Əsgərov Ənnağı Musa oğlu

 

Naxçıvan Dövlət Universitetinin İnformatika  kafedrasının

müəllimi  

e-mail: ennaghiesgerov@ndu.edu.az

 

Mən Əsgərov Ənnağı Musa oğlu 1970-ci il aprel ayının 27-də Naxçıvan rayonu Əz.Təzəkənd kəndində anadan olmuşam. Azərbaycanlıyam.

    1977-ci ildə həmin kəndin 8 illik məktəbinin 1-ci sinfinə daxil olmuşam. 1987-ci ildə Xıncab kənd orta məktəbini bitirmişəm. Həmin ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşam. 1988-1989-cu illərdə hərbi xidmətdə olmuşam. 1993-cü ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Ümumi texniki fənlər, əmək, əlavə informatika müəllimliyi” ixtisasını bitirmişəm. 1994-1995-ci illərdə Babək rayon Təzəkənd kənd orta məktəbində müəllim vəzifəsində işləmişəm. 1996-1999-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri xidmətində müddətdənartıq hərbi xidmətdə olmuşam. 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasında EHM rəisi vəzifəsinə qəbul olunmuşam. 2018-ci ildən həmin kafedrada müəllim vəzifəsində işləyirəm.

Dərc olunmuş elmi və tədris-metodiki işləri:

1.Yeni nəsil rabitə şəbəkələrində billinq sistemlərinin xüsusiyyətləri. Naxçıvan Müəllimlər İnstitutu. Elmi əsərlər. Naxçıvan, 2021, №2, s.209-211

2.Orta məktəb informatika kursunda artırılmış reallıq texnologiyalarının tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu. Elmi əsərlər. Naxçıvan, 2022, №1, s.133-136

3.Müqavimətsiz mühitdə üfüqə bucaq altında atılmış cismin uçuşunun riyazi modeli. “Fizika, astronomiya və riyaziyyatın aktual problemləri” mövzusunda respublika elmi konfransının materialları. NDU, “Qeyrət” nəsriyyatı, 2022, s.105-109

4.Paralel sütunlu verilənlər bazası sistemləri. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər, Naxçıvan, 2022, №8 (121), s.45-49

5.Təhsilin yeni təskilati formalarından istifadəyə yönəlmis informatika müəlliminin vəzifələri. Naxçıvan Müəllimlər İnstitutu. Elmi əsərlər. Naxçıvan, 2022, №3 (69), s.91-94

6.İnformation technologies in education management. Norwegian Journal of development of the International Science, 123/2023, p.91-94

7.Bilgi harbinde kazanan Azerbaycan. Socrates Journal of Interdisciplinary Social Studies, 2024, Volume 10, Number 37, s.235-239

8.       Stereometriden daha yüksek zorlu derecesi problem çözme deneyinimindən. Socrates Journal of Interdıscıplınary Socıal n            

Studıes Cilt 10 Sayı 39 (2024) s.80-84