsi və metodikası |
Ümumi tarix |
Anesteziologiya və reanimatologiya |
Ümumi cərrahiyyə |
Ürək-damar cərrahiyyəsi |
Otoroinorinqologiya |
Urologiya |
Oftomologiya |
Mama ginekologiya |
Terapiya |
Yoluxucu xəstəliklər |
Fitiziotriya |
Patoloji anatomiya |
Pediatriya |
Stomotologiya |
Sosial gigiyena və səhiyyənin təşkili |
Laborotoriya işi |
Epidemologiya |
MÜQAVİLƏ NÜMUNƏSİ
M Ü Q A V İ L Ə №-
Ali məktəbin rektoru şəxsində bir tərəfdən Naxçıvan Dövlət universitetinin rektoru, Tarix üzrə fəlsəfə doktoru, professor E.S.İsayev və bundan sonra əcnəbi dinləyici adlandırılan _____________________ vətəndaşı ______________________ digər tərəfdən aşağıdakı məzmunda müqavilə başlayırlar:
1. Ali məktəb əcnəbi vətəndaşın____________________________ ixtisası üzrə müqavilə yolu ilə müvafiq təhsil proqramları əsasında ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür.
Əcnəbi vətəndaş hazırlıq fakültəsini (şöbəsini) bitirdikdən sonra ali məktəbin birinci kursuna daxil olmaq üçün Azərbaycan Respublikasi Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə ______ AZN manatı bank vasitəsi ilə ali məktəbin xəzinəsinə köçürülür.
2. Ali məktəb aşağıdakıları öz üzərinə götürür:
- dərslərin müvafiq təhsil proqramlarına uyğun yüksək elmi-metodiki səviyyədə aparılmasını təmin edir.
- kitabxana, idman kompleksi, tibbi xidmətdən istifadə etmək üçün əcnəbi tələbəni azərbaycanlı tələbələrin malik olduqları hüquqlarla təmin edir.
- əcnəbi tələbə (magistrant, doktorant) təhsili müvəffəqiyyətlə başa vurduqdan sonra ona ixtisas və dərəcə almasını göstərən müvafiq dövlət sənədi diplom verilir.
- Ali məktəb əcnəbi vətəndaşın tələbəliyinin mənsub olduğu ölkə tərəfindən tanınmasını öz öhdəsinə götürmür.
- Əcnəbi tələbəyə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada çıxış-giriş vizalarının alınmasında köməklik göstərir.
- Ali məktəb əcnəbi vətəndaşın Azərbaycan Respublikasında qalması, pasport qeydiyyatı, viza alması, vətənə gedib gəlməsi, o cümlədən, Azərbaycan Respublikası ərazısındə səfərləri ilə əlaqədar xərcləri ödəmir.
3. Əcnəbi vətəndaş aşağıdakıları öz öhdəsinə götürür:
- ali məktəb Azərbaycan Respublikasi Təhsil Nazirliyinin (Əcnəbi vətəndaş-ların hazırlıq fakültəsində təhsili haqqında) Əsasnaməsində göstərilən sənədləri təqdim edir;
- əcnəbi tələbə üzürsüz səbəbdən dərs buraxmamalı, tədris proqramında nəzərdə tutulan kurs işi, zaçot və imtahanları müəyyən edilmiş vaxtda verməlidir;
- əcnəbi tələbə kursda saxlanıldıqda həmin il üçün yenidən təhsil haqqını ödəməlidir;
- təhsil müəssisəsinin daxili qaydalarına riayət edir, onun əmlakının korlanmasına yol vermir, təqsiri üzündən təhsil müəssisəsinə verilmiş ziyanı ödəyir;
- bütün təhsil müddətini müqavilədə göstərilən ödənişli əsaslarla davam etdirir.
4. Ali məktəb aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanmış müqaviləni ləvğ etmək hüququna malikdir:
- daxili intizam qaydaları kobud surətdə pozulduqda, təhsil haqqı göstərilən müddətdə ödənilmədikdə, əcnəbi vətəndaş cinayət məsuliyyətinə cəlb olunduqda;
- əcnəbi vətəndaşın Azərbaycan Respublikasında qalması qaydaları pozulduqda.
5. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbə görə təhsilini təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən səbəblərdən ali məktəbdən xaric olunduğu təqdirdə ödənilməsi təhsil haqqı geri qaytarılmır.
6. Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilir;
- xüsusi hallarda Azərbaycan Respublikası Arbitraj məhkəməsində baxılır.
7. Əcnəbi vətəndaşın ali məktəbə qəbul olması haqqında əmr təhsil haqqı bank hesabına keçirildiyi və müvafiq müqavilə bağlandıqdan sonra 20 gün ərzində verilir.
8. Əcnəbi vətəndaşa arayış və digər sənədlər təhsil aldığı dildə və müvafiq formada verilir.
9. Müqavilə ilə bağlı dəyişikliklər və əlavələr yalnız yazılı şəkildə edilir və hər iki tərəf imzaladıqdan sonra QÜVVƏYƏ MİNİR.
10. Müqavilə imzalandiği tarixdən 10 gündən gec olmayaraq ali məktəb tərəfindən Azərbaycan Respublikasi Təhsil Nazirliyinə təqdim edilir və burada qeydiyyatdan keçdiyi gündən qüvvəyə minir.
11. Müqavilə Azərbaycan dilində 3 nüsxədə tərtib olunmuş və imzalanmışdır. Hər üç müqavilə eyni hüquqi qüvvəyə malikdir. Müqavilənin bir nüsxəsi ali məktəbdə, ikinci nüsxəsi əcnəbi vətəndaşın özündə, üçüncü nüsxə isə Azərbaycan Respublikası Təhsil Nazirliyində saxlanılır.
Ali məktəb tərəfindən Əcnəbi vətəndaş tərəfindən
Rektor : ____________________
Əlaqə
Ünvan: | Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti
Universitet şəhərciyi, AZ 7012
|
|
Tel.: | (+99436) 544-08-61; Daxili: 2280 | |
E-poçt: | info@ndu.edu.az iro@ndu.edu.az xtd@ndu.edu.az |