FAKÜLTƏ HAQQINDA
Pedaqoji fakültə 1984-cü ilin sentyabr ayında təşkil olunmuş, “İbtidai təhsil və məktəbəqədər tərbiyə” fakültəsinin bazası əsasında 1996-cı ildə yaradılmışdır.
Pedaqoji fakültənin binası 2012-ci ilin sentyabr ayında bir mərtəbə də artırılaraq tam yenidən təmir olunub istifadəyə verilmişdir.
Fakültədə üç ixtisas üzrə müəllim kadrları hazırlanır.
Fakültədə 1 görüntülü otaq, 5 proyektor otağı, 1 elektron imtahan otağı (28 kompüter) tələbələrin istifadəsindədir.
FTÇHM ixtisasına tələbə qəbulu 1994-cü ildən bu günədək davam edir və mülki-müdafiə çağırışaqədərki hazırlığın tədrisi metodikası kabinələri fəaliyyət göstərir. Bundan əlavə bu ixtisas üçün açıq şəraitdə sıra təlimi dərslərini tədris etmək üçün yeni təlim meydanı, Atıcılıq dərslərini yüksək səviyyədə keçmək üçün isə yeni atıcılıq otağı da tələbələrin istifadəsinə verilmişdir.
Texnologiya müəllimliyi ixtisasına tələbə qəbulu 2012-ci il tarixdən aparılır. Hazırda bu ixtisasın fakültədə yetərincə maddi texniki bazası var. Belə ki, Ağac və metal məmulatlarının hazırlanması texnologiyası labarotoriyası, Tikiş praktikumu, Toxuculuq kabinəsi, Kulinariya otağı və Atıcılıq kabinəsi yüksək avadanlıqlarla təchiz olunub tələbələrin istifadəsindədir.
B\t və idman ixtisasına tələbə qəbulu 2000-ci il tarixdən 2020-ci il tarixədək aparılmış. 2020-ci ildən isə Məşqçilik ixtisası kimi davam etdirilir.
Fakültəmizin idman ixtisasları üçün də maddi texniki imkanlarımız böyükdür.
2009-cu ildə böyük və bütün imkanlara malik olan idman kompleksi tikilib idmançıların ixtiyarına verilib. Burada Voleybol, Bosketbol, Badminton, Stolüstü tennis, Güləş zalı, Boks meydançası, Trinojor otağı fəaliyyət göstərir. Bundan əlavə fakültə və universitet idmançılarının ixtiyarında 1 böyük futbol və mini futbol meydançaları da vardır.
Fakültədə “Məktəb tarixi” muzeyi, “İdman muzeyi”, “Əl işləri” muzeyi də fəaliyyət göstərir.
Yuxarıda göstərilən kabinə, muzey, labolatoriyalardan başqa 16 auditoriya da tələbələrimizin xidmətindədir.
KAFEDRALAR
Fakültədə 4 kafedra fəaliyyət göstərir:
PEDAQOGİKA VƏ PSİXOLOGİYA KAFEDRASI
“Pedaqogika və psixologiya” kafedrası yarandığı dövrdən universitetin ictimai-siyasi, elmi-pedaqoji həyatında mühüm rol oynamış, təlim-tərbiyə işlərinin əhəmiyyətli iştirakçısı olmuşdur. Tədris işinin yüksək səviyyədə qurulması tələbələrin ixtisaslı müəllim kadrları kimi hazırlanması onların yetkin vətəndaş kimi formalaşması və digər xüsusi əhəmiyyət kəsb edən məsələlər kafedranın başlıca funksiyası, ümdə vəzifələri kimi həmişə diqqətdə saxlanılmış gələcək müəllimlərin pedaqoji-psixoloji hazırlığının möhkəmləndirilməsi məqsədilə mühazirə və seminar məşğələlərinin dövrün tələblərinə uyğun qurulmasına ciddi fikir verilmişdir. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nəriman Orucəliyevin, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyevin, pedaqogika üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvi Oruc Həsənlinin, psixologiya üzrə fəlsəfə doktoru, professor Gültac Əliyevanın, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayevin və b. elmi pedaqoji fəaliyyəti bilavasitə pedaqogika və psixologiya kafedrası ilə bağlı oolmuşdur. Naxçıvan Dövlət Universiteti yarandığı ilk gündən onun nəzdində “Pedaqogika və psixologiya” kafedrası yaradılmışdır. Haliyədə həmin kafedrada 13 nəfər professor , müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 3 nəfəri Azərbaycan Respublikasının əməkdar müəllimi, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 1 nəfər professor, 4 nəfər dosent, 10 nəfər fəlsəfə doktoru, 2 nəfər doktorant, 5 nəfər baş müəllim, 2 nəfər müəllimdir.
Kafedranın ilk müdiri professor İbrahim Mollayev olmuşdur. Kafedranın elmi potensialını yüksəltmək məqsədilə ilk öncə həm elmi səriştəyə həm də ali məktəbdə müəyyən tədris pedaqoji təcrübəyə malik müəllimləri- pedaqoji elmlər namizədi İsmayıl Ağayev, pedaqoji elmlər namizədi dosent Məcid Babayev kimi əməkdaşları Azərbaycanın digər bölgələrindən dəvət etmişdir. Ötən əsrin 70-ci illərində gənc ümidverici kadrlar kimi indi pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev, pedaqoji elmlər namizədi dosent mərhum Həqiqət Abdullayeva, psixologiya üzrə fəlsəfə doktoru dosent Qadir Quliyev, pedaqogika üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvi Oruc Həsənlinin, pedaqogika üzrə elmlər doktoru, professor Ləzifə Qasımova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev, müəllim Nurəddin Abutalıbov, müəllim Natella Vəliyeva və b. müsabiqə yolu ilə kafedraya müəllim qəbul edilmişlər. Ötən əsrin 80-ci illərinin əvvəllərində pedaqogika və psixologiya kafedrasının müəllimləri sırasına psixologiya üzrə fəlsəfə doktoru, professor Gültac Əliyeva, baş müəllim Elmira İsmayılova, baş müəllim Solmaz Bayramova kafedranın əməkdaşları kimi ümumi fəaliyyətə başlamışdır. XX əsrin 90-cı illərindən etibarən Azərbaycan dövləti digər sahələrdə olduğu kimi ali təhsil sahəsində də Ümummilli lider Heydər Əliyevin təhsil üzrə müəyyənləşdirdiyi siyasəti əsas prinsipləri həyata keçirilirdi. Universitetlərdə tədris maddi-bazanın möhkəmləndirilməsi, təlim-tərbiyə işlərinin Azərbyacançılıq ideyaları əsasında qurulması, tələbə kontingentinin artırılması, müxtəlif elmi istiqamətlərə malik kafedraların elmi-pedaqoji kadrlara olan ehtiyacını ödənilməsini labüd etmişdir.
Bu dövrdə pedaqogika və psixologiya kafedrasının da elmi-pedaqoji potensialının genişləndirilməsi zərurəti yaranmnışdır. Kafedranın əməkdaşları sırasına qəbul edilmiş müəllimlər psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, psixologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Hacıyeva, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camallı, dosent pedaqogika üzrə fəlsəfə doktoru Nəzakət Yusifova, dosent pedaqogika üzrə fəlsəfə doktoru Sevda Kərimova, dosent pedaqogika üzrə fəlsəfə doktoru Məhcəbin Qədimbəyli son illərdə kafedraya qəbul edilmiş pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov, pedaqogika üzrə fəlsəfə doktoru Mehparə Əhmədova və Solmaz Cabbarova kafedranın elmi pedaqoji kadrları kimi fəaliyyət göstərirlər.
Kafedranın elmi-pedaqoji çəkisinin tədrisə köməkçi heyətində rolunu xüsusi qeyd etmək lazımdır. Hazırda kafedranın tədris elmi-metodik fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasında lobarant Tünzalə Əliyeva, kabinə müdiri vəzifəsində işləyən Kübra Quliyeva fəaliyyət göstərirlər.
Adı və Soyadı | Akademik Ünvanı | |
1 | Sevinc Orucova | Kafedra müdiri, Psixologiya üzrə fəlsəfə doktoru, dosent |
2 | Vəli Əliyev | Pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
3 | Gültac Əliyeva | Psixologiya üzrə fəlsəfə doktoru, professor |
4 | Vahid Rzayev | Pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
5 | Salatın Hacıyeva | Psixologiya üzrə fəlsəfə doktoru, dosent |
6 | Nəzakət Yusifova | Pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
7 | Sevda Kərimova | Pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
8 | Məhcəbin Qədimbəyli | Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim |
9 | Taleh Xəlilov | Pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
10 | Mehparə Əhmədova | Pedaqogika üzrə fəlsəfə doktoru, müəllim |
11 | Elmira İsmayılova | Baş müəllim |
12 | Solmaz Bayramova | Baş müəllim |
13 | Solmaz Cabbarova | Baş müəllim |
14 | Tünzalə Əliyeva | Laborant |
15 | Kübra Quliyeva | Kabinə müdiri |
FƏNLƏRİN TƏDRİSİ METODİKASI VƏ TEXNOLOGİYA MÜƏLLİMLİYİ KAFEDRASI
1995-ci ildə Naxçıvan Dövlət Universitetində Fənlərin tədrisi metodikası kafedrası yaradılmışdır. 2012-cü ildən kafedranın adı deyişilərək “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrası adlandırılmışdır. Hal-hazırda həmin kafedrada 7 nəfər professor , müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 4 nəfər dosent, 1 nəfər fəlsəfə doktoru, 1 nəfər doktorant, 2 nəfər baş müəllim, 1 nəfər müəllimdir.
Naxçıvan Dövlət Universitetin rektorunun əmri ilə Filologiya üzrə fəlsəfə doktoru, dosent Quliyeva Mətanət Həsənqulu qızı 2019-cu ilin mart ayından etibarən “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi ” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.
Adı və Soyadı | Akademik Ünvanı | |
1 | Mətanət Həsənqulu qızı Quliyeva | Filologiya üzrə fəlsəfə doktoru, dosent |
2 | Mehriban Adıgözəl qızı Quliyeva | Filologiya üzrə fəlsəfə doktoru, dosent |
3 | Seyid Surə Namidar qızı | Filologiya üzrə fəlsəfə doktoru, dosent |
4 | Nizami Zülfəli oğlu Quliyev | Riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim |
5 | Fatma Ramiz qızı Hacıyeva | Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim |
6 | Rövşən Asif oğlu Bağırov | Baş müəllim |
7 | Rəsmiyyə Hüseyn qızı Tağıyeva | Kabinə müdiri |
8 | İnci Azər qızı Adilzadə | Baş laborant |
9 | Həcər Mahmud qızı Hümbətova | Peraparator |
BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN KAFEDRASI
Naxçıvan Dövlət Universitetinin (Naxçıvan Dövlət Pedaqoji İnstitutu) 1967- ci ildə fəaliyyətə başlamışdır. Bu zaman bir Bədən tərbiyə müəllimi olmuşdur. 1972-ci ildə noyabr ayının 1-də “Mülkü Müdafiə və Bədən tərbiyə” kafedrası yaradılmış və Hüseynov Xalid Lətif oğlu müdir təyin olunmuşdur. 1979-cu ildə Bədən tərbiyəsi və idman kafedrasına Bağırov İsrafil Məmmədəli oğlu müəllim təyin edilmişdur. Həmin dövrdən dövlət proqramı əsasında, məcburi dərs formasında keçirilən bədən tərbiyəsi dərsləri ilə yanaşı filial direktorluğunun 01 oktyabr 1970-ci il tarixli əmrinə əsasən filialda stolüstü tennis, futbol, basketbol, voleybol, gimnastika üzrə dərsdənkənar məşğələlər təşkil edilmişdir. Bu məşğələlərə rəhbərlik Hüseynov Xalid Lətif oğlu və Bağırov İsrafil Məmmədəli oğlu rəhbərllik etmişdir. 1986- cı ildən Məmmədov Nizami İmaməli oğlu Bədən tərbiyəsi və idman kafedrasının müdiri işləmişdir. 2000-ci ildən Rəhimov Məmmədəli Həmzə oğlu Fiziki tərbiyə və idman oyunları kafedrasına, Kazımov İntiqam Hacı oğlu isə Bədən tərbiyəsi və idman kafedrasına müdir təyin edilmişdir. Sonra isə kafedralar Bədən tərbiyəsi və idman kafedrası adı altında birləşdirilmiş, haliyyədə həmin kafedraya Tağıyev Əvəz Zeynalabdın oğlu rəhbərlik edir.
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə Bədən tərbiyəsi və idman kafedrasına Tağıyev Əvəz Zeynalabdın oğlu dosent əvəzi 2016 -cı ilin iyun ayından etibarən “ Bədən tərbiyəsi və idman” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.
Adı və Soyadı | Akademik Ünvanı | |
1 | Tağıyev Əvəz Zeynalabdın oğlu | Kafedra müdiri, dosent əvəzi |
2 | Rəhimov Məmmədəli Həmzə oğlu | Pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
3 | İsmayılov Xəqani Eldar oğlu | Pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
4 | Rəhimov Cavanşir Həmzə oğlu | Dosent |
5 | Vəliyev Yusif Nəriman oğlu | Dosent |
6 | Babayev Həsən Abbas oğlu | Dosent |
7 | Əlixanov Valeh Məmməd oğlu | Baş müəllim |
8 | Əliyev Nazim Bəhlul oğlu | Baş müəllim |
9 | Bağırov Məşuq Hüsü oğlu | Baş müəllim |
10 | Məmmədov Həbib Misir oğlu | Baş müəllim |
11 | Həsənov Əmrah İsmayıl oğlu | Baş müəllim |
12 | Əliyev Seymur Həsən oğlu | Baş müəllim |
13 | Əliyev Hümbət Mehrac oğlu | Baş müəllim |
14 | Hüseynova Kifayət Yunis qızı | Baş müəllim |
15 | Musayeva Elza Kamal qızı | Baş müəllim |
16 | Məmişova Gilə Nəsrəddin qızı | Laborant |
ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ MÜƏLLİMLİYİ VƏ MÜLKİ MÜDAFİƏ KAFEDRASI
Naxçıvan Dövlət Universiteti (Naxçıvan Dövlət Pedaqoji İnstitutu) 1967- ci ildə fəaliyyətə başlamışdır. 1972-ci ildə noyabr ayının 1-də Naxçıvan Pedaqoji İnstitutunun elmi şurasının qərarıilə “Mülkü Müdafiə və Bədən tərbiyəsi” kafedrası yaradılmış və Hüseynov Xalid Lətif oğlu müdir təyin olunmuşdur.Ondan sonra isə 1994- cü ilə kimi Həsən Bayramov Mülki müdafiə kafedrasına rəhbərlik etmişdir. Həsən Bayramovdan sonra kafedra müdiri Xəqani həkim, Mehman Allahverdiyev, Cavanşir Zeynallı və 2007 ci ilin noyabr ayından Dosent Rzayev Oktay Rza oğlu kafedraya rəhbərlik edir. Həmin dövrdən dövlət proqramı əsasında, məcburi dərs formasında keçirilən Mülki müdafiə və Tibbi biliklərin əsasları fənləri kafedrada tədris olunur.
Naxçıvan Dövlət Universiteti rektorunun əmri ilə Çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasına Dosent Rzayev Oktay Rza oğlu 2007-cı ilin noyabr ayından etibarən “Çağırışaqədərki hazırlıq və Mülki müdafiə” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.
Adı və Soyadı | Akademik Ünvanı | |
1 | Oktay Rza oğlu Rzayev | Dosent |
2 | Vidadi Kərim oğlu Salmanov | Baş müəllim |
3 | Cavanşir Abbasəli oğlu Zeynallı | Baş müəllim |
4 | Rüxsarə Əsədova | Baş müəllim |
5 | Rəna Quliyeva | Baş müəllim |
6 | Nazim Əsgər oğlu Həsənov | Baş Müəllim |
7 | Pərviz Rəşad oğlu Allahverdiyev | Müəllim |
8 | Təhmasib Quluzadə | Laborant |
ELMİ ŞURA
Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Elmi Şurası 1984-cü ildə fəaliyyətə başlamışdır. Şura hər tədris ilinin başlanğıcında rektorun müvafiq əmri ilə fakültə şurasının iş planı təsdiq olunur.
Fakültə Şurasının iclasları ildə 11 dəfə olmaqla hər ay üzvlərin iştirakı ilə iclaslarını vaxtı-vaxtında keçirir. Şuranın ildə 2 dəfə də genişləndirilmiş iclası keçirilir. Bu iclaslarda iş planına uyğun olaraq gündəlikdəki məsələlər müzakirə olunur və qərar qəbul edilir.
Pedaqoji fakültənin Elmi şurasının üzvlərinin Tərkibi
Soyadı, adı, atasının adı | |
1 | Əliyev Vəli Heydər oğlu |
2 | Xəlilov Taleh Fərman oğlu |
3 | Əlixanov Valeh Məmməd oğlu |
4 | Quliyeva Mehriban Adıgözəl qızı |
5 | Orucova Sevinc Vaqif qızı |
6 | Quliyeva Mətanət Həsənqulu qızı |
7 | Tağıyev Əvəz Zeynalabdin oğlu |
8 | Rzayev Oqtay Rza oğlu |
9 | Salmanov Vidadi Kərim oğlu |
10 | Adilzadə İnci Azər qızı |
11 | Yəhyalı Elazər Sərdar qızı |
12 | Həsənova Türkanə Natiq qızı |
13 | Xaliqov Vüqar Hüseyn oğlu |
14 | Məmmədov Sərcan Əfqan oğlu |
15 | Cəfərov Nihad Əmir oğlu |
Əlaqə
Ünvan: | Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Universitet şəhərciyi, AZ 7012 | |
Tel.: | (+99436) 544-08-61; Daxili: 32 00 |