FAKÜLTƏ HAQQINDA
İncəsənət fakültəsi 11 dekabr 1998-ci ildə universitetin elmi şurasının qərarı ilə yaranmışdır. Əvvəlcə 3 kafedra ilə fəaliyyətə başlayan fakültə hazırda 7 kafedranı öz tabeliyində birləşdirir. Bu kafedralarda 75 nəfər müəllim, 8 nəfər tədrisə köməkçi heyət çalışır. Əməkdaşlarımızdan 1nəfər sənətşünaslıq elmləri doktoru, 6 nəfər sənətşünaslıq üzrə fəlsəfə doktoru, 4 nəfər pedoqogika üzrə fəlsəfə doktoru, 2 nəfər professor, 11 nəfər dosent, 1 nəfər Azərbaycan Respublikasının Xalq Rəssamı, 3 nəfər Azərbaycan Respublikasının Xalq artisti, 2 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, 4 nəfər Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 7 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 3 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimidir.
Fakültə dekanı: Əməkdar rəssam Cavid Vəli oğlu İsmayılov
Təbris işləri üzrə dekan müavini: Mobil Gülməmməd oğlu Hacıyev
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
- Musiqişünaslıq
- Xalq çalğı alətləri ifaçılığı
- İnstrumental ifaçılıq (fortepiano)
- İnstrumental ifaçılıq ( simli alətlər)
- İnstrumental ifaçılıq (nəfəs alətləri)
- Solo oxuma
- Bəstəkarlıq
- Dirijorluq
- Aktyor sənəti
- Musiqi müəllimliyi
- Təsviri incəsənət müəllimliyi
- Rəngkarlıq
Fakültədə tədris, təlim-tərbiyə işləri Azərbaycan Respublıkası Təhsil Nazirliyi və Universitet rəhbərliyinin qarşıya qoyduğu tələblər əsasında həyata keçirilir.
Fakültədə TEC xətti ilə dövrün aktual problemlərinə həsr olunan mövzularla bağlı müəllimlər tələbələrə rəhbərlik edir, onları elmi yöndə düzgün istiqamətləndirirlər. Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə fakültədə vaxtaşırı intellektual oyunlar keçirilir ki, bu da tələbələrimizin dünyagörüşünün artırılmasına kömək edir.
Hər il sentyabr ayının 18-də Milli musiqi günü, Azərbaycan bəstəkarlarının yubileyləri qeyd olunur, bütün əlamətdar günlərə aid tədbirlər hazırlanır. Müəllim və tələbələrimiz Naxçıvan Muxtar Respublikasının demək olar ki, bütün incəsənət yönümlü tədbirlərində istər iştirakçı, istərsə də tamaşaçı qismində yaxından iştirak edirlər.
Fakültə tabeliyində olan kafedralar ənənəvi olaraq hər il hesabat konsertləri keçirir. Bu konsertlərin məqsədi tələbələrin qabiliyyətinin üzə çıxarılması, onların yaxşı ixtisaslı kadr kimi formalaşmasına və səhnə davranışının inkişaf etməsinə diqqəti artırmaqdır.
Fakültədə fəaliyyət göstərən tələbə və müəllimlərdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblı, eyni zamanda müxtəlif tərkibli ansambllar, “Mahur” rəqs qrupu, xor, Şən və Hazırcavablar klubu, Tələbə Teatr Studiyası tələbələrin bacarıq və istedadlarını üzə çıxarmağa geniş imkan yaradır. Musiqi qruplarımız tez-tez Türkiyə Respublikasının müxtəlif şəhərlərində konsert proqramı ilə çıxış edir.
Fakültədə tez-tez istedadlı gənclərin solo konsertlərinin, müəllimlərin sinif konsertlərinin, tələbələrin əl işlərindən ibarət sərgilərin, məzun sərgilərinin keçirilməsi də fakültənin iş qrafikinə daxildir.
Tələbələrin biliklərini daha da artırmaq məqsədilə paytaxtda fəaliyyət göstərən ali musiqi təhsil ocaqlarından ustad dərsləri üçün professor-müəllimlər dəvət olunur.
Universitetimizin xarici ölkə universitetləri ilə olan əlaqələri müəllim və tələbə mobilliyinə imkan verir ki, bu əməkdaşlıqdan İncəsənət fakültəsinin müəllim və tələbələri də yararlanır. Tələbələrimiz 1 və ya 2 semestr müddətinə xarici ölkə universitetlərində təhsillərini davam etdirir, öz bilik dairəsini genişləndirərək gələcək karyeraları üçün mühüm nailiyyət əldə edirlər.
KAFEDRALAR
Fortepiano kafedrası
Fortepiano kafedrası 1996-cı ildən fəaliyyət göstərir. Kafedranın ilk müdiri professor Məmmədova Səidə Müslüm qızı olub. Hal- hazırda da kafedranın müdiri olmaqda davam edir.
Kafedrada 1 professor, 2 dosent, 7 baş müəllim, 3 müəllim, 1 baş laborant işləyir. Hər dərs ilin yekununda Fortepiano kafedrası müəllimlərinin keçirtdiyi səmərəli işin nəticəsi olaraq hesabat konserti keçirdir. Konsertdə Azərbaycan və xarici bəstəkarların iri həcimli əsərlərinə müraciət olunur. Kafedrada ixtisas, fortepiano ansamblı,kamera ansamblı, konsertmeystr sinfi, ümumi fortepiano dərsləri tədris olunur. Tədris işinin yüksək səviyyədə qurulması, tələbələrin ixtisaslı müəllim kadrları kimi hazırlanması kafedranın başlıca funksiyasıdır. Fortepiano kafedrasının müəllimlərinin əksəriyyəti Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan sənətkarlardır. Elə bu səbəbdəndir ki, Muxtar Respublikanın musiqi məktəblərində, Musiqi kollecində və ali təhsil ocaqlarında kafedranın yetirmələri fəaliyyət göstərir. Kafedrada tədris, təlim-tərbiyə işləri yüksək səviyyədə həyata keçirilir. Kafedrada tək solo ifaçı deyil, həm də konsertmeystrlər yetişir.
Kafedra müdiri: Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi professor Səidə Müslüm qızı Məmmədova
Kafedranın professor – müəllim heyəti:
- Səidə Müslüm qızı Məmmədova – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, professor
- Vidadi Əkbər oğlu Heydərov – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, dosent
- Nərminə Fikrət qızı Qədimova – Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, baş müəllim
- Rəna Ələkbər Qızı Cəfərova – Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, baş müəllim
- Solmaz Məmməd qızı Axundova – Azərbaycan Respublikasının əməkdar müəllimi , dosent
- Zemfira Nurəddin qızı Babayeva – Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, baş müəllim
- Nazilə Adəm qızı Qardaşbəyova – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, baş müəllim
- Elnarə Nəriman qızı Məmmədova – baş müəllim
- Fəridə Namiq qızı Ağayeva – baş müəllim
- Fatma Həmid qızı Əliyeva – baş müəllim
- Aynur Səfər qızı Səfərova – müəllim
- Nisə Məmməd qızı Əliyarova – müəllim
- Ülvi Rüfət oğlu Əhmədov – müəllim
- Abutər David qızı Allahverdiyeva – baş laborant
Musiqi təlimi kafedrası
Kafedra 1999- cu ildən fəaliyyət göstərir. Hal-hazırda kafedrada 16 müəllim tələbələrin təlim- tərbiyəsi ilə məşğul olur. Bunlardan 2 nəfəri Pedaqogika üzrə fəlsəfə doktoru, 1 nəfəri Sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1 nəfər dosent, 1 nəfər Azərbaycan Respublikasının əməkdar artisti, 1 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 12 nəfəri isə baş müəllim,1 nəfər konsertmeystr müəllim vəzifəsində çalışır.
Kafedranın ixtisaslı müəllimləri hər il orta ümumtəhsil məktəblərində Pedaqoji təcrübəyə metodist kimi rəhbərlik edib, təcrübəçi tələbələrin sınaq dərslərinin təlimata uyğun səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəmirlər.
Kafedranın dərs bölgüsünə uyğun olaraq, fərdi dərslər çoxluq təşkil etdiyindən müəllimlər istedadlı – qabiliyyətli tələbələr ilə mütəmadi məşğul olurlar. Hər ilin sonunda kafedranın hesabatı yüksək səviyyədə keçirilir.
Kafedranın professor – müəllim heyəti:
1. … – kafedra müdiri
2. Mürsəlov İsmayıl Hüseyn oğlu – Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
3. Cəfərova Sevda Zöhrab qızı – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
4. Xəlilova Sevda Tofiq qızı– Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
5. Babayev Zeynalabdın Abdulla oğlu – Azərbaycan respublikasının əməkdar artisti, baş müəllim
6. Musayeva Sevinc Hafiz qızı – baş müəllim
7. Əhmədov Rüfət Rüstəm oğlu – baş müəllim
8. Əliyev Cəlaləddin Rəşid oğlu– baş müəllim
9. Abbasova Mehriban Aydın qızı – baş müəllim
10. Əliyeva Hicran Etibar qızı – baş müəllim
11. İsmayılova Günay Sadıq qızı – baş müəllim
12. Zamanova Afaq Xəlil qızı – baş müəllim
13. Quliyev Toğrul Həbib oğlu – baş müəllim
14. İsgəndərova lhamə Kamil qızı– baş müəllim
15. Babayev Zeynalabdın Abdulla oğlu – baş müəllim
16. Vəliyeva İradə Qüdrət qızı- müəllim
17. Abbasova Leyla Cəlil qızı- müəllim
18. Əliyeva Fəxriyyə Eldar qızı – müəllim
19. Talıblı Günel Rafiq qızı- konsermeystr müəllim
20. Mehdiyeva Səkinə Oktay qızı-Laborant
Musiqinin Tarixi və Nəzəriyyəsi Kafedrası
Kafedra 2002-ci ildən fəaliyyət göstərir. Burada İncəsənət fakültəsinin bütün musiqi ixtisaslarında təhsil alan tələbələrə musiqi tarixi və nəzəriyyəsi fənləri tədris olunur. Musiqi tənqidi və İnstrumental ifaçılığın tarixi nəzəriyyəsi və metodikası ixtisası üzrə Magistratura şöbəsinin də musiqi tarixi və nəzəriyyə dərsləri bu kafedrada keçirilir.
Kafedra müdiri: sənətşünaslıq elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi – İnara Eldar qızı Məhərrəmova
Kafedranın professor – müəllim heyəti:
- Günay Abbas qızı Məmmədova– sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Kamal Rüstəm oğlu Əhmədov – Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, dosent
- Yaşar Sudef oğlu Xəlilov – Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, baş müəllim
- Sevda Nəsib qızı Hüseynova – baş müəllim
- Rüxsarə Hüseyn qızı Hüseynova – Azərbaycan Respublikasının Əməkdar müəllimi, baş müəllim
- Aynur Rafiq qızı Qasımova -baş müəllim
- Aynur Samiddin qızı Məmmədova – müəllim
- Ruhiyyə Ramiz qızı Dünyamalıyeva– müəllim
- Vüsalə İlqar qızı Əmiyeva – müəllim
- Rumiyə Yaqub qızı Məmmədova – müəllim
Orkestr alətləri və dirijorluq kafedrası
Kafedra 2008-ci ildə Orkestr alətləri kafedrası adı ilə yaranmışdır. 2011-ci ildə kafedraya dirijorluq ixtisası birləşərək “Orkestr alətləri və dirijorluq” kafedrası kimi öz fəaliyyətini davam etdirir. 2017-2018-ci tədris ilində kafedraya solo oxuma ixtisası daxil edilmişdir. Kafedramızda 1 nəfər Azərbaycan Respublikasının xalq artisti, 3 nəfər Azərbaycan Respublikasının əməkdar artisti, 1 nəfər Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 3 nəfər fəlsəfə doktoru, 2 nəfər baş müəllim 2 nəfər müəllim vəzifəsində çalışır. Kafedrada simli, nəfəs alətləri, dirijorluq və solo oxuma ixtisasları fəaliyyət göstərir. 2012-ci ildən kafedramızın kamera orkestri öz fəaliyyətinə başlayıb və bu günə kimi davam etdirir. Hər ilin sonunda keçirilən kafedranın hesabat konsertində tələbələr öz məharətini sərgiləyir.
Kafedra müdiri: Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Mehriban Vaqif qızı Cəfərova
Kafedranın professor – müəllim heyəti:
- Çingiz Məmməd oğlu Axundov – Azərbaycan Respublikasının xalq artisti, dosent
- Mübariz Səməd oğlu Əsgərov – Azərbaycan Respublikasının əməkdar artisti, dosent
- Fərzəliyeva Gülyanaq Əhəd – Azərbaycan Respublikasının əməkdar artisti, baş müəllim
- Fazil Mustafa oğlu Əsədov – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, müəllim
- Tural Nüsrət oğlu Nəcəfov– Azərbaycan Respublikasının əməkdar artisti, müəllim
- Amil Əkbər oğlu Əsgərov -Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
- Validə Vəli qızı Hüseynova – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, dosent
- Sevinc Zöhrab qızı Cəfərova – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
- Şəbnəm Mirzəmməd qızı Şirinova – baş müəllim
- Elvira Nuca qızı Əliyeva – baş müəllim
- Rahim Mübariz oğlu Əsgərzadə- müəllim
- Aidə İbrahim qızı Novruzova müəllim
- Quliyeva Rəfayə Qara – Laborant
Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimləri haqqında məlumat
2011-ci ildə Naxçıvan Dövlət Universitetində “Teatr və Mədəniyyətşünaslıq” kafedrasınin və aktyor sənəti ixtisasının fəaliyyətə başlaması muxtar respublikamızda ixtisaslı aktyor kadrlarına olan tələbatın ödənilməsi probleminin həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu işdə ali teatr məktəbləri ilə yanaşı, universitetlərdə yaradılan studiyalar da əhəmiyyətli rol oynayır.
Naxçıvan Dövlət Universitetində “Teatr və Mədəniyyətşünaslıq “kafedrası nəzdində fəaliyyət göstərən Tələbə Teatr Studiyasının təcrübəsi buna layiqli nümunə sayıla bilər.
Kafedra müdiri: Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent – Gülxarə Mənaf qızı Əhmədova
- Kamran Məmmədqulu oğlu Quliyev – Azərbaycan Respublikasının Xalq Artisti, müəllim
- Tofiq Həbib oğlu Seyidov – Azərbaycan Respublikasının Xalq Artisti, baş müəllim
- Azər Babalı oğlu Cəfərli – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, müəllim
- Elza Sultanəli qızı Fərzəliyeva – müəllim
- İlkanə İsmayıl qızı Talıblı -laborant
Təsviri incəsənət kafedrası
“Təsviri incəsənət” kafedrası 1995 -ci ildən fəaliyyət göstərir. ”Təsviri incəsənət” kafedrası fəaliyyət göstərdiyi müddətdən öz tələbələrinə böyük imkanlar yaradır. Burada iki ixtisas- Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisası fəaliyyət göstərir. Tələbələr həm rəsm, rəngkarlıq, dekorativ tətbiqi sənət, heykəltəraşlıq, plastik anatomiya, həm də digər fənlərin sirlərinə yiyələnir.
Bizi seçən tələbələrimiz hər il müxtəlif mövzularda sərgilər keçirir. Əlamətdar günlərdə, yubileylərdə, fərdi sərgilərdə müəllim və tələbə heyəti sərgilər təşkil edirlər. Naxçıvan Rəssamlar Birliyi, Gənclər Fondunun, Ailə, Qadın və Uşaq Problemləri komitəsinin təşkil etdiyi sərgi və müsabiqələrdə həm tələbələr, həm də müəllimlər yaxından və böyük həvəslə iştirak edir. Qabiliyyətli tələbələrimizə fərdi sərgilərinin açılmasında rəhbərliyimiz kömək edir və onlar üçün böyük imkanlar yaradır. Bundan əlavə, rəssam tələbələr mütəmadi olaraq etüdlərə aparılır, açıq səma altında zövqlə və böyük həvəslə tələbələrimiz bu etüdlərdə iştirak edirlər.
Kafedra müdiri: Cavid Vəli oğlu İsmayılov – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent
Kafedranın professor – müəllim heyəti:
Hüseynqulu Əli oğlu Əliyev – Azərbaycan Respublikasının Xalq rəssamı, professor
Cavid Vəli oğlu İsmayılov – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent
Mahir Xanlar oğlu Xəlilov – Pedaqogika üzrə fəlsəfə doktoru, Baş müəllim
Elman Məhərrəm oğlu Cəfərov – Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Müəllim
Siddiqə Zakir qızı Hacıyeva – Baş müəllim
Arzu Novruzov Zakir oğlu – Baş müəllim
Səyyarə Namiq qızı Sadıxova – Müəllim
Əlövsət Ərrəhman oğlu Allahverdiyev – Müəllim
Əzizə Akif qızı Məmmədova – Müəllim
Toğrul İman oğlu Cəfərli – Kabinə müdiri
Xalq çalğı alətləri kafedrası
Xalq Çalğı Alətləri kafedrası 2008-ci ildə yaranıb. Həmin ildən Kafedrada tar, kamança, nağara, qanun, qarmon ixtisasları üzrə mütəxəssislər hazırlanır. Kafedrada Açıq dərs, Elmi seminar və TEC xətti ilə keçirilən konfranslarda tələbə və müəllimlərin iştirakı təmin edilir. Hər il kafedrada hesabat konserti keçirilir. Bu konsertlərdə tələbələrlə yanaşı müəllim kollektivi də iştirak edir.
Kafedranın “Buta” instrumental ansamblı fəaliyyət göstərir. “Buta” instrumental ansamblı universitet daxilində və Muxtar Respublikada keçirilən tədbirlərdə yaxından iştirak edir və eləcə də xarici ölkələrdə keçirilən tədbirlərdə maraqlı proqram ilə çıxış edirlər.
Kafedra müdiri: Azərbaycan Respublikasının mədəniyyət işçisi, İmamqulu İsgəndər oğlu Əhmədov
Kafedranın professor – müəllim heyəti:
1.Zəminə Məhərrəm qızı Nəcəfova – Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
2.Vahid Məmmədəli oğlu Məmmədov – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
3.Aqib İbrahim oğlu Seyidov – Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, baş müəllim
4. Xalidə Abbasəli qızı Mərdanova – baş müəllim
5. Sərxan Qəhrəman oğlu Abdullayev – müəllim
6.Polad Natiq oğlu Vəli – müəllim
7.Zeynəb Vəzir qızı Yusifova – müəllim
8.Elnur Kamran oğlu Quliyev – müəllim
9.Mobil Gülməmməd oğlu Hacıyev – müəllim
10.Səxavət Şərif oğlu Rəhimov-Konsertmeystr
11.Ceyran Kamran qızı İsmayılova -laborant
ELMİ ŞURA
“İncəsənət” fakültəsinin Elmi şurası
№ | Soyadı,adı və ata adı | Vəzifəsi |
1. | İsmayılov Cavid Vəli oğlu | Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssam,dekan – Sədr |
2. | Hacıyev Mobil Gülməmməd | Dekan müavini, müəllim , sədr müavini |
3. | Hacıyeva Siddiqə Zakir qızı | “Təsviri incəsənət ” kafedrasının baş müəllim,doktorant -Katib |
4. | Allahverdiyeva Həbibə Rəşid | “Təsviri incəsənət ” kafedrasının müdiri, Naxçıvan |
5. | Mürsəlov İsmayıl Hüseyn | “Musiqi təlimi” kafedrasının müdiri, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent-üzv |
6. | Cəfərova Mehriban Vaqif | “Orkestr alətləri və Dirijorluq ” kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru -üzv |
7. | Quliyeva Aynurə Arif | “Xalq Çalğı alətləri” kafedrasının müdiri,Sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent – üzv |
8. | Məhərrəmova İnara Eldar | “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri Azərbaycan Respublikasının Əməkdar müəllimi, Sənətşünaslıq elmləri doktoru, dosent – üzv |
9. | Məmmədova Səidə Müslüm | “Fortepiano” kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, professor- üzv |
10. | Əhmədova Gülxarə Mənaf | “Teatr və mədəniyyətşünaslıq” kafedrasının müdiri Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent-üzv |
11. | Əhmədov Kamal Rüstəm | “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənətXadimi – üzv |
12. | Axundov Çingiz Məmməd | “Orkestr alətləri və Dirijorluq ” kafedrasının professor,Azərbaycan Respublikasının xalq artisti -üzv |
13. | Nəcəfova Zəminə Məhərrəm | “Xalq Çalğı alətləri” kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru- üzv |
14. | Qədimova Nərminə Fikrət | “Fortepiano” kafedrasının baş müəllim, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi -üzv |
15. | Bayramzadə Rauf Xansuvar | “Xalq Çalğı alətləri” ixtisası üzrə IV kurs tələbəsi Heydər Əliyev adına adlı təqaüd – üzv |
16. | Əhmədli Rəşad Niyaməddin | Təsvir incəsənət müəllimliyi ixtisası üzrə I kurs tələbəsi,Tələbə Elmi Cəmiyyəti sədr |
17. | Babayev Turqay Rasim | Rəngkarlıq ixtisası üzrə I kurs tələbəsi, Həmkarlar sədri |
Əlaqə
Ünvan: |
Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Universitet şəhərciyi, AZ 7012
|
|
Tel.: | (+99436) 544-08-61; Daxili: 21 00 |