Çağdaş dövrdə ənənəvi və elektron kitabxanaların təşkili: reallıqlar və perspektivlər mövzusunda elmi-nəzəri seminar keçirilib

Çağdaş dövrdə ənənəvi və elektron kitabxanaların təşkili: reallıqlar və perspektivlər mövzusunda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universitetində “Çağdaş dövrdə ənənəvi və elektron kitabxanaların təşkili: reallıqlar və perspektivlər” mövzusunda elmi-nəzəri seminar keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsi istifadəçilərə dünya informasiya məkanına daxil olması baxımında daha geniş imkanlar yaradır. Rektor kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasətindən bəhs edib.

Sonra Naxçıvan Dövlət Universitetinin Elmi Kiatbxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova “NDU Elmi Kiatbxanasının ənənəvi və elektron kitabxana sistemindəki yeri” mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd edib ki, 1968-ci il aprel ayının 23-dən fəaliyyət göstərən universitet Elmi Kitabxanası 2013-cü il iyulun 9-dan elektron kitabxana kimi fəaliyyətə başlayıb.

Sonra muxtar respublikada və ali təhsil müəssisələrindəki kitabxanaların direktorlar və müdirlərinin çıxışları dinlənilib.

Leave a Reply

Your email address will not be published.