Fakültə haqqında

Naxçıvan Dövlət Universitetində  Xarici dillər fakültəsi müstəqil olaraq 2020-ci ildən fəaliyyətə başlamışdır. Əvvəlki adı “Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi” olan bu fakültənin tarixi çoxşaxəlidir. Belə ki, ilkin olaraq , 1998-1999-cu tədris ilində  Tarix-Filologiya fakültəsinin nəzdində İngilis və Fransız dili ixtisasları, 2000-2001-ci tədris ilində Alman dili, 2001-2002 -ci tədris ilində Rus dili, 2003-2004 -cü tədris ilində isə Ərəb dili ixtisasları üzrə kadr hazırlığına başlanmışdır. 2006-cı ildən etibarən isə Tarix-Filologiya fakültəsinin nəzdindən ayrılaraq, Xarici dillər fakültəsi kimi fəaliyyətini davam etdirmişdir. 2007-2008-ci tədris ilində fakültədə yeni bir ixtisas olan Fars dili  ixtisası üzrə kadr  hazırlığına başlanmışdır. 2008 -ci ildən 2020-ci ilə qədər Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi kimi fəaliyyət göstərmişdir.

Xarici dillər fakültəsi tabeliyində 4 kafedra fəaliyyət göstərməkdədir : “İngilis dili və tərcümə”, “İngilis dili və metodika”, “Roman-German dilləri”, “Rus və Şərq dilləri”. Fakültədə professor-müəllim heyətinin sayı 49-dur. Onlardan 8 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 15 nəfəri baş müəllim, 28 nəfəri isə müəllimdir. Fakültədə Xarici dil müəllimliyi: ( İngilis dili), (Fransız dili), (Alman dili), (Rus dili) və Tərcümə: (İngilis -Azərbaycan dilləri) , (Ərəb-Azərbaycan dilləri) , (Fars- Azərbaycan dilləri) ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.

Fakültənin müasir tələblərə cavab verən maddi-texniki bazası mövcuddur. Burada 80 yerlik iclas zalı , 80 yerlik auditorium ,elektron kürsülü auditoriya ,  ən müasir avadanlıqlarla təchiz olunmuş komputer otağı, 2 linqafon kabinəsi və elektron lövhələrlə təchizatlandırılmış auditoriyalar mövcuddur.Hal-hazırda Xarici dillər fakültəsində  9 mərkəz fəaliyyət göstərməkdədir: ”Tədris-metodiki mərkəz” “Sinxron tərcümə mərkəzi” ,“Fransız dili ”, “İngilis dili ” , “Alman dili ”, “Rus dili ”, “Ərəb dili”, ”Fars dili ”  mərkəzləri və “Tərcümə mərkəzi”. Tərcümə mərkəzində müvafiq 6 dildə tərcümələr aparılır.  Yuxarıda adları sadalanmış dil mərkəzlərində tələbələrlə  dərsdən kənar məşğələlər, diskussiyalar, tədbirlər keçirilir. Dil mərkəzləri bədii əsərlər , professor-müəllim heyətinin elmi nəaliyyətləri , dərs vəsaitləri ilə təchiz olunmuşdur ki, tələbələr istədikləri vaxt bu vəsaitlərdən yararlana bilərlər.

Fakültədə  Xarici ölkə ədəbiyyatı kabinəsi mövcuddur.Əsasən , İngilis və Amerika ədəbiyyatına aid olan bədii əsərlər , tərcümə əsərləri tələbələrin dərsdən kənar mütailələri, fəaliyyətləri üçün olduqca faydalıdır.

Xarici dillər fakültəsinin dekanı –Qulubəyli Şirməmməd Qüdrət oğlu

Xarici dillər fakültəsinin dekan müavini – Paşayeva Səkinə Rasim qızı

Xarici dillər fakültəsinin akademik məsləhətçisi – Əsədova Birgül Ələkbər qızı

KAFEDRALAR

        “İngilis dili və tərcümə” kafedrasının tərkibi

İngilis dili kafedrası 1998 ci ildə təşkil olunmuş, 2015-ci ildən etibarən isə ixtisaslaşmaya əsasən “ İngilis dili və tərcümə”, “İngilis dili və metodika” kafedraları olaraq fəaliyyət göstərməyə başlamışdır.

Hazırda ”İngilis dili və tərcümə” kafedrasına filologiya üzrə fəlsəfə doktoru, dosentİ.M.Məmmədova rəhbərlik edir. Kafedrada 14 nəfər müəllim və 1 laborant çalışır.  14  nəfər müəllimdən 4 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 3 nəfəri baş müəllim, 7 nəfəri isə müəllimdir. Həmçinin 14 nəfər əməkdaşdan 5 nəfəri 0,5 ştat, 9 nəfəri isə tam ştat müəllim vəzifəsində çalışırlar. Kafedra əməkdalarından 7 nəfər müəllim  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində çalışırlar.

Kafedranın tərkib hissəsi

          “İngilis dili və metodika” kafedrası

2014/2015- ci tədris ilinin sonunda (13.07.2015-ci il tarixdə) “İngilis dili” kafedrasında dərs yükünün həddindən artıq çox olmasını nəzərə alaraq qeyd olunan kafedra bazasında “İngilis dili və tərcümə” və “İngilis dili və metodika” kafedraları yaradılmışdr. “İngilis dili və metodika” kafedrası 2 nəfər fəlsəfə doktoru (Mirhəsən Eminov və Şəhla Qurbanova), 3 nəfər baş müəllim (Elza Aşurova, Rahilə Bağırova, Rübabə Məmmədiva) və Paşayeva Sənəm müəllimə ilə fəaliyyətə başlamışdır. Kafedranın müdiri fəlsəfə doktoru, dosent Mirhəsən Seyidəli oğlu Eminov seçilmişdir.

Hazırda kafedrada ştat üzrə 13 nəfər tam ştat, 4 nəfər 0,5 ştat müəllim,  1nəfər baş laborant  və  5 nəfər saathesabı müəllim  fəaliyyət göstərir.  13 nəfər müəllimdən 3 nəfər baş müəllim, 10 nəfər müəllimdir. Kafedranın müəllimlərindən 9 nəfəri dissertantdır. Kafedra əməkdaşlarının çoxsayda tədris proqramı və bu proqramlara əsasən hazırlanmış dərs vəsaitləri nəşr olunmuşdur.

Kafedra əməkdaşlarının adları:

 

 

DİSSERTANTLAR: 

  1. Babayev Cavid Sabir oğlu
  2. Zeynalova Leyla Kazım qızı
  3. Orucova Dilbər İsgəndər qızı
  4. Paşayeva Səkinə Rasim qızı
  5. İsmayıllı Türkan Mehrac qızı
  6. Quliyeva Röya Seyfəddin qızı
  7. Sadiqova Sərcan İslam qızı
  8. İbrahimli Nərmin Qurban qızı
  9. Heydərova Nahidə Əbülfəz qızı

 

         Roman-german dilləri kafedrası

Naxçıvan Dövlət Universiteti nəzdində 16 sentyabr 1973-cü ildən 224 saylı əmrlə “Rus və xarici dillər” kafedrası, sonra 25 may 1995-ci ildən 132 saylı əmrlə digər xarici dillərin tədris saatlarının artması ilə əlaqədar “Qərbi Avropa və Şərq dilləri” və “Rus dili” kafederalarına bölünmüş, daha sonra 01.09.2003-cü ildə yenidən bölünərək “Avropa dilləri” və “Şərq dilləri” kafedrası, 11.04.2009-cu ildə isə yenidən bölünərək “İngilis dili” və “Roman-german dilləri” kafedrası adlandırılmışdır.

Hazırda “Roman-german dilləri” kafedrasında 2 ixtisas üzrə kadr hazırlığı aparılır – fransız dili müəllimliyi və alman dili müəllimliyi.

Haliyədə “Roman-german dilləri” kafedrasında 8 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 2 nəfər dosent, 2 nəfər fəlsəfə doktoru, 4 nəfər dissertant, 4 nəfər baş müəllim, 2 nəfər müəllimdir . 

        Kafedranın tərkib hissəsi

 

        “RUS VƏ ŞƏRQ DİLLƏRİ” KAFEDRASI

Hal-hazırda Naxçıvan Dövlət Universitetin “Rus və Şərq dilləri” kafedrası adlanan kafedra universitetin Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialı kimi yarandıqdan sonra, 06 aprel 1970-ci ildən 54 saylı əmrlə “Dil-ədəbiyyat” kafedrasına daxil edilmiş, 16 sentyabr 1973-cü ildən 224 saylı əmrlə “Rus və xarici dillər”, 25 may 1995-ci ildən 132 saylı əmrlə digər xarici dillərin tədris saatlarının artması ilə əlaqədar yenidən “Rus dili” kafedrası adlandırılmış, 01 mart 2004-cü il tarixdən 34 saylı əmrlə “Rus dili və ədəbiyyatı müəllimi” ixtisasının açılması ilə bağlı “Rus dili və ədəbiyyatı” adlandırılmışdır.

2000-2001-ci tədris ilindən başlayaraq Naxçıvan Muxtar Respublikasının və ölkəmizin digər regionlarının, o cümlədən qonşu dövlətlərin ehtiyacını nəzərə alaraq NDU-da “Rus dili və ədəbiyyatı müəllimi” ixtisası açılmışdır. 2009-2010-cu tədris ilindən yeni təhsil sisteminə keçidlə əlaqədar olaraq “Rus dili və ədəbiyyatı müəllimi” ixtisası “Rus dili müəllimliyi” ixtisasına çevrilmişdir.

2015-2016-cı tədris ilindən universitetin qeyri-ixtisaslarında rus dilinin tədrisi ləğv olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 24 may 2018-ci il tarixli 94 saylı qərarı ilə Naxçıvan Dövlət Universitetinin yeni Ştat cədvəli təsdiq olunduqdan sonra yeni Ştat cədvəlinə uyğun məsələyə Universitet Elmi Şurasında baxılmış, “Rus dili və ədəbiyyatı”, “Şərq dilləri və ədəbiyyatı” kafedraları birləşdirilərək “Rus və Şərq dilləri” kafedrası adlandırılmışdır (30 may 2018-ci il, protokol 09).

Haliyədə Rus və şərq dilləri kafedrasında  13 nəfər müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 3 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 1 nəfər  dosent, 1 nəfər fəlsəfə doktoru, 4 nəfər doktorant, 9 nəfər baş müəllim,  3 nəfər müəllimdir.

Kafedraya rəhbərlik

Naxçıvan  Dövlət Universitetinin rektorunun əmri ilə   2020-cı ilin noyabr  ayından etibarən Əliyev Ceyhun Ramiz oğlu “Rus və şərq dilləri” kafedrasının müdiri əvəzi təyin edilmiş və hal-hazırda “Rus və şərq dilləri” kafedrasına rəhbərlik edir.

  1. Əliyev Ceyhun Ramiz oğlu – müəlim , kafedra müdiri əvəzi
  2. Mirzəyeva Flora Əlixan qızı – müəllim (0.5 ştat)
  3. Quliyeva Lyudmila Mehdi qızı – müəllim (1 ştat)
  4. Zeynalov Arif Eynalı oğlu – baş müəllim (0.5 ştat)
  5. Bayramova Məlahət Abış qızı – baş müəllim (0.5 ştat)
  6. Əsgərova Rəmziyyə Qəzənfər qızı – baş müəllim (1 ştat)
  7. Abbasov Namiq Tarverdi oğlu – baş müəllim (1 ştat)
  8. Rəsulova Sədaqət Heydər qızı – baş müəllim, (1 ştat)
  9. Məmmədova Müşərrəf Cəfər qızı – müəllim (0.5 ştat)
  10. Əliyev İntiqam Əli oğlu – baş müəllim (1 ştat)
  11. Məmmədova Zeynəb Ramiz qızı – müəllim (1 ştat)
  12. Muradova Gültac Hüseyn qızı – müəllim (0.5 ştat)
  13. Axundov Ayaz Əli oğlu – müəllim    (1 ştat)
  14. Seyidov Rəşad Razmik oğlu – kabinə müdiri
  15. Qənbərova Nuridə Hüseyn qızı – laborant

ELMİ ŞURA

Naxçıvan Dövlət Universitetinin  Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin

 elmi şura üzvlərinin tərkibi

elmi şura üzvlərinin tərkibi:
Soyadı,adı və ata adı Vəzifəsi
1. Qulubəyli Şirməmməd Qüdrət oğlu Filologiya üzrə fəlsəfə doktoru, dosent  sədr
2. Paşayeva Səkinə Rasim qızı müəllim, sədr müavini
3. Səfərova Leyla Abbas qızı Filologiya üzrə fəlsəfə doktoru ,elmi katib
4. Məmmədova İlhamə Mayis qızı kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent. , üzv
5. Əsgərova Məhsəti Qasım qızı kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent. , üzv
6. Babayev Cavid Sabir oğlu kafedra müdiri əvəzi , üzv
7. Əliyev Ceyhun Ramiz oğlu kafedra müdiri əvəzi , üzv
8. Quliyeva Ceyran Manaf qızı filologiya fəlsəfə doktoru, dosent, üzv
9. Allahverdiyev Əli Lazım oğlu filologiya üzrə fəlsəfə doktoru dosent üzv
10. Cəlilzadə Aidə Məmməd qızı Baş müəllim,üzv
11. Abbasova Kövsər Məmməd qızı Baş müəllim, üzv
12. Qasımov Roman Rəfail oğlu Tələbə elmi cəmiyyətinin sədri
13. Allahverdiyeva Fəridə Adəm qızı Tələbə gənclər təşkilatının sədri
14. Hüseynova Fazilə Xaliq qızı Tələbə həmkarlar təşkilatının sədri
15. Məmmədova Nuray Mehbalı qızı Fakültə YAP gənclər təşkilatının sədri

 

Əlaqə

Ünvan:

Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti

Universitet şəhərciyi, AZ 7012

 

Tel.:  (+99436) 544-08-61;    Daxili: 22 00