Full Width Blog

Feb
23

Britaniya Şurasının Cənubi Qafqaz üzrə İmtahanlar Meneceri Naxçıvan Dövlət Universitetində olub

Britaniya Şurasının Cənubi Qafqaz üzrə İmtahanlar Meneceri Nərgiz Əkbərova Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsinin və ingilisdilli ixtisasların müəllim və tələbələri ilə görüşüb. Görüşdə Nərgiz Əkbərova Britaniya Şurası (BŞ) ilə tərəfdaşlıq əsasında təşkil olunan IELTS imtahanlarının təşkilinə dair əsas məqsədlərdən danışıb. Bildirilib ki, tədris prosesində IELTS sertifikatı kimi akkreditasiya olunmuş beynəlxalq dil sertifikatlarının təşviqi və [...]
By NduEdu | Təhsil
DETAIL
Feb
23

Naxçıvan Dövlət Universitetində “Soyqırım cinayəti: hüquq müstəvisində” adlı panel müzakirə keçirilib

Naxçıvan Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Soyqırım cinayəti: hüquq müstəvisində" adlı panel müzakirə keçirilib. Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımovun moderator olduğu panel müzakirədə Naxçıvan MR Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Naxçıvan MR Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilov, Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü Mircəlal Seyidov iştirak edib.
By NduEdu | Təhsil
DETAIL
Feb
23

Naxçıvan Dövlət Universitetinin 64 ixtisas üzrə təhsil alan 153 magistrantı elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdə iştirak edəcək

NDU-da magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinə həsr edilən konfrans keçirilib.           Konfransda universitetin rektoru Elbrus İsayev qeyd edib ki, magistratura səviyyəsində elmi-pedaqoji  və elmi-tədqiqat təcrübəsi magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Rektor hər bir magistranta  kitabxanalardan maksimum istifadə etməyi, dissertasiya mövzularına uyğun ədəbiyyatlardan yararlanmağı tövsiyyə edib.           Sonra Pedaqoji fakültənin məsləhətçi professoru, pedaqogika [...]
By NduEdu | Təhsil
DETAIL
Feb
23

Naxçıvan Dövlət Universitetinin əməkdaşları IBM-in təlimçi sertifikatını əldə ediblər

NDU-nun əməkdaşları IBM-in  “Data Science” təlimində iştirak edərək həmin sahə üzrə təlimçi (instructor) sertifikatı əldə ediblər           Ali təhsil müəssisəsinin əməkdaşları - Vüqar Salmanov, Zümrüd Səfərova, Səriyə Qasımova, Gültac Zeynalzadə, Rəşad Rüstəmov və Şəhriyar Quliyev 22 yanvar-02 fevral tarixlərində IBM-in təlimçiləri tərəfindən keçirilən “Data Science” kursunda iştirak edərək  “Data Science Practitioner Certificate-Instructor” sertifikatı əldə ediblər.
By NduEdu | Təhsil
DETAIL
Feb
23

Səlahiyyətli nümayəndə “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrin suallarını cavablandırıb

Fevralın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Dövlət Universitetində keçirilən “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin və universitetin nəzdində fəaliyyət göstərən kolleclərin tələbələri iştirak ediblər. Görüşdə çıxış edən səlahiyyətli nümayəndə universitet tələbələri ilə əvvəlki görüşləri xatırlayaraq ötən dövrdə [...]
By NduEdu | Təhsil
DETAIL
Feb
22

Naxçıvan Dövlət Universitetində 2023-2024-cü tədris ilinin ikinci yarısında keçiriləcək istehsalat təcrübələrinin başlanğıc konfransı keçirilib

Konfransda ali təhsil müəssisəsinin professor müəllim heyəti, təcrübə rəhbərləri, təcrübəçi tələbələrlə yanaşı təcrübə bazalarının əməkdaşları da iştirak edib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, də istehsalat təcrübəsi tələbələrin yüksək səviyyəli mütəxəssislər kimi yetişmələrinə xidmət edir. Rektor bildirib ki,  universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm bir hadisədir, gələcəkdə müəllim olmağa və [...]
By NduEdu | Təhsil
DETAIL
Feb
22

Tibb fakültəsində Tarıyel Talıbovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin professoru Tarıyel Talıbovun 75 illik yubileyi qeyd olunub.           Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev pedaqoji kollektivlə yanaşı tələbələrin də dərin hörmət və rəğbətini qazanan yubilyarın tutduğu vəzifədə də daim dinamik inkişafa nail olduğunu vurğulayıb. Rekor yubilyarı 75 illik yubileyi münasibətilə təbrik edərək, universitetin fəxri fərmanını təqdim edib. [...]
By NduEdu | Təhsil
DETAIL
Feb
22

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin dekanı Şirməmməd Qulubəylinin 70 illik yubileyi qeyd edilib

Ali təhsil müəssisəsində Xarici dillər fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəylinin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə universitetin rektoru Elbrus İsayev yubilyarı yubileyi münasibətilə təbrik edərək, Xarici dillər fakültəsinin inkişafında Şirməmməd müəllimin xüsusi rolu olduğunu diqqətə çatdırıb. Rekor yubilyara universitetin fəxri fərmanını təqdim edib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. [...]
By NduEdu | Təhsil
DETAIL