FAKÜLTƏ HAQQINDA
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, cənab Vasif Talıbovun Naxçıvan MR-da ali tibb təhsilinin yaradılması haqqındakı təşəbbüsü və xüsusi əməyi sayəsində və Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-cu ildə “Təbiətşünaslıq” fakültəsinin nəzdində “Pediatriya” ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə muxtar respublikada ali tibb təhsilinin təməli qoyulmuşdur.
Tibbi mütəxəssislərinin hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə 2000-ci ildə 4 mərtəbəli, 35 çarpayılıq xəstəxanası olan tədris-kliniki korpusu “Pediatriya” ixtisası üzrə təhsil alan tələbələrin və pedaqoji kollektivin istifadəsinə verilmişdir.
Universitet Elmi Şurasının 03 iyun 2003-cü il tarixli qərarı ilə Pediatriya ixtisası «Təbiətşünaslıq-tibb» fakültəsinin tərkibindən ayrılaraq müstəqil «Tibb» fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır.
2007-2008-ci tədris ilindən isə «Tibbi profilaktika» ixtisası üzrə qəbul həyata keçirilməyə başlanmışdır. 2011-2012-ci tədris ilindən səhiyyə sistemində aparılan islahatlarla əlaqədar olaraq respublikamızda “Pediatriya” ixtisası ləğv olunduğundan “Müalicə işi” ixtisası üzrə, 2012-2013-cü tədris ilindən isə “Stomatologiya” və “Əczaçılıq” ixtisasları üzrə kadr hazırlığına başlanılmışdır.
Tibb fakültəsi yarandıqdan sonra elmi potensialının yüksəlməsinə xüsusi diqqət yetirilmiş və ötən dövr ərzində fakültə əməkdaşlarından 2 nəfəri elmlər doktoru, 9 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə elmi iş müdafiə etmiş və elmi dərəcə almışlar. Eyni zamanda fakültənin bir neçə əməkdaşı professor və dosent elmi adı almışlar. Hal-hazırda fakültədə fəaliyyət göstərən professor-müəllim heyətindən 1 nəfər elmlər doktoru, 13 nəfər isə fəlsəfə doktoru, dosentdir.
Fakültənin maddi-texniki bazasını daha da möhkəmləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə 2015-ci ilin may ayında universitetdə üç mərtəbəli yeni kliniki xəstəxana istifadəyə verilmişdir. Universitet xəstəxanası müxtəlif xəstəliklərin müayinə və müalicəsi üçün ixtisaslaşmaqla yanaşı, tələbələrin universitet ərazisində praktiki dərslərinin keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır.
Fakültənin yaradılmasının 20-ci ildönümündə, yəni 14 iyun 2019-cu il tarixdə, müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binası kollektivin istifadəsinə verilmişdir. Yeni tədris korpusu müasir standartlara cavab verən avadanlıqlarla (müxtəlif simulyatorlar, 3D Vived anatomiya dəsti, sintetik kadavra, diş fantom dəsti və s.) təchiz edilmiş, müasir memarlıq üslubunda, geniş foyelər, işıqlı auditoriyalar yaradılmışdır.
Hazırda fakültədə 675 tələbə təhsil alır ki, bunlardan 90 nəfəri dövlət sifarişi əsasında universitetə qəbul olub. Eyni zamanda fakültədə təhsil alan tələbələrin 306 nəfəri xarici ölkə vətəndaşlarıdır. Bu Universitetin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulduğunu və bu sahədə böyük uğurlar əldə olunduğunu əks etdirir.
Ötən illər ərzində tələbələr ixtisaslarının profillərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxanalarından baza xəstəxanası kimi istifadə etmiş, kliniki dərslərinin əksəriyyətinin xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçmələri üçün lazımi şərait yaradılmışdır. Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyindəki bütün xəstəxanalarda tələbələrin dərslərinin yüksək səviyyədə keçirilməsi üçün elektron lövhələrlə təchiz edilmiş auditoriyalar yaradılmışdır. Eyni zamanda Respublika Xəstəxanasında əməliyyatları auditoriyalarda canlı izləmək üçün müvafiq qurğular qurulmuşdur.
2012-ci ildən Tibb fakültəsinin nəzdində rezidentura təhsil pilləsi üzrə həkim-rezident hazırlığına başlanmışdır. Bu günədək rezidentura təhsil pilləsi üzrə 32 nəfər məzun olmuşdur. Hal-hazırda Naxçıvan Dövlət Universiteti-nin rezidentura pilləsində 23 ixtisas üzrə təhsil alan 56 həkim-rezident də muxtar respublikanın bir sıra xəstəxanalarından tədris-klinik baza kimi istifadə edirlər.
Universitetin tibb fakültəsindən Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Səhiyyə sisteminə bu günədək 580-dək həkim məzun verilmişdir. Onlardan 46 nəfəri xarici ölkə vətəndaşıdır.
Tibb fakültəsinin məzunları istər ölkə daxilində istərsə də xaricdə uğurla fəliyyət göstərməkdədirlər. Məzunlardan bir çoxu hal-hazırda ABŞ, Kanada, İspaniya, Nigeriya, Almaniya, Türkiyə, İran, Kipr, Hollandiya, Gürcüstan və b. xarici ölkələrdə çalışır və ya təhsillərini davam etdirirlər.
Tibb fakültəsindən indiyədək məzun olan həkimlərin 134 nəfəri hazırda muxtar respublikanın səhiyyə müəssisələrində çalışmaqdadırlar. Muxtar respublika rəhbərliyinin Tibb fakültəsinin məzunlarına göstərdiyi çox yüksək etimadın nəticəsidir ki, məzunlardan 12 nəfəri müxtəlif xəstəxanalarda baş həkim kimi fəaliyyət göstərir. Eyni zamanda məzunlardan 4 nəfəri tibb üzrə fəlsəfə doktoru, dosentdir.
Tibb fakültəsinin qonşu Türkiyə Cümhuriyyətinin bir sıra Universitetləri ilə uzun illərdir sıx əlaqələri mövcuddur. Buna görə də həmin universitetlərlə istər tədris, istər elmi sahələrdə bir sıra əməkdaşlıqlar, müəllim və tələbə mobilliyi həyata keçirilməkdədir. Hər il tibb fakültəsinin yuxarı kurs tələbələri yay istehsalat təcrübələrinin böyük bir hissəsini Türkiyənin Trabzon, Erzincan, Erzurum, Kayseri, Qars və b. şəhərlərində yerləşən universitetlərin klinikalarında keçirlər.
Yüksək səviyyəli tibbi mütəxəssislərinin hazırlanması məqsədi ilə Azərbaycan Tibb Universitetinin, Rusiyanın və Türkiyə Cümhuriyyətinin inkişaf etmiş universitetlərinin müxtəif ixtisaslı tibb kadrları il ərzində dəfələrlə fakültəyə dəvət olunur, tələbələr üçün mühazirələr oxuyur və praktik dərslər keçirlər.
2020-ci ilin may ayında aparılan struktur dəyişikliklərindən sonra fakültədə kafedraların adları və kadr potensialı aşağıdakı kimi formalaşmışdır:
TƏMƏL TİBB FƏNLƏRİ KAFEDRASI
Kafedra müdiri: Əsədov Elsevər Sabir oğlu – biologiya üzrə fəlsəfə doktoru, müəllim, həvalə
Kafedranın professor – müəllim heyəti:
- Seyidov Mürsəl Müseyib oğlu – biologiya üzrə fəlsəfə doktoru, müəllim
- Şəfiqə Tahir qızı Süleymanova – baş müəllim
- Günel Fərahim qızı Abdullayeva – müəllim
- Ləman Firdovsi qızı Kərimova – müəllim
ÜMUMİ TƏBABƏT VƏ KLİNİK FƏNLƏR KAFEDRASI
Kafedra müdiri: Gültəkin Budaq qızı Əliyeva – tibb üzrə fəlsəfə doktoru, dosent
Kafedranın professor – müəllim heyəti:
- İsa Əli oğlu Abdullayev – tibb üzrə elmlər doktoru, dosent
- Elmar ilqar oğlu Rzayev – tibb üzrə fəlsəfə doktoru, dosent (0,5 ştat)
- Mətləb Süleyman oğlu İbrahimov – tibb üzrə fəlsəfə doktoru, dosent
- Sabir Abbasqulu oğlu Novruzov – tibb üzrə fəlsəfə doktoru, müəllim
- Nüsrət Firudin oğlu Həsənov – tibb üzrə fəlsəfə doktoru, müəllim (0,5 ştat)
- Yaşar Rza oğlu Rzayev – tibb üzrə fəlsəfə doktoru, dosent (0,5 ştat)
- lhamə Rafiq qızı Mustafayeva – tibb üzrə fəlsəfə doktoru, müəllim (0,5 ştat)
- Cəbi Əziz oğlu İsmayılov – Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru, baş müəllim
- Süleyman Hüseyn oğlu Cəfərov – Azərbaycan Respublikasının Əməkdar həkimi, baş müəllim
- Malik Məhəmmədəli oğlu Əliyev – baş müəllim
- Bəxtiyar Məmmədhüsyen oğlu Hüseynov – baş müəllim (0,5 ştat)
- Abdulla Məhəmməd oğlu Babayev – baş müəllim (0,5 ştat)
- Güllü Sabir qızı Səfərova – baş müəllim
- Qadir Abuzər oğlu Əliyev – müəllim
- Sara Məmməd qızı Rəhimli – müəllim
- Yazgül Həsənalı qızı Rzayeva – Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, baş müəllim (0,5 ştat)
- İbrahim Bəhram oğlu Ağayev – baş müəllim (0,5 ştat)
- Abbas İbrahim oğlu Əliyev – müəllim (0,5 ştat)
ƏCZAÇILIQ VƏ BİOKİMYA KAFEDRASI
Kafedra müdiri: Bəhruz Qibləli oğlu Məmmədov – pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Kafedranın professor – müəllim heyəti:
- Əzizə Elxan qızı Hüseynova – biologiya üzrə fəlsəfə doktoru, baş müəllim
- Ülkər Mahmud qızı Mahmudova – baş müəllim
- Çinarə Kamal qızı Məmmədova – baş müəllim
- Elşad Sədayət oğlu İsmayılov – müəllim
- Zəminə Cabbar qızı İsmayılova – müəllim (0,5 ştat)
- Könül İlyas qızı İsayeva – müəllim (0,5 ştat)
STOMATOLOGİYA KAFEDRASI
Kafedra müdiri: Rauf Mehralı oğlu Cəfərov – tibb üzrə fəlsəfə doktoru, baş müəllim
Kafedranın professor – müəllim heyəti:
- Zaur Səbuhi oğlu Hüseynov – müəllim
- Abbasəli Qurban oğlu Rəsulov – müəllim
- Məmmədov Əli Əmrəli oğlu – müəllim (0,5 ştat)
KAFEDRALAR
TƏMƏL TİBB FƏNLƏRİ KAFEDRASI
Kafedra müdiri: Mürsəl Müseyib oğlu Seyidov – biologiya üzrə fəlsəfə doktoru, müəllim
Kafedranın professor – müəllim heyəti:
- Elsevər Sabir oğlu Əsədov – biologiya üzrə fəlsəfə doktoru, dosent
- Kubra Abbas qızı Cəfərova – Azərbaycan Respublikasının Əməkdar müəllimi, baş müəllim
- Şəfiqə Tahir qızı Süleymanova – baş müəllim
- Günel Fərahim qızı Abdullayeva – müəllim
- Ləman Firdovsi qızı Kərimov – müəllim
ÜMUMİ TƏBABƏT VƏ GİGİYENA KAFEDRASI
Kafedra müdiri: Gültəkin Budaq qızı Əliyeva – tibb üzrə fəlsəfə doktoru, dosent
Kafedranın professor – müəllim heyəti:
- Yaşar Rza oğlu Rzayev – tibb üzrə fəlsəfə doktoru, dosent
- İlhamə Rafiq qızı Mustafayeva – tibb üzrə fəlsəfə doktoru, müəllim
- Süleyman Hüseyn oğlu Cəfərov – Azərbaycan Respublikasının Əməkdar həkimi, baş müəllim
- Malik Məhəmmədəli oğlu Əliyev – baş müəllim
- Bəxtiyar Məmmədhüseyn oğlu Hüseynov – baş müəllim
- Abdulla Məhəmməd oğlu Babayev – baş müəllim
- Güllü Sabir qızı Səfərova – baş müəllim
- Qadir Abuzər oğlu Əliyev – müəllim
- Sara Məmməd qızı Rəhimli – müəllim
TİBBİ KLİNİK FƏNLƏR KAFEDRASI
Kafedra müdiri: Cəbi Əvəz oğlu İsmayılov – Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru, dosent
Kafedranın professor – müəllim heyəti:
- İsa Əli oğlu Abdullayev – tibb üzrə elmlər doktoru, dosent
- Elmar ilqar oğlu Rzayev – tibb üzrə fəlsəfə doktoru, dosent
- Mətləb Süleyman oğlu İbrahimov – tibb üzrə fəlsəfə doktoru, dosent
- Sabir Abbasqulu oğlu Novruzov – tibb üzrə fəlsəfə doktoru, müəllim
- Nüsrət Firudin oğlu Həsənov – tibb üzrə fəlsəfə doktoru, müəllim
- Yazgül Həsənalı qızı Rzayeva – Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, baş müəllim
- İbrahim Bəhram oğlu Ağayev – baş müəllim
- Sara Sahib qızı Rəsulova – müəllim
- Abbas İbrahim oğlu Əliyev – müəllim
ƏCZAÇILIQ VƏ STOMATOLOGİYA KAFEDRASI
Kafedra müdiri: Bəhruz Qibləli oğlu Məmmədov – pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Kafedranın professor – müəllim heyəti:
- Rauf Mehralı oğlu Cəfərov – tibb üzrə fəlsəfə doktoru, baş müəllim
- Əzizə Elxan qızı Hüseynova – biologiya üzrə fəlsəfə doktoru, baş müəllim
- Ülkər Mahmud qızı Məmmədova – baş müəllim
- Çinarə Kamal qızı Məmmədova – baş müəllim
- Zəminə Cabbar qızı İsmayılova – müəllim
- Zaur Səbuhi oğlu Hüseynov – müəllim
- Könül İlyas qızı İsayeva – müəllim
- Elşad Sədayət oğlu İsmayılov – müəllim
- Abbasəli Qurban oğlu Rəsulov – müəllim
ELMİ ŞURA
Tibb fakültəsinin Elmi şurasının 2019-2020-ci tədris ilinin başlanğıcından etibarən aşağıdakı tərkibdə təşkil olunması haqqında sərəncam vermənizi Sizdən xahiş edirəm
s/n | Sotadı, adı, atasının adı | Vəzifəsi, elmi dərəcəsi, elmi adı | |
1 | Elsevər Sabir oğlu Əsədov | Fakültə dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent. | |
2 | Abdullayev İsa Əli oğlu | Tibbi klinik fənlər kafedrasının dosenti, tibb elmləri doktoru, dosent | |
3 | Rzayev Elmar İlqar oğlu | Tibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, dosent. Universitet Xəstəxanasının baş həkimi, Elmi katib | |
4 | Hüseynova Əzizə Elxan qızı | Tədris işləri üzrə dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, baş müəllim | |
5 | Cəfərova Kübra Abbas qızı | Təməl tibb fənləri kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Tərbiyə işləri üzrə dekan müavini | |
6 | Məmmədov Bəhruz Qibləli oğlu | Əczaçılıq və stomatologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent | |
7 | Əliyeva Gültəkin Budaq qızı | Ümumi təbabət və gigiyena kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent | |
8 | Seyidov Mürsəl Müseyib oğlu | Təməl tibb fənləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru | |
9 | İsmayılov Cəbi Əvəz oğlu | Tibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru | |
10 | Cəfərov Rauf Mehralı oğlu | Əczaçılıq və stomatologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru | |
11 | Mahmudova Ülkər Mahmud qızı | Əczaçılıq və stomatologiya kafedrasının baş müəllimi | |
12 | Quliyeva Tünzalə Vüqar qızı | Fakültə TEC-nin sədri | |
13 | Kərimova Nigar Elşən qızı | Fakültə Tələbə Həmkarlar Təşkilatının sədri | |
14 | Yusifova Aygün Əli qızı | Fakültə Tələbə Gənclər Təşkilatının sədri | |
15 | Quliyeva Nuray Ramin qızı | Fakültə YAP Gənclər Təşkilatının sədri |
Əlaqə
Ünvan: | Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti
Universitet şəhərciyi, AZ 7012
|
|
Tel.: | (+99436) 544-08-61; Daxili: 27 00 |