Elza Kamal qızı Musayeva
baş müəllim
“Bədən tərbiyəsi və idman”
1950-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
İnstitutunun Fiziki tərbiyə üzrə müəllimliyi fakültəsini bitirmişdir. 1972-ci ildə əmək fəaliyyətinə
Naxçıvan şəhər Sovxoz texnikomunda müəllim kimi başlamışdır. Sonra isə Naxçıvan şəhər 7 saylı orta
məktəbdə əmək fəaliyyətini davam etdirmişdir. 1980-ci il fevral ayının 2-də Naxçıvan Dövlət
Universitetində əməkfəaliyyətinə başlamışdır. Hal-hazırda universitetin “Bədən tərbiyəsi və idman”
kafedrasında baş müəllim vəzifəsində çalışır.
Dərc olunmuş elmi əsərlər
- Məktəbyaşlı uşaqlarda gimnastika məşqinin xüsusiyyətləri. ”Məktəbdə bədən tərbiyəsi”. Bakı 1986 №2
- Yeriş, qaçış, tullanmanın və cisimatmanın öyrədilməsi. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı. Bakı 1986 №2
- Fiziki tərbiyə prosesində əməyə məhəbbət hissinin aşılanması. “Azərbaycan məktəbi” jurnalı. Bakı 1985№2
- Fiziki tərbiyə prosesindəmarksist, leninçi dünyagörüşünün və sosialist beynəlmiləlçiliyin aşılanması. Azərbaycan Neft və Kimya İnstitutu. Bakı VIII Respublika praktik konfransı
- “Şəhriyar” poeziyasında xalq oyunları. ”Məktəbdə bədən tərbiyəsi”. Bakı 1989№3
- “Şəhriyar” poeziyasında xalq oyunları. Naxçıva Elmlər Akademiyası, tezis
- İbtidai siniflərdə səhər gimnastikası, ekskursiyaların, gəzintilərin təşkili və keçirilməsi. NDU 1988, tezis
- İbtidai siniflərdə yüngül atletika elementlərinin öyrədilməsi metodları. NDU 2000, tezis
- Gəncəvi poeziyasında qadınların fiziki tərbiyə məsələləri.NDU 2000, tezis (rus dilində)
- Folklor nümunələrində fiziki tərbiyəyə istinad məsələləri. Naxçıvan Müəllimlər İnstitutu, ”Xəbərlər”, 2000
- Müalicə bədən tərbiyəsi və masaj. NDU, “Qeyrət” nəşriyyatı, 2016. 107 səh. (dərs vəsaiti)
- Müalicə bədən tərbiyəsi və masaj. NDU, “Qeyrət” nəşriyyatı, 2017. (proqram)
- Mütəhərrik oyunlar. NDU, “Qeyrət” nəşriyyatı, 2019. 104 səh. (dərs vəsaiti)