Fransız yazıçısı Prosper Merimenin 220 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib

Fransız yazıçısı Prosper Merimenin 220 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib

Fransız yazıçısı Prosper Merimenin 220 illik yubileyi münasibətilə müəllifin “Karmen” əsərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və                                Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, Elxan Yurdoğlu XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü Prosper Merimenin həyat və yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb.

Diqqətə çatdırılıb ki, 220 illik yubileyi qeyd olunan fransız yazıçısı Prosper Merime realizm dövrünün novella ustadı hesab edilir. Çoxsaylı novella, povest müəllifi olan yazıçının ən məşhur əsərlərindən biri də “Karmen”dir. İspaniyada normal bir həyat yaşayan, lakin sonradan Karmen adlı qaraçı bir qıza aşiq olub bütün həyatını dəyişdirən, bu qız sayəsində sadə vətəndaşdan qorxulu quldura çevrilən don Xose Lizarra Benqoanın həyat hekayəsidir. Xose Karmen üçün bütün həyatını fəda edir lakin qızın hər zaman azad olmaq və istədiyi vaxt istədiyi adamla sevgili olmaq arzusunu gözardı edir. Bu da sonda onun üçün faciə ilə nəticələnir.

Tədbir daha sonra iştirakçıların suallarının cavablandırılması və mövzu ilə bağlı müzakirələrlə davam edib.

Leave a Reply

Your email address will not be published.