1969-ci ildə Naxçıvan Muxtar Respublikasında olan tələbatı nəzərə alaraq “Biologiya” və “Coğrafiya” ixtisasları daxil olan “Biocoğrafiya” fakültəsi açılır.
Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi 1972-ci ilin oktyabr ayında Coğrafiya fakültəsi kimi yaradılmışdır. Sonradan Təbiət-Coğrafiya adlanan fakültə 2009-cu ildən Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi adı ilə fəaliyyətini davam etdirir.
Fakültəmizdə uyğun ixtisaslarda laboratoriyalar, kabinələr, muzeylər fəaliyyət göstərir.
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
Baytarlıq
Biologiya (əyani və qiyabi şöbələr)
Biologiya müəllimliyi
Coğrafiya müəllimliyi
Kimya müəllimliyi
Torpaqşünaslıq və aqrokimya
Fakültə dekanı: kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmud oğlu Mahmudov
Tədris işləri üzrə dekan müavini: biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Zülal oğlu Qasımov
Fakültədə 5 kafedra fəaliyyət göstərir.
1.Baytarlıq təbabəti kafedrası
2.Biologiya kafedrası
3.Coğrafiya kafedrası
4.Kimya kafedrası
Baytarlıq təbabəti kafedrası
Naxçıvan Dövlət Universitetində Baytarlıq ixtisasına qəbul 2005-ci ildən aparılır. Baytarlıq ixtisası 2007-ci ilədək Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Zoologiya kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 2007-ci ildə ayrıca Baytarlıq kafedrası yaradılmışdır. Universitet Elmi Şurasının 29 oktyabr 2014-cü il tarixli iclasının 02 saylı protokolundan çıxarışa əsasən, Naxçıvan Dövlət Universitetinin 31 oktyabr 2014-cü il tarixli 377 saylı əmri ilə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tabeliyində olan “Baytarlıq” kafedrasının adı dəyişdirilərək “Baytarlıq təbabəti” adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş ixtisasların (proqramların) Təsnifatında ixtisasın şifri və adı – 050704 Baytarlıq təbabəti kimi qəbul edilmişdir. Hazırda həm kafedranın, həm də ixtisasın adı Baytarlıq təbabəti adlanır.
İxtisasın profilinə uyğun olaraq, Baytarlıq təbabəti kafedrası ayrıca tədris korpusu ilə təmin olunmuşdur.
Kafedra müdiri: baytarlıq üzrə fəlsəfə doktoru, dosent, Yunis Məmmədəli oğlu Rüstəmli
Kafedranın professor – müəllim heyəti:
- Etibar Nəsrulla oğlu Məmmədov- biologiya üzrə elmlər doktoru, professor
- Əli Səfəralı oğlu Tahirov – biologiya üzrə fəlsəfə doktoru, dosent
- Mirmahmud Mircəfər oğlu Seyidli – biologiya üzrə fəlsəfə doktoru, dosent
- Həsən Hüseyn oğlu Qənbərov – baş müəllim
- Fezi Nəsrullah oğlu İbadov – baş müəllim
- Mirvasif Adil oğlu Seyidov – baş müəllim
Biologiya kafedrası
1973-cü ildə kimya-biologiya kafedrası yaradılmış və kafedraya müdir vəzifəsinə k.e.n. Emil Rəcəbli təyin edilmişdir. 1976-cı ildə kafedra müdirliyinə isə prof. Y.Səfərov seçilmişdir.
1979-cu ildə kimya-biologiya kafedrası ayrılır.1983-1989-cü ilədək “Biologiya” kafedrasına Ə.Qulamov rəhbərlik etmişdir.1991-ci ildə yeni ixtisasların açılması və elmi-tədqiqat işlərinin istiqamətini müəyyənləşdirmək məqsədilə kafedra bölünür.“Zoologiya” kafedrasına A.Mehdiyev, “Botanika” kafedrasına T.Talıbov seçilir.
1996-cı ildən 2013-cü ilə qədər Zoologiya kafedrasına dosent A.Axundov rəhbərlik etmiş, 2013-cü ildə qısa müddətə (2 ay) professor S.Məhərrəmov, 2013-cü ildən kafedraya dosent H.Hüseynov rəhbərlik etmişdir. 1990-2003-cü ilə qədər “Botanika” kafedrasının müdiri b.ü.e.d. prof. Tariyel Talıbov olmuşdur. 2003-2008-ci illərdə b.ü.f.d., dosent Akif Mərdanlı, 2008-2018-ci ilə qədər b.ü.f.d., dosent Musa Piriyev kafedraya rəhbərlik etmişlər. 2018-ci ilin aprelindən isə b.ü.e.d., dosent Daşqın Qənbərov kafedra müdiri işləyir.
2020-ci ildə “Botanika” və “Zoologiya” kafedrası birləşərək “Biologiya” kafedrası yaradıldı.
Kafedra müdiri: biologiya üzrə elmlər doktoru, dosent Daşqın Şahbaz oğlu Qənbərov
Kafedranın professor – müəllim heyəti:
- Akif Həşim oğlu Mərdanlı – K/t üzrə fəlsəfə doktoru, dosent
- Saleh Heydər oğlu Məhərrəmov – Biologiya üzrə elmlər doktoru, professor
- Zərövşən Yaşar qızı Babayeva – Pedaqogika üzrə elmlər doktoru, dosent
- Səxavət Səmərqənd oğlu Bayramov – Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent
- Hilal Zülal oğlu Qasımov – Biologiya üzrə fəlsəfə doktoru, dosent
- Həbib Təyyar oğlu Hüseynov – Biologiya üzrə fəlsəfə doktoru, dosent
- Tofiq Əli oğlu Əliyev – Pedaqogika üzrə fəlsəfə doktoru, müəllim
- Fəridə Akif qızı Səfərova – Biologiya üzrə fəlsəfə doktoru, müəllim
- Enzalə Sucuxan qızı Novruzova – Biologiya üzrə fəlsəfə doktor, müəllim
- Raifə Kamil qızı Salmanova – Biologiya üzrə fəlsəfə doktoru, müəllim
- Aynur Məsim qızı İbrahimova – Biologiya üzrə fəlsəfə doktoru, müəllim
- Afaq Məhcan qızı Əliyeva – Biologiya üzrə fəlsəfə doktoru, müəllim
- Hüseyn Məmməd oğlu Novruzov – Baş müəllim
- Leylabəyim Mirməmməd qızı Seyidova – Müəllim
Coğrafiya kafedrası
1972-ci ildə Coğrafiya kafedrası yaradılmışdır. Kafedraya 1972-1978-ci illərdə c.e.n., dosent Səfərəli Babayev, 1978-1990 illərdə Biocoğrafiya kafedrasına b.e.n., dosent Abbas Mehdiyev, 1990-2003-cü illərdə c.e.n., dosent Səfərəli Babayev, 2003-2016-cı ilə qədər c.ü.f.d., dosent Nazim Bababəyli rəhbərlik etmişlər. 2016-cı ildən isə c.ü.f.d., dosent Əli Həsənov kafedraya rəhbərlik edir.
Kafedra müdiri: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmməd oğlu Həsənov
Kafedranın professor – müəllim heyəti:
- Nazim Səfərəli oğlu Babayev – coğrafiya üzrə fəlsəfə doktoru, dosent+
- Lətifə Mədət qızı Novruzova – coğrafiya üzrə fəlsəfə doktoru, baş müəllim+
- Elnarə Miryasin qızı Seyidova – Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
- Əli Kamil oğlu Qurbanov – baş müəllim
- Etiqad Məmməd qızı Bektaşi – baş müəllim
- Aygün Afət qızı Heydərova – baş müəllim
- Nurlana İslam qızı Mustafayeva – müəllim
- Cəfər Məmməd oğlu Əliyev – müəllim
- Ülviyyə Nadir qızı İsgəndərova – müəllim
- Aytən Fəxrəddin qızı Novruzlu – müəllim
- Nailə Zahid qızı Əliyeva – Laborant
- Məmmədova Vəfa – Kabinə müdiri
Kimya kafedrası
Kimya kafedrası 1977-ci ildə yaradılmışdır. Kafedraya 1975-1976-cı illərdə k.e.n. Emil Rəcəbli, 1976-1984-cü illərdə k.e.d., prof. Əkbər Nəsirov, 1984-1990-cı illərdə k.e.d., dosent Qasım Hüseynov, 1990-1999-cu illərdə k.e.n., dosent Yasin Babayev, 1999-2019 cü illərdə k.ü.e.d., prof. Tofiq Əliyev rəhbərlik etmişlər. 2019-cu ilin oktyabrından isə k.ü.e.d., prof. Yasin Babayev kafedraya rəhbərlik edir.
Kafedra müdiri: kimya üzrə elmlər doktoru, professor Yasin Nağı oğlu Babayev
Kafedranın professor – müəllim heyəti:
Əliəddin Dəyyan oğlu Abbasov – kimya üzrə elmlər doktoru, dosent
- Akif Səttar oğlu Əliyev – Naxçıvan MR-in Əməkdar müəllimi, kimya üzrə fəlsəfə doktoru, dosent
- Firdovsi Xanbaba oğlu Qasımov – kimya üzrə fəlsəfə doktoru, dosent
- Mirnazim Adil oğlu Seyidov – kimya üzrə fəlsəfə doktoru, dosent
- Şəmil Mahmud oğlu Mahmudov – kimya üzrə fəlsəfə doktoru, dosent
- İsgəndər Sultan oğlu Mehdiyev – baş müəllim
- Sevinc Şahbaz qızı Bağırova – müəllim
- Nailə Möhsün qızı Kazımova – müəllim
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd
təsərrüfatı fakultəsinin Şura Üzvləri
№ | Soyadı,adı və ata adı | Vəzifəsi |
1. | Mahmudov Şəmil M.o. | Təbiəşünaslıq və k/t fak.dekanı, dos. – sədr |
2. | Qasımov Hilal Z.o. | Tədris üzrə dekan müavini, dos. –sədr müavini |
3. | Babayev Yasin N.o. | Kimya kafedrasının müdiri, professor- üzv |
4. | Rüstəmli Yunis M.o. | Baytarlıq təbabəti kafedrasının müdiri,dos. – elmi katib |
5. | Hüseynov Həbib T. o. | Zoologiya kafedrasının müdiri, dosent- üzv |
6. | Həsənov Əli M. o. | Coğrafiya kafedrasının müdiri, dosent – üzv |
7. | Qənbərov Daşqın Ş. o. | Botanika kafedrasının müdiri, dosent – üzv |
8. | Məmmədov Etibar N.o. | Magistatura fak. dekanı, dosent – üzv |
9. | Sadiqov İsmayıl Ə. o. | Zoologiya kafedrasının dosent- üzv |
10. | Axundov Asif H. o. | Zoologiya kafedrasının dosent- üzv |
11. | Seiydli Mirmahmud M.o. | Fakültə həmkarlar təşkilatının sədri, dosent -üzv |
12. | Qasımov Firdovsi X. | Kimya kafedrasının dosenti – üzv |
13. | Mehdiyev İsgəndər S. o. | Kimya kafedrasının müəllimi – üzv |
14. | Camalbəyli Səma K.q. | TGT-in sədri |
15. | Babayev Sahil Yadigar o. | –YAP təşkilatının sədri -üzv |
16. | Mədətova Bənövşə T. q. | Adlı təqaüdcü (H.Əliyev adına təqaüdçü) |
17. | Kazımov Kazım X.o. | Adlı təqaüdcü |
Ünvan: | Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti
Universitet şəhərciyi, AZ 7012
|
|
Tel.: | (+99436) 544-08-61; Daxili: 31 00 |