Full Width Blog

Oct
26

Çağdaş dövrdə ənənəvi və elektron kitabxanaların təşkili: reallıqlar və perspektivlər mövzusunda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universitetində “Çağdaş dövrdə ənənəvi və elektron kitabxanaların təşkili: reallıqlar və perspektivlər” mövzusunda elmi-nəzəri seminar keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsi istifadəçilərə dünya informasiya məkanına daxil olması baxımında daha geniş imkanlar yaradır. Rektor kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi [...]
By NduEdu | Təhsil
DETAIL
Oct
26

I Özbəkistan-Azərbaycan Akademik Forumuna Naxçıvan Dövlət Universitetindən professor-müəllim heyəti də qatılıb

İpək Yolu Akademiyası və Cizak Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə  onlayn formatda Təhsil Tədqiqatları və İnnovasiyalar üzrə I Özbəkistan-Azərbaycan Akademik Forumu keçirilib. Forumda Özbəkistan və Azərbaycan Universitetlərinin hər birindən 20 nəfər olmaqla ümumilikdə 40 nəfər alimin məruzəsi dinlənilib. Forumun keçirilməsində məqsəd mədəniyyətlərarası maarifləndirməni asanlaşdırmaq, beynəlxalq mübadilələri təşviq etmək, yeni araşdırmaları paylaşmaqdır. 21 oktyabr -Özbək dili [...]
By NduEdu | Təhsil
DETAIL
Oct
26

Ali təhsil ocağının müəllimi Kifayət Hüseynovanın 65 illik yubileyi keçirilib

Naxçıvan Dövlət Universitetində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Kifayət Hüseynovanın 65 illik yubileyi qeyd edilib. Bu münasibətlə baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev bildirib ki, Kifayət müəllim uzun illər universitetdə çalışıb və ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə və peşəkar kadr hazırlığının təşkilinə həsr edib. Diqqətə çatdırılıb ki, öz bilik və bacarığı ilə [...]
By NduEdu | Təhsil
DETAIL
Oct
24

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən NDU-da “Heydər Əliyev İli” ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə universitetin müəllim və tələbə kollektivi üçün “Maliyyə savadlılığı layihəsi” çərçivəsində “Açıq bankçılıq” mövzusunda təlim keçirilib. Təlimdə universitetin rektoru, dosent Elbrus İsayev Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinin [...]
By NduEdu | Təhsil
DETAIL
Oct
24

Doktorant və Dissertantların nəzərinə!

29-30 noyabr 2023-cü il tarixlərində saat 15:00-da  «İxtisas» fənnindən doktorluq imtahanlarının keçirilməsi nəzərdə tutulub…

By NduEdu | Elan
DETAIL
Oct
23

“Azercell Tələbə Təqaüd proqramı-2024 Naxçıvan Dövlət Universitetində” adlı təqdimat keçirilib

Ali təhsil müəssisəsinin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı qonaqları salamlayaraq, keçirilən tədbirlərin gənclərin inkişafına və gələcək karyeralarına müsbət təsirindən danışıb, universitetimizdə mütəmadi keçirilən bu tədbirlərin tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini vurğulayıb. Azercell Telekom MMC-nin İnsan Kapitalının İdarə edilməsi departamenti, Biznes partnyorluq və Performansın idarə edilməsi şöbəsinin mütəxəssisləri Günay Quliyeva və Fatimə Abdullayeva [...]
By NduEdu | Təhsil
DETAIL
Oct
23

NDU Elmi Kitabxanasının əməkdaşı NMİ kitabxanasında təşkil olunmuş dəyirmi masada iştirak edib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının baş biblioqrafı Maral Babayeva Naxçıvan Müəllimlər İnstitutu kitabxanasında təşkil olunan “Azərbaycan kitabxana tarixində Heydər Əliyev mərhələsi” adlı dəyirmi masada iştirak edib. Tədbirdə “Heydər Əliyev və NDU Elmi Kitabxanasına bir baxış” mövzusu ilə çıxış edən baş biblioqraf ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və [...]
By NduEdu | Təhsil
DETAIL
Oct
23

Azərbaycanın tanınmış şair və dramaturqu Hüseyn Cavidin “İblis” əsəri müzakirə olunub

NDU Elmi Kitabxanasında “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şərəbanı Məmmədovanın təşkilatçılığı ilə  Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin “İblis” dörd aktlı faciəsinin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Şərəbanı Məmmədova Hüseyn Cavidin klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən bir sənətkar kimi göstərdiyi fəaliyyətdən […]

By NduEdu | Təhsil
DETAIL