Fizika ixtisasının 50 illik məzunları Naxçıvan Dövlət Universitetində görüşüblər

Fizika ixtisasının 50 illik məzunları Naxçıvan Dövlət Universitetində görüşüblər

Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika ixtisası üzrə ilk məzunları Naxçıvan Dövlət Universitetində olublar. Universitetin rektoru Elbrus İsayev onlarla görüşüb. 50 il bundan öncə Fizika ixtisasını bitirən məzunları salamlayan rektor onları uzun illərdən sonra ali təhsil ocağında birlikdə görməkdən sevinc və qürur duyduğunu bildirib. Ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan söhbət açan Elbrus İsayev universitetin genişlənən beynəlxalq əlaqələri, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib.

Məzunlar arasında sıx əlaqələrin qurulmasının çox əhəmiyyətli və faydalı nəticələr verəcəyini bildirən rektor bu cür mənəvi-əxlaqi dəyərlərin qorunaraq gənc nəsilə ötürülməsinin vacibliyini vurğulayıb. Səmimi görüşə və söhbətə görə qonaqlara təşəkkür edən Elbrus İsayev bu ənənənin davamlı xarakter alacağına əminliyini ifadə edib.

Təcrübə və məzunlarla iş bölməsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Aynurə Seyidovanın təşkilatçılığı ilə keçirilən görüşdə iştirakdan məmnun olduqlarını qeyd edən məzunlar universitetdə son dövrlər gedən inkişafı yüksək dəyərləndiriblər. Tələbəlik illərini, müəllimlərini yad edib, xoş xatirələrini bölüşən məzunlar qayğısız gənclik illərinə qayıtdıqları, ehtiramla xatırlandıqları, onlara sevinc və fərəh dolu gün yaşatdıqları üçün tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Sonra gələcəyin fizikləri onları doğma fakültələrinin önündə gül-çiçəklə qarşılayıblar.  Məzunlar dərs keçdikləri fakültədə yenidən eyni parta arxasında əyləşərək 50 il bundan öncə onlara dərs deyən müəllimlərini bir daha dinləyiblər.

Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov müəllimlərini salamlayıb və xoş xatirələrini dilə gətirib.

Fizika-riyaziyyat fakültəsində laboratoriya və kabinələrdə olan məzunlar onlara dərs deyən müəllimlərini bir daha dinləyiblər. Universitein Sosial mərkəzində çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı məzunlar tələbəlik illərini yad ediblər.

Leave a Reply

Your email address will not be published.