Naxçıvan Dövlət Universiteti tələbələri layihələrin yazılma qaydaları barədə təlimdə iştirak ediblər
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Layihələrin yazılması və idarə olunması qaydaları” barədə onlayn təlim keçirilib. Təlimi Layihələrin yazılması idarəçiliyi və maliyyə savadlılığı üzrə təlimçi-ekspert Azad Manaflı keçib. Təlimdə çıxış edən universitet TGT-nin sədri Əziz Qasımov tələbələrin belə təşəbbüslərini qiymətləndirib və təlimin işinə uğurlar arzulayıb. [...]
DETAIL
NDU-nun Xarici dillər fakültəsində olan məktəblilər xarici dilin öyrənilməsinin əhəmiyyəti adlı maarifləndirici tədbirdə iştirak ediblər
M.T.Sidqi adına 4 saylı orta məktəbin şagirdləri və təcrübəçi tələbələri Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində olublar. Fakültə haqqında ümumi məlumat verildikdən sonra şagirdlər fakültədə mövcud olan maddi-texniki baza ilə tanış olublar. “Xarici dilin öyrənilməsinin məqsəd və əhəmiyyəti” adlı tədbirdə abituriyentlər xarici dili öyrənməyin vacib məqamları haqda məlumatlandırılıb. Fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent [...]
DETAIL
Naxçıvan Dövlət Universiteti müəlliminin dilçilik sahəsi olan-onomastikaya dair elmi məqaləsi İtaliyada nəşr olunub
Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayevin “Onomastikanın üslub imkanları” (Stylistic opportunities of onomastics”) adlı elmi məqaləsi İtaliyanın Florensiya şəhərində işıq üzü görüb. Müəllif məqalədə dilçilik sahəsi olan onomastikanın yaratdığı üslub vasitələrini araşdırıb. Məqalədə belə bir qənaətə gəlinib ki, insan ad və familyaları, şəhər, kənd, ölkə kimi yer adları metonimiya, metafor, [...]
DETAIL
Naxçıvan Dövlət Universitetinin tələbələri “Python” dilində proqramlaşdırma onlayn kursunda iştirak edərək sertifikat əldə ediblər
Universitetin Memarlıq və mühəndislik fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə II kurs tələbələri Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi Səminə Rüstəmovanın rəhbərliyi ilə “Python” proqramlaşdırma dilinin başlanğıc səviyyəsi üçün onlayn kursda iştirak edərək sertifikat əldə ediblər. Qeyd edək ki, tələbələrin gələcəkdə məqsədləri Python proqramlaşdırma dilini tam öyrənərək kursda iştirak edib diplom almaqdır.
DETAIL
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə “Vətəndaş cəmiyyətində debat”(DVC) ictimai birliyi arasında onlayn əməkdaşlıq görüşü keçirilib
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov tələbələr arasında təşkil edilən belə görüşlərin onların təcrübələrinin artmasına və dünyagörüşlərinin formalaşmasına müsbət təsir göstərdiyini bildirib. Qeyd edilib ki, görüş tərəfdaşlar arasında birgə layihə və proqramların həyata keçirilməsi, iş təcrübəsinin öyrənilməsi məqsədilə ictimai birliyin aparıcı proqramlarından olan Milli Debat Proqramı çərçivəsində müxtəlif sahələr üzrə debat yarışlarının, forumların, gənclərin [...]
DETAIL
Naxçıvan Dövlət Universitetində İkinci Dünya müharibəsindən sonra muxtar respublikanın sosial-iqtisadi inkişafına dair yeni kitabın təqdimatı olub
Bu münasibətilə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında tarixçi kadrların hazırlanmasında Tarix kafedralarının xüsusi çəkisi olduğuna diqqəti çəkərək bu sahədə yeni araşdırmaların aparılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, bu gün təqdimatı keçirilən “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynovun “İkinci dünya müharibəsindən sonra Naxçıvan Muxtar Respublikasının soaial-iqtisadi və mədəni inkişafı” [...]
DETAIL
Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında “Nanobiotexnologiya və Sağlamlıq tətbiqləri” mövzusunda vebinar təlim keçirilib
Vebinarda çıxış edən Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov iki ali təhsil ocağı arasındakı beynəlxalq əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırılıb ki, ötən il universitetin bir qrup heyətinin qardaş Türkiyəyə səfəri çərçivəsində Yıldız Texnik Universiteti ilə təhsil sahəsində bir sıra müqavilələr imzalanıb. Prorektor iki universitet arasında mütəmadi olaraq müxtəlif sahələr üzrə [...]
DETAIL
Ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb
Bu məqsədlə Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener –Trexo Naxçıvan Dövlət Universitetində olub. Ali təhsil ocağının Diplomatiya kabinəsində keçirilən görüşdə çıxış edən universitetin rektoru Elbrus İsayev qonağı salamlayaraq artıq universitetdə ikinci dəfədir görməkdən məmnunluğunu ifadə edib. Rektor IELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlamasını muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri və ictimaiyyət [...]
DETAIL