İsmayıllı Fatimə Zahid qızı

 Fatimə Zahid qızı İsmayıllı 1996-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayon Cəhri kəndində anadan olmuşdur. 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirmişdir. 2017-2019-cu illərdə isə Naxçıvan Dövlət Universitetində Dilşünaslıq (ingilis dili) üzrə magistr dərəcəsini bitirmişdir.

2017-2019-cu illərdə Naxçıvan Dövlət Televiziya və Radio verilişləri Komitəsində ingilis dilində yayımlanan “Nakhchivan News” xəbərlər proqramının tərcüməçi və aparıcısı kimi fəaliyyət göstərmişdir.

2019-cu ildən etibarən “Naxçıvan” Universitetində ingilis dili müəllimi kimi fəaliyyət göstərir.

2022-ci ildən isə Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.