FAKÜLTƏ HAQQINDA
Beynəlxalq münasibətlər və hüquq fakültəsi 2003-cü ildə yaradılan Sosial idarəetmə və hüquq fakültəsinin bazasında 2020-ci ilin 15 mayında Universitet Elmi Şurasının qərarı ilə yaradılmışdır.
Fakültədə 3 kafedra “Beynəlxalq münasibətlər”, “Hüquq fənləri”, “Fəlsəfə və Sosial iş” fəaliyyət göstərir. Fakültədə 41 əməkdaş çalışır, onlardan 1-ri professor, 12 nəfər isə fəlsəfə doktorudur. Fakültədə ilk dekan 2003-2018-ci ildə dos.Qərib Vəli oğlu Allahverdiyev olmuşdur. 04 dekabr 2020-ci il tarixdə isə dosent Hüseynov Yusif Hüseyn oğlu dekan vəzifəsinə seçilmişdir. Fakültənin fəaliyyət göstərdiyi müddət ərzində dekan müavinləri Y.Hüseynov(2003-2009), A.Əhmədov(2009-2016), B.Cəfərov(2017-2018), N.Rəhimov(2018-2020) olmuşdur. 2021-ci ildən dekan müavini A.Əhmədovdur.
Fakültədə:
- Hüquqşünaslıq-152
- Beynəlxalq münasibətlər-1101
- Sosial iş-66
- Fəlsəfə-10
ixtisasları üzrə mütəxəssis hazırlanır.
Fakültədə bakalavr təhsil səviyyəsində mövcüd 308 tələbədən 26 nəfəri xarici tələbədir. Qiyabi şöbədə Hüquqşünaslıq ixtisası üzrə 115 tələbə təhsil alır.
Fakültədə Diplomatiya mərkəzi, Diplomatiya kabinəsi, Kriminalistika və Məhkəmə ekspertizası kabinələri fəaliyyət göstərir.
Fakültədə ali orqan sayılan fakültə elmi şurasının hər ayda 1 dəfədən az olmayaraq iclası keçirilir. Şura iclaslarında ilin əvvəlində tutulmuş və təsdiq olunmuş plan əsasında tədris, elm, təlim və tərbiyə proseslərini əhatə edən ən aktual məsələlər müzakirə edilərək qərarlar çıxarılır.
KAFEDRALAR
KAFEDRALAR
Fakültə tərkibində aşağıdakı kafedralar fəaliyyət göstərir:
“Beynəlxalq münasibətlər” kafedrası
Kafedra müdiri: Tarix üzrə fəlsəfə doktoru, dosent Məmmədov Şamxal Şükür oğlu
Kafedranın professor-müəllim heyəti:
- İsayev Elbrus Saleh oğlu – Rektor, Tarix üzrə fəlsəfə doktoru, dosent
- Talıbov Seymur Vasif oğlu – Prorektor, Hüquq üzrə fəlsəfə doktoru, dosent
- Hüseynov Yusif Hüseyn oğlu – Dekan, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
- Məmmədov Şamxal Şükür oğlu – Kafedra müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent
- Abdullayev Arzu Kamal oğlu – Baş müəllim
- Abbasova Aysel Ədalət qızı – Müəllim
- Əliyev Bayram Qadir oğlu – Müəllim
- Ağayeva Gülçin Fizuli qızı – Müəllim
- Yaqubova Nazlı Rəşid qızı – Müəllim
- Mirzəyeva Xədicə Kamal qızı – Baş laborant
Hüquq fənləri kafedrası
1996-cı ilin yayında ümummilli lider Heydər Əliyevin xeyr-duası, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü, yaxından köməyi ilə qayğısı sayəsində NDU-da hüquqşünaslıq ixtisası açıldı. Həmin il hüquqşünaslıq ixtisasında əyani və qiyabi şöbələrə cəmi 50 nəfər qəbul olundu. 1997 -ci ildən etibarən ölkənin hüquq-mühafizə orqanlarında və digər idarəetmə strukturlarında çalışan kadırların ali hüquq təhsili almasına şərait yaratmaq məqsədilə onların əlavə ali təhsilə cəlb edilməsinə başlandı. Artıq 2000-ci ildə NDU- nun ilk hüquqşünas məzunları həyata vəsiqə almışdır.
Həmin illərdə universitet rəhbərliyinin gündəlik qayğısı və diqqəti sayəsində hüquqşünaslıq ixtisasınin tədris strukturları formalaşdı. İlk illərdə bu ixtisas tarix-filologiya fakultəsinin tərkibində idi. 1998- ci ildə hüquqşünaslıq ixtisasında təhsilin səviyyəsini yüksəltmək, onun təşkilini daha da yaxşılaşdırmaq məqsədi ilə bu ixtisas tarix fakultəsindən alındı və iqtisad fakultəsi ilə birləşdirildi. Beləliklə, 1999-cu ilin fevralında dosent Ağarza Rüstəmovun dekan olduğu ıqtisad – hüquq fakultəsi təşkil olundu. Bir neçə il sonra istər tələbə kontingentinin sayı və maddi-texniki bazanın möhkəmlənməsi universitet rəhbərliyinə imkan verdi ki, müstəqil hüquqşünaslıq fakultəsini təşkil etsin. 2003- 2004- cü dərs ilindən dosent Qərib Allahverdiyevin dekan seçildiyi müstəqil fakultə yarandı.
Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisası təşkil ediləndə Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov universitet rəhbərliyinə tövsiyə etdi ki, fakultəyə müəllim kadrları seçərkən, başlıca olaraq, muxtar respublikanın hüquq-mühafizə orqanlarında və dövlət strukturlarında çalışan səriştəli və təcrübəli mütəxəssislərə üstünlük verilsin. Bu tövsiyəni əldə rəhbər tutan universitet rəhbərliyi əsas iş yerləri saxlanmaqla göstərilən mütəxəssisləri yarım ştat və saat hesabıyolu ilə tədrisə cəlb etməklə 1997- ci ilin iyununda “hüquq fənləri” kafedrasını təşkil etdi. Fəxrəddin Nağıyev kafedranın ilk müdiri təyin olundu. 2001-ci ilin mayından onu bu vəzifədə təcrübəli hüquqşünas, hüquq elmlər namizədi Nəcəf Orucov əvəz etdi. 2004- cü ilin may ayından isə kafedra müdirliyinə dosent Şükür Məmmədov seçilmişdir.1916-cı ilin iyun ayından isə hüquq üzrə fəlsəfəə doktoru Qəhraman Novruz oğlu Behbudov rəhbərlik edir.
Kafedranın professor-müəllim heyəti:
- Behbudov Qəhrəman Novruz oğlu – kafedra müdiri, dosent
- Məmmədov Şükür Aloş oğlu – dosent
- Cəfərli Elman Yusif oğlu – dosent
- Abbasov Elman Nəriman oğlu – baş müəllim
- Əliyev Hikmət Hüseyn oğlu – baş müəllim
- Hüseynov Şamxal Mürsəl oğlu – baş müəllim
- Qurbanov Vaqif Musa oğlu – baş müəllim
- Qədimov Əli Tofiq oğlu – müəllim
- Bayramova Vahidə Vahid qızı – müəllim
- Hüseynov Tofiq Vaqif oğlu -müəllim
- Qasımov Əziz Kamal oğlu – müəllim
- Həsənzadə Cəbrayıl Əsgər oğlu – müəllim
- Sadiqova Reyhan Musa qızı – müəllim
- Xəlilov Yunis Fərman oğlu – baş müəllim
- Abışov Səfiyar Süleyman oğlu – müəllim
- Mirzəyev İlqar Məhərrəm oğlu – müəllim
- Qəribli İsmayıl Cavanşir oğlu – müəllim
- Məmmədov Ələddin Kamil oğlu
- Hüseynov Tural Cəmaləddin oğlu- yarım ştat müəllim
- Əsgərova Zeynəb Süleyman qızı- Baş laborant
Fəlsəfə və Sosial iş kafedrası
Fəlsəfə və sosial iş kafedrası müxtəlif adlar altında 1972-ci ildə yaranmışdır. Kafedra Naxçıvan Dövlət Universitetinin bütün fakültələrində Fəlsəfə,politologiya,sosiologiya,məntiq ,multikulturalizmə giriş fənlərinin tədrisi ilə məşğuldur.
Kafedra bundan əlavə Sosial idarəetmə və hüquq fakültəsinin tərkibində olan sosial ixtisası üzrə kadr hazırlığı ilə məşğul olur. Sosial iş ixtisasında bakalavr təhsil pilləsində 26 adda ixtisas fənni, magistr təhsil pilləsində isə 20 adda ixtisas fənni tədris edilir. Bütövlükdə Fəlsəfə və sosial iş kafedrası 51-dən çox ixtisas fənni tədris edir.
Bütün fənlər üzrə proqramlar, metodik vəsaitlər, dərsliklər hazırlanıb çap olunmuşdur. Kafedrada Fəlsəfə, Məntiq, Fəlsəfə tarixi fənləri üzrə dərsliklər və dərs vəsaitləri hazırlanmışdır.
Hal-hazırda Fəlsəfə və sosial iş kafedrasında 2 fəlsəfə elmləri doktoru, professor, 3 fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,3 baş müəllim fəaliyyət göstərir.
Kafedrada 1 laborant vardır. Bütövlükdə kafedrada 11 ştatda olan əməkdaş çalışır.
Kafedrada elmlər doktoru proqramı üzrə 2 nəfər doktorant, fəlsəfə doktoru proqramı üzrə 6 nəfər doktorant və dissertant hazırlanır.
Fəlsəfə və sosial iş kafedrasının professor-müəllim heyəti Universitetin və Naxçıvan Muxtar Respublikasının ictimai həyatında fəal iştirak edir.
Kafedra müdiri: fəlsəfə üzrə fəlsəfə doktoru, Abbas Heydər oğlu Əhmədov
Kafedranın professor-müəllim heyəti:
- Məmməd Hüseyn oğlu Rzayev – Azərbaycan Respublikasının Əməkdar müəllimi, fəlsəfə üzrə elmlər doktoru, professor
- Qərib Vəli oğlu Allahverdiyev – fəlsəfə üzrə elmlər doktoru, professor
- Novruzəli Həmzə oğlu Rəhimov – fəlsəfə üzrə fəlsəfə doktoru,dosent
- Bağır Həmid oğlu Babayev – baş müəllim
- Sadıq Nəsrulla oğlu Hüseynov – baş müəllim
- Kamran Rövşən oğlu Vəlizadə – baş müəllim
- Könül Muxtar qızı Salmanova – müəllim
- Həsənov Məhərrəm Həsən oğlu– müəllim
- Cavadova Afaq Telman qızı– müəllim
ELMİ ŞURA
Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin
elmi şura üzvlərinin tərkibi
№ | Soyadı,adı və ata adı | Vəzifəsi |
1. | Allahverdiyev Qərib Vəli o. | Fəlsəfə üzrə elmlər doktoru, dosent,sədr |
2. | Rəhimov Novruzəli Həmzə o. | Dekan müavini,dosent ,sədr müavini |
3. | Hacıyeva Nüşabə Əzizağa q. | Akademik məsləhətçi,katib |
4. | Əhmədov Abbas Heydər o. | Fəlsəfə və sosial iş kafedrasının müdir, dosent,üzv |
5. | Behbudov Qəhrəman Novruz o. | Hüquq fənləri kafedrasının müdiri, h.f.d.dosent,üzv |
6. | Kərimova Flora Bəhlul q. | Bələdiyyə və turizm kafedrasının müdiri , baş müəllim,üzv |
7. | Rzayev Məmməd Hüseyn o. | Fəlsəfə və sosial işin təşkili kafedrasının professoru,f.e.d. ,üzv |
8. | Cəfərli Elman Yusif o. | Hüquq fənləri kafedrasının dosenti,t.f.d.,üzv |
9. | Babayev Bağır Həmid o. | Fəlsəfə və sosial iş kafedrasının baş müəllimi,üzv |
10. | Məmmədov Şükür Aloş o. | Hüquq fənləri kafedrasının dosenti,t.f.d.,üzv |
11. | Hüseynov Sadiq Nəsrulla o. | Fəlsəfə və sosial iş kafedrasının baş müəllimi,üzv |
12. | Vəlizadə Kamran Rövşən o. | Fəlsəfə və sosial iş kafedrasının baş müəllimi,üzv |
13. | Kərimov Rəşid Nizami o. | Fakültə tələbə həmkarlar təşkilatının sədri ,üzv |
14. | Hüseynov Əyyub Asəf o. | Fakültə gənclər təşkilatının sədri , üzv |
15. | İbrahimov Bursay Əlyar o. | Fakültə TEC sədri,üzv |
Əlaqə
Ünvan: | Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Universitet şəhərciyi, AZ 7012 | |
Tel.: | (+99436) 544-08-61; Daxili: 26 00 |