Full Width Blog

Naxçıvan Dövlət Universiteti tələbəsinin muxtar respublikada ilk dəfə olaraq zərgərlik məmulatlarına dair fərdi sərgisi təşkil edilib

Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq “Rəngkarlıq” ixtisası üzrə IV kurs tələbəsi Eldar Hüseynovun qızıl aksesuarları və zərgərlik məmulatlarından ibarət fərdi sərgisi təşkil edilib. Universitetin İncəsənət fakültəsinin sərgi salonunda keçirilən tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev fakültədə müxtəlif səpkidə, rəngarəng üslubda təqdim edilən sərgilərin keçirilməsinin ənənə halı aldığını qeyd edib. Bildirilib ki, müəllimlər [...]
By NduEdu | Təhsil
DETAIL

Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamış, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulmuşdur. İyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. Naxçıvan Dövlət [...]
By NduEdu | texnopark
DETAIL

Naxçıvan Dövlət Universitetində “Vərəmum (Propolis) təbii şəfa qaynağı” adlı kitabın təqdimatı keçirilib

Universitetin Elmi Kitabxanasında baş tutan tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, biologiya üzrə fəlsəfə doktoru  Mürsəl Seyidov və arıçı Etibar Məmmədovun həmmüəllif olduqları kitabın elmi və təcrübi əhəmiyyətini xüsusilə qeyd edib. Vurğulanıb ki,  bu gün tibb elmi inkişaf  etsə [...]
By NduEdu | Təhsil
DETAIL

Naxçvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Honq Konqda dərc olunub

Naxçvan Dövlət Universiteti “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əsədullasoy (Quliyeva) un elmi məqaləsi Honq Konqda “Ədəbiyyatda axtarışlar” “Advances in literary study” adlı jurnalda dərc olunub. Məqalədə XIX əsrin sonu və XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin publisistik üslubu araşdırılıb. Müəllif ədəbi dilin inkişafında müstəsna rolu olan [...]
By NduEdu | Təhsil
DETAIL

Naxçıvan Dövlət Universiteti müəlliminin 60 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində "Ümumi və nəzəri fizika" kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru, dosent Nailə Qardaşbəyovanın 60 illik yubileyi qeyd edilib. Yubileyi giriş sözü ilə açan universitetin Tədris və Tərbiyə işləri üzrə  prorektoru Rafiq Rəhimov Nailə Qardaşbəyovanın elmi- pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. Yubliyarı təbrik edən prorektor ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edərək universitetin fəxri fərmanını [...]
By NduEdu | Təhsil
DETAIL

Naxçıvan Dövlət Universitetində “Dünya qəfil işıqlansa” tamaşası nümayiş etdirilib

Universitetin İncəsənət fakültəsində Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında “Dünya qəfil işıqlansa” tamaşası ali təhsil ocağının “Aktyor sənəti” ixtisası üzrə III tələbələrinin iştirakı ilə baş tutub. Tamaşada sevilən şair Ramiz Rövşənin “Yağış yuyur gün qurudur”, “Yenə bu şəhərdə üz-üzə gəldik”, “Darıxır” , “Nə hirslə oxuyur bu quş”, “Bir səhər yuxudan durub” bundan başqa [...]
By NduEdu | Təhsil
DETAIL

Naxçıvan Dövlət Universitetində ümumtəhsil məktəblərinin texnologiya müəllimləri ixtisasartırma kurslarını uğurla başa vurublar

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov ali təhsil ocağında mütəmadi olaraq orta məktəb müəllimləri üçün ixtisasartırma kurslarının təşkil edildiyini qeyd edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və universitetin birgə təşkilatçılığı ilə “Texnologiya müəllimliyi” ixtisası üzrə ixtisasartırma kursunun müəllimlər üçün xüsusi əhəmiyyəti var. Vurğulanıb ki, [...]
By NduEdu | Təhsil
DETAIL

Ali təhsil ocağının “Kimya” kafedrasında “Stibium selen nazik təbəqələrinin işıqda və qaranlıqda fotoelektrokimyəvi xassələrinin tədqiqi” mövzusunda elmi- nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universitetinin “Kimya” kafedrasında keçirilən elmi -nəzəri seminarı giriş sözü ilə açan Kimya kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru dosent Şəmil Mahmudov bu cür seminarların mühüm əhəmiyyət daşıdığını diqqətə çəkib. Kafedranın müəllimi, kimya üzrə fəlsəfə doktoru Pərvin Quliyev qeyd edib ki, müxtəlif metodlar arasında elektrokimyəvi sintez metodu nazik təbəqələrin hazırlanması üçün ən optimal metodlardandır. [...]
By NduEdu | Təhsil
DETAIL