[ultimate_heading main_heading=”Fəridə Namiq qızı Ağayeva ,Baş müəllim” margin_design_tab_text=””][/ultimate_heading]

1978- ci ildə Naxçıvan  şəhərində  anadan olub. 1998-ci ildə Ü. Hacıbəyov  adına  Musiqi  texnikumunu ,

2002-ci ildə  Naxçıvan Dövlət  Universitetinin  İncəsənət  fakultəsini, 2009-cu ildə  NDU-nun  Magistratura  pilləsini  fərqlənmə  diplomları  ilə  bitirmişdir. 1996-cı ildən  2018-ci  ilə qədər  Naxçıvan  şəhərində  2saylı  Uşaq  musiqi  məktəbində  fortepiano  müəllimi  və  konsertmeyster

vəzifəsində  çalışmışdır.  2009-2011 ci illərdə  İncəsənət  fakultəsində  tyutor  vəzifəsində  çalışmışdır.  2011-ci ildən  İncəsənət  fakultəsində  Fortepiano  kafedrasında  müəllim,  2017-ci ildən  baş  müəllim  vəzifəsində  çalışır.

2007- 2013 –cü  illərdə   Fransız  dili  kafedrasının  “Frankofoniya”  tədbirlərində  musiqi tərtibatını  hazırlamışdır. 2012-ci

və  2016-cı illərdə  fakultədə  Azərbaycan  və  xarici  bəstəkarlarının  əsərlərindən ibarət  solo  konsert   proqramı   ilə  çıxış  etmişdir.

2017-ci  və  2018-ci  illərdə  magistr  və  bakalavr  tələbələrinin  sinif  konsertlərini  təşkil  etmişdir. 7 məqalə  və  1 tezisin  müəllifidir. Dissertant  olaraq   “Azərbaycan  musiq itarixi  kontekstində  Naxçıvan  bəstəkarlar  təşkilatının  fəaliyyəti  və  rolu”  mövzusu  üzərində  çalışır.  Elmi,  pedaqoji  fəaliyyətlə  yanaşı  yaradıcılıqla da  məşquldur.  “Musiqi  aləmi”  və   “Uşaq  mahnıları”  adlı  2kitabın  müəllifidir.  Dəfələrlə  müsabiqələrdə  iştirak  edib  diplom  və  fəxri  fərmanlarla  təltif  olunmuşdur.  2016-cı ildən  Naxçıvan  Bəstəkarlar  Təşkilatının  üzvüdür.    Təşkilatın    plenumlarında   2012  və  2018-ci  illərdə  mahnıları  səslənmişdir.  2018-ci  ildə  “ Heydər  Əliyev -95”  müsabiqəsində  iştirak  edib  I yer  diplomuna   layiq  görülmüşdür.

Elmi  məqalələri

  1. Musiqi  sənətinin  inkişaf  tarixi. “Elmi  əsərlər”  Humanitar  elmlər seriyası. Naxçıvan. NDU. “Qeyrət”  nəşriyyatı. 2008. 193-196 s.
  2. Музыкальная  культура  античной   Греции.   “Elmi  əsərlər”  Humanitar  elmlər  seriyası.  Naxçıvan.   NDU. “Qeyrət”  nəşriyyatı.  2010.  204-206s.
  3. Azərbaycan   musiqi   sənətinin  inkişaf  tarixi.  .   “Elmi  əsərlər”  Humanitar  elmlər  seriyası.  Naxçıvan.   NDU. “Qeyrət”  nəşriyyatı.  2012.  194-196s.
  4. Fikrət  Əmirov  və  Elmira  Nəzirovanın  “Ərəb  mövzuları   əsasında”  fortepiano  ilə  orkestr   üçün  konserti  haqqında.  Aspirantların  və  gənc  tədqiqatçıların  XI  respublika  elmi  konfransının  materialları.  Bakı.  İncəsənət  Universiteti.  2012
  1. “Elmi  əsərlər”  Humanitar  elmlər  seriyası.  Naxçıvan.   NDU.  “Qeyrət”  nəşriyyatı. 2016.  186- 187s.
  2. Naxçıvan  bəstəkarlar  təşkilatının  inkişaf  tarixi.  Reqional  inkişaf  və  böyük  mədəniyyət.  Beynəlxalq   konfrans.  Naxçıvan.  NDU.  “Qeyrət”  nəşriyyatı.         2013. 111s.
  3. Naxçıvan   musiqi   mədəniyyətinin  inkişaf  tarixi.  “Elmi  əsərlər”  Humanitar  elmlər  seriyası.  Naxçıvan.   NDU. “Qeyrət”  nəşriyyatı.  2015. 177-179
  4. Ərtoğrol   Cavidin  həyat  və  yaradıcılığı.  “Elmi  əsərlər”  Humanitar  elmlər  seriyası.  Naxçıvan.   NDU. “Qeyrət”  nəşriyyatı.  2018. 177-179s.
  5. Uşaq  mahnıları.  Musiqi  kitabı. Dərs  vəsaiti.  Naxçıvan  “Əcəmi”  Nəşriyyat – Poliqrafiya  birliyi. Naxçıvan.  2016.“Musiqi  aləmi”  10 .Fortepiano  ilə  oxumaq  üçün  vətənpərvərlik  və  uşaq  mahnıları  kitabı.  Dərs  vəsaiti.  Naxçıvan  “Əcəmi”  Nəşriyyat – Poliqrafiya  birliyi.  Naxçıvan.  2018.