Gənc tədqiqatçının elmi məqaləsi Thomson Reuters Master indeksinə daxil olan beynəlxalq jurnalda dərc edilib

Gənc tədqiqatçının elmi məqaləsi Thomson Reuters Master indeksinə daxil olan beynəlxalq jurnalda dərc edilib

Thomson Reuters Master və Scientific Indexing Services beynəlxalq indekslərinə daxil olan və Meksikada nəşr olunan “Revista Dilemas Contemporaneos: Educacion, Politica y Valores”  jurnalının növbəti sayında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının əməkdaşı, gənc tədqiqatçı  Arzu Abdullayevin “XIX əsr Naxçıvan şəhərinin məhəllələr üzrə təsviri” adlı məqaləsi dərc olunub. İngilis dilində dərc olunan məqalədə XIX əsrdə Azərbaycanda mövcud olan 10 şəhərdən biri olan Naxçıvan şəhərində yerləşən məhələlər, onların hazırda yerləşdiyi ərazilərdən bəhs olunur. Tədqiqatçı o dövrə aid mənbələrə və eləcə də arxiv sənədlərinə istinad edərək XIX əsrdə Naxçıvan şəhərində 13 məhəllənin olduğunu  qeyd edir.