
EURIE-Avrasiya Ali Təhsil Zirvəsində Mustafa Aydın Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti ilə görüşüb
Türkiyənin İstanbul şəhərində VIII EURIE-Avrasiya Ali Təhsil Zirvə görüşü keçirilib. Tədbirin ikinci günündə Avropa Universitetlərinin əməkdaşlıq strategiyaları, Türkiyə-Pakistan Şəbəkə Sessiyaları, Təhsil məkanları, Kanadada təqaüdlü təhsil proqramları, Kanada İnstitutlarının və orada təhsil alan tələbələrin təcrübələri, Türkiyə Universitetlərinin Erasmus proqramı ilə beynəlxalq təhsil mübadiləsi, sərhədsiz beynəlxalq əmkdaşlıq imkanları və təhsilə dair bir çox mövzulara dair panel görüşlər keçirilib. Tələbə mübadiləsi və elmi ideyaların, fikir və təcrübələrin, ən uğurlu tətbiqlərin bölüşdürülməsini təşviq edən Avrasiya Ali Təhsil Zirvəsi bu il 70-dən çox universitetin əməkdaşlarını, rektor və təhsil işçilərini bir araya gərirərək qitələrarası əməkdaşlığı və günümüzün ali təhsil sistemində qarşılaşdığı çətinlikləri müzakirə etmək, yeni tendensiyaları kəşf etmək, innovativ həlli yolları tapmağı hədəfləyir. Digər bir məqsəd, Avrasiya məkanını ali təhsilin cazibə mərkəzinə çevirməkdir. Eyni zamanda akademik birlik, layihə və yayım əməkdaşlığı, beynəlxalq tələbə hərəkətliliyi və təhsil proqramlarından yararlanaraq yeni əlaqələrin qurulması imkanları təklif olunub. Əfqanıstan, Əlcazair, Banqladeş, Amerika Birləşmiş Ştatları, Kolumbiya, Fransa, Ukraina, Rusiya və dünyanın dörd bir tərəfindən tədbirə qatılan dünya universitetlər içərisində Azərbaycan universitetləri o cümlədən Naxçıvan Dövlət Universiteti öz tanıtımı və əlaqələri ilə mühüm fəaliyyət planı həyata keçirib. Tədbir və müzakirələr daxilində EURIE&EURAS-ın rəhbəri Doç.DR.Mustafa Aydın Universitetin heyəti ilə görüşüb, proqramın irəli sürdüyü təklifləri bir daha diqqətə çatdırıb. Əməkdaşlıqdan böyük məmnunluq duyduğunu bildirən Mustafa Aydın Avrasiya Universitetlər Birliyi EURIE-Academy”nin növbəti aylarda Naxçıvan Dövlət Universitetində keçiriləcəyi müjdəsini verib. Görüşün sonunda Azərbaycanın digər universitetləri ilə birlikdə xatirə şəkli çəkilib, Naxçıvan Dövlət Universiteti rəhbərliyinin göndərdiyi hədiyyələr Mustafa Aydına təqdim edilib.