FAKÜLTƏ HAQQINDA
Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin (indiki Təhsil Nazirliyinin) 18.10.1991-ci il tarixli 46-II-4537-16 nömrəli məktubuna əsasən Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin 01 noyabr 1991-ci il 251 nömrəli əmrinə əsasən İstehsalın iqtisadiyyatı və idarəedilməsi, Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisaslarını əhatə edən “İqtisad” fakültəsi yaradılmışdır. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə fakültənin adı “İqtisadiyyat və idarəetmə” fakültəsi olaraq dəyişdirilmişdir.
Fakültənin dekanları:
- Akif Vəli oğlu Mədətov, i.ü.f.d., dosent 1991-1994
- Ağarza Ağahəsən oğlu Rüstəmov i.e.d., pofessor 1994-2004
- Asif İsmayıl oğlu Şirəliyev i.e.d., professor 2004-2014
- Mehdi Siyavuş oğlu Bağırov i.ü.f.d., dosent 2016-2017
- Əşrəf Umud oğlu Ələkbərov i.ü.f.d., dosent 2018-
Fakültənin dekan müavinləri:
- Şükür Aloş oğlu Məmmədov t.ü.f.d., dosent 1991-1994
- Yusif Hüseyn oğlu Hüseynov f.ü.f.d., dosent 1994-1995
- Məmməd Hüseyn oğlu Rzayev f.e.d., professor 1995-1997
- Teymur Abbas oğlu Abbasov i.e.d., professor 1997-2004
- Müslüm Əli oğlu Cabbarzadə i.ü.f.d., dosent 2004-2014
- Teymur Abbas oğlu Abbasov i.e.d., professor 2014-2016
- Əşrəf Umud oğlu Ələkbərov i.ü.f.d., dosent 2016-2018
- Rauf Abdulla oğlu Rəhimov 2018-2021
- Asif Eldar oğlu Abdullayev 2022-
Hal-hazırda fakültədə 4 kafedra fəaliyyət göstərir.
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
- İqtisadiyyat (əyani və qiyabi şöbələr)
- İqtisadiyyat (ingilis dilində)
- Mühasibat (əyani və qiyabi şöbələr)
- Dünya iqtisadiyyatı
- Menecment
- Marketinq
- Turizm işinin təşkili
- Dövlət və bələdiyyə idarəetməsi
- Beynəlxalq ticarət və logistika
Respublikamızda təhsilə göstərilən dövlət qayğısı sayəsində əldə edilən uğurların miqyası getdikcə artmaqdadır. Bütün bunların məntiqi nəticəsi olaraq 2017-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsi üçün yeni tədris korpusu tikilərək müəllim və tələbələrin istifadəsinə verilmişdir. Fakültə dekanlığının və kafedraların birgə fəaliyyəti ilə Boloniya sisteminin tələblərinə uyğun tədris proqramları hazırlanmış, tədris olunan fənlərin müasir standartlar əsasında təşkili daim diqqət mərkəzində saxlanılmışdır. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlığı sahəsində fakültədə 3 professor, 14 dosent, 6 baş müəllim, 17 müəllim və 4 tədrisə köməkçi heyət fəaliyyət göstərir. Fakültənin tədris bazası 1 elektron kürsülü, 5 proyektorlu və smart lövhəli olmaqla 24 auditoriyadan, bir kitabxanadan və yüksək sürətli internətə bağlı olan komputer sinfindən ibarətdir.
Fakültə tələbələri istər universitet daxili, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə daim uğurla iştirak edirlər. Tələbələrimizin bilik yarışlarında fakültəmizi, Universitetimizi layiqincə təmsil etməsi daha sevindirici haldır. İstər respublika səviyyəsində, istərsə də muxtar respublika səviyyəsində son dövrdə geniş vüsət almış “startup” hərəkatında fakültəmizin tələbələrinin uğurlu iştirakı daha diqqətə layiqdir. Belə ki, 12.10.2018-ci il tarixdə “İdeyadan Biznesə” layihəsi çərçivəsində Naxçıvan turunun qalibi Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Noahland” komandası olmuşdur.
Bakıda ilk dəfə olaraq oktyabrın 26-30-da təşkil edilmiş “İnnovasiyalar həftəsi” çərçivəsində Milli Finalda dəvət olunublar. 2018-ci ilin oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçirilmiş Milli Finalda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Noahland” layihəsi üçüncü yerə layiq görülüb. Milli Finalda qalib gəlmiş layihə kimi Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin komandası 2018-ci ilin dekabrın 4-7-də təşkil edilmiş XXIV “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransda çıxış etmişdir.
2020-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən startap müsabiqəsində İqtisadiyyat və idarəetmə fakültəsi tələbələrinin təqdim etdikləri “Vita Block” layihəsi birinci yerə layiq görülmüşdür.
Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirmək üçün ENACTUS hərəkatı çox önəmli rola malikdir. Əsasını İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin təşkil etdiyi Naxçıvan Dövlət Universitetinin ENACTUS (SİFE) komandası 2008-ci ildə yaradılmışdır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq komanda keçirilən yarışmalarda bir çox uğurlar əldə etmişdir. Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı milli çempionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında keçirilən yarışmada təmsil etmək hüququ qazanmışlar. Qazağıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan komandalarının iştirak etdiyi regional Forumda tələbələrimiz tərəfindən təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, “Ən yaxşı biznes layihəsi” və “Ən yaxşı sosial layihə” nominasiyaları üzrə qalib elan edilmişdir.
2010-cu ildə Bakı şəhərində keçirilən milli çempionatda komandamız daha inamla çıxış etmiş, bütün rəqiblərini geridə qoyaraq 2010-cu ilin ENACTUS (SİFE) çempionu adını qazanmışdır. 14 nəfərlik heyətdən ibarət olan komanda ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən dünya çempionatında ölkəmizi uğurla təmsil etmişdir. 2010-cu ilin Dünya Kuboku uğrunda yarışmalarda universitetimizin komandası qrup mərhələsində 4-cü yerə layiq görülmüş, təqdim edilən layihələrdən biri “müvəffəqiyyətli məhsul” nominasiyasının qalibi olmuşdur.
Sevindirici haldır ki, 2011-ci ilin may ayında Bakı şəhərində keçirilən VI Respublika Çempionatında da komandamız 1-ci yerə layiq görülmüş, ikinci dəfə ölkə çempionu kimi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmiş Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.
2012 və 2013-cü illərdə komandamız milli çempionatda 3-cü yerə layiq görülmüşdür.
2014-cü ildə 3-cü dəfə Azərbaycan çempionu olan ENACTUS komandamız ölkəmizi Çində keçirilən Dünya çempionatında layiqincə təmsil etmişdir. Bundan əlavə Erasmus, Mövlana və digər proqramlar çərçivəsində həm bakalavr, həm də magistr səviyyəsində tələbələrimiz xarici ölkələrdə təhsil alırlar.
2021/2022-ci tədris ilindən İqtisadiyyat və idarəetmə fakültəsində “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə bakalvr hazırlığı həyata keçiriləcəkdir.
KAFEDRALAR
İqtisadiyyat kafedrası – yaranma tarixi 1991-cı il
Ceyhun İlham oğlu Mahmudov | Prof.Dr (f)-iqtisad üzrə, kafedra müdiri |
Əşrəf Umud oğlu Ələkbərov | Dos.Dr (f)-iqtisad üzrə |
Həvva Əsgər qızı Adıgözəlova | Dos.Dr (f)-iqtisad üzrə |
Mayisə Məmməd qızı Abbasova | Baş müəllim |
Bəhram Həsən oğlu Həsənov | Baş müəllim |
Əbdülhüseyn Şahhüseyn oğlu Zamanov | Müəllim |
Məhsəti Rafiq qızı Əsgərova | Müəllim |
Rauf Abdulla oğlu Rəhimov | Müəllim |
İsmayıl Bağır oğlu Bağırov | Müəllim |
Nihad Nəsrəddin oğlu Möhbalıyev | Müəllim |
Rəsul Səfər oğlu Ələkbərov | Müəllim |
Elşən Nurəddin oğlu Nəsirov | Müəllim |
Elvin Əbülfəz oğlu Nəcəfov | Müəllim |
Pərviz Azər oğlu Babayev | Müəllim |
Nigar Xəqani qızı Məhərrəmova | Laborant |
Mühasibat uçotu və maliyyə kafedrası – yaranma tarixi 1996-cı il
1. | Teymur Abbas oğlu Abbasov | Dos.Dr (e)-iqtisad üzrə, kafedra müdiri |
2. | Nazim Hidayət oğlu Əhmədov | Prof.Dr (e)-iqtisad üzrə |
3. | Nuriyyə Hüseyn qızı İbrahimova | Dos.Dr (f)-iqtisad üzrə |
4. | Mehriban Təyyar qızı İmanova | Dos.Dr (f)-iqtisad üzrə |
5. | Mehdi Siyavuş oğlu Bağırov | Dos.Dr (f)-iqtisad üzrə |
6. | Kəmalə Cəmil qızı Təhməzbəyova | Baş müəllim |
7. | Samir Xeyrulla oğlu Həziyev | Baş müəllim |
8. | Həsən Saleh oğlu Abbasov | Baş müəllim |
9. | Mehparə Elxan qızı Məmmədova | Müəllim |
Dünya və menecment iqtisadiyyatı kafedrası – yaranma tarixi 1998-cı il
1. | Cavadxan Yusif oğlu Qasımov | Dos.Dr (f)-iqtisad üzrə, kafedra müdiri |
2. | Həsən Əbdüləli oğlu Məmmədov | Dos.Dr (f)-iqtisad üzrə |
3. | Müslüm Əli oğlu Cabbarzadə | Dos.Dr (f)-iqtisad üzrə |
4. | Bülqeyis Sabir qızı Novruzova | Dos.Dr (f)-iqtisad üzrə |
5. | İradə Vətən qızı Bağırova | Dos.Dr (f)-iqtisad üzrə |
6. | Mədinə Ərrəhman qızı Allahverdiyeva | Baş müəllim |
7. | Ülvi Rəfael oğlu Baxışlı | Müəllim |
8. | Nəsrin Əli qızı Əliyeva | Müəllim |
9. | Bəhriyyə Nizami qızı Abbasova | Baş laborant |
Bələdiyyə və turizm kafedrası – yaranma tarixi 2004-cü il
1. | Flora Bəhlul qızı Kərimova | Baş müəllim |
2. | Əli Xeybər oğlu Cabbarov | Dos.Dr (f)-iqtisad üzrə |
3. | Rza İbrahim oğlu Məmmədov | Təhsilin idarə olunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru 0,5 şt müəllim |
4. | Günel Şirin qızı İsayeva | Baş müəllim |
5. | Ülkər Elxan qızı Həsənzadə | Müəllim |
6. | Nigar Nazim qızı Bababəyli | Müəllim |
7. | Həbib Əzim oğlu Zeynalov | Müəllim |
8. | Asif Eldar oğlu Abdullayev | Müəllim |
9. | Səttar Muxtər oğlu Zamanov | 0.5 ş. Müəllim |
10. | Leyla Pərviz qızı Əliyeva | Müəllim |
11. | Fatmaxanım Eldar qızı Əhmədli | Laborant |
ELMİ ŞURA
İqtisadiyyat və idarətmə fakültəsinin Elmi Şurası Naxçıvan Dövlət Universitetinin Rektorunun əmrinə əsasən 3 il müddətinə seçilir Fakültə Elmi Şurası fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır, fakültənin dekanını seçir və müəyyən olunmuş qaydada professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müsabiqələr keçirir, tədris planlarının və proqramlarının layihələrinin, kafedraların tədris-metodiki və elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir, elmi-tədqiqat və tərbiyə işlərinin planlarını müzakirə edir, hər il dekanın hesabatını dinləyir, tədris və istehsalat təcrübələrinin yekunlarını müzakirə edir, fakültə heyətində olan dosent, baş müəllimlərin seçkilərini aparır, onlara elmi ad verilməsi üçün ali təhsil müəssisəsinin Elmi Şurası qarşısında məsələ qaldırır, elmi-tədqiqat işlərinin vəziyyətini və onun yaxşılaşdırılması tədbirlərini müzakirə edir və fakültənin fəaliyyəti ilə bağlı olan digər məsələlərə baxır. Fakültə Elmi Şuranın işi hazırlanan plan əsasında həyata keçirilir. Fakültə Elmi Şuranın iş planı Şuranın iclasında müzakirədən sonra həyata keçirilir.
İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şurasının tərkibi aşağıdakı kimidir:
1. | Əşrəf Umud oğlu Ələkbərov (Sədr) | İqtisad üzrə fəlsəfə doktoru, dosent |
2. | Asif Eldar oğlu Abdullayev (Sədr müavini) | Bələdiyyə və turizm kafedrasının müəllimi, dekan müavini |
3. | Abbasova Maisə Məmməd qızı (Elmi katib) | İqtisadiyyat kafedrasının baş müəllimi |
4. | Abbasov Teymur Abbas oğlu | Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru |
5. | Mahmudov Ceyhun İlham oğlu | Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent |
6. | Kərimova Flora Bəhlul qızı | Bələdiyyə və turizm kafedrasının müdiri, baş müəllim |
b) Seçki əsasında üzv olanlar: | ||
8. | Əhmədov Nazim Hidayət oğlu | Mühasibat uçotu və maliyyə kafedrası, iqtisad üzrə elmlər doktoru, professor |
9. | İbrahimova Nuriyyə Hüseyn qızı | Mühasibat uçotu və maliyyə kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent |
11. | Adıgözəlova Həvva Əsgər qızı | İqtisadiyyat kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent |
12. | Həziyev Samir Xeyrulla oğlu | Fakültə Həmkarlar Təşkilatının sədri, Mühasibat uçotu və maliyyə kafedrasının müəllimi |
13. | Məmmədov Həsən Əbdüləli oğlu | Dünya iqtisadiyyatı və menecment kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent |
14. | Məmmədli Səlim Səməd oğlu | Fakültə TEC-nin sədri |
15. | Ələkbərli Turman Fərman oğlu | Fakültə Tələbə Həmkarlar Təşkilatının sədri |
16. | Nəcəfzadə Fuad İsfəndiyar oğlu | Fakültə Tələbə Gənclər Təşkilatının sədri |
17. | Babazadə Kamal Rəfael oğlu | Fakültə YAP Gənclər Təşkilatının sədri |
Əlaqə
Ünvan: | Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Universitet şəhərciyi, AZ 7012 | |
Tel.: | (+99436) 544-08-61; Daxili: 25 00 |