“Fizika-riyaziyyat” fakültəsinin tələbələrinə “Texnologiyanın müasir səviyyəsinə uyğun diferensial tənliklər və onların araşdırılması istiqamətində aparılan elmi tədqiqatlar” mövzusunda vebinar keçilib

 “Fizika-riyaziyyat” fakültəsinin tələbələrinə “Texnologiyanın müasir səviyyəsinə uyğun diferensial tənliklər və onların araşdırılması istiqamətində aparılan elmi tədqiqatlar” mövzusunda vebinar keçilib

Ali təhsil ocağında keçirilən tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Məftun İsmayılov Riyaziyyat və Mexanika İnstitu ilə olan birgə əməkdaşlıqdan söz açaraq keçirilən tədbirin mahiyyəti haqqında iştirakçıları məlumatlandırıb.

          Tədbirə onlayn qoşulan Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənliklər şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev “Texnologiyanın müasir səviyyəsinə uyğun diferensial tənliklər və onların araşdırılması istiqamətində aparılan elmi tədqiqatlar” mövzusunda çıxış edib. Bildirilib ki, Diferensial tənliklər qiymətlərin artması dinamikası, dəniz səviyyəsindən olan hündürlükdən asılı olaraq atmosfer təzyiqinin düşməsi, elektromaqnit impulslarının ötürülməsi proseslərində tətbiq olunur.

          Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.