Naxçıvan Dövlət Universitetində növbəti bilik yarışması nəqliyyat təhlükəsizliyinə həsr olunub
Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində keçirilən bilik yarışmasında fakültənin dekanı, professor Cavanşir Zeynalov çıxış edərək müasir dövrdə aktual bir mövzuya həsr olunan yarışmanı yüksək qiymətləndirib. Qeyd edilib ki, gənclərin yol hərəkəti qaydaları və nəqliyyat təhlükəsizliyinə dair bu cür maarifləndirici xarakter daşıyan yarışmalarda iştirak etməsi böyük əhəmiyyətə malikdir. Sonra yarışmaya start verilib. Tələbələrin maarifləndirilməsi [...]
DETAIL
Dek
22
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirilib
Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev baş tutan görüşdə fakültənin mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü diqqətə çatdırıb. Qeyd edilib ki, yaradılan, “Kompüter mühəndisliyi”, "İnformasiya texnologiyaları, “Elektrik və elektronika mühəndisliyi” "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları da bu sahədə mütəxəssislərin yetişməsi istiqamətində atılan mühüm addımdır. Rektor bildirib ki, universitetdə [...]
DETAIL
Dek
22
Pedaqoji fakültənin təşkilatçılığı ilə ilk dəfə olaraq “Kim daha cəsurdur?” adlı müsabiqə keçirilib
Naxçıvan Dövlət Universitetinin Sosial mərkəzində Pedaqoji fakültənin Fənlərin tədrisi metodikası və Texnologiya müəllimliyi kafedrasının təşkilatçılığı ilə ali təhsil müəssisəsində ilk dəfə olaraq “Kim daha cəsurdur?” adlı aşbazlıq müsabiqəsi keçirilib. Baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev həyata keçirilən müsabiqənin tələbələrin bacarıqlarının təkmilləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirib. Bu məqsədlə Texnologiyalar mərkəzində tələbələr üçün [...]
DETAIL
Dek
22
Xarici dillər fakültəsi tələbələrinin iştirakı ilə tamaşa baş tutub
Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsinin Tərcümə ixtisası üzrə təhsil alan tələbələr Aqil Abbasın Qarabağ müharibəsi mövzusunda qələmə aldığı Dolu romanı motivləri əsasında tamaşa hazırlayıb. Bu məqsədlə keçirilən tədbirdə fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli çıxışı zaman qeyd edib ki, tamaşa tələbələr arasında vətənpərvərlik hissinin daha da yüksəldilməsi, eyni zamanda onların [...]
DETAIL
Dek
19
“İribuynuzlu mal-qara embrionlarının alınması və transplantasiyasına dair rəhbərlik” adlı dərs vəsaitinin təqdimatı olub
Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti kafedrasının dosenti, baytarlıq üzrə fələsəfə doktoru Yunis Rüstəmlinin rus dilindən tərcümə etdiyi “İribuynuzlu mal-qara embrionlarının alınması və transplantasiyasına dair rəhbərlik” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı tədbirlər haqqında 22 fevral [...]
DETAIL
Dek
19
Naxçıvan Dövlət Universitetinin kollektivi “Muzey günləri” çərçivəsində Qarabağlar Türbə Kompleksində olublar
Ziyarətçilərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib. Bildirilib ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, [...]
DETAIL
Dek
19
Naxçıvan Dövlət Universiteti ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi arasında birgə əməkdaşlığa dair momerandum imzalanıb
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov, Mərkəzin direktor müavini Nəzərli Ceyhun və Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Abdıyeva Yazgül Naxçıvan Dövlət Universitetində olublar. Universitetin rektoru Elbrus İsayev və Mərkəzin nümayəndələri arasında ali təhsil müəssisəsinin tədris sistemi, inkişaf potensialı və tibb sahəsində [...]
DETAIL
Dek
19
Naxçıvan Dövlət Universiteti “İnnovativ Stomatologiyada müalicə Protokolları” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib
“İnnovativ Stomatologiyada müalicə Protokolları” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransdan əvvəl qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan konfransda giriş nitqi ilə çıxış edən universitetin rektoru Elbrus İsayev iştirakçıları salamlayaraq diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində bu [...]
DETAIL