“Gənclər təşkilatlarının 2022-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” düşərgəsində Naxçıvan Dövlət Universitetinin gənclər təşkilatları qalib olub
24-26 sentyabr tarixlərində Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə “Gənclər təşkilatlarının 2022-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” düşərgəsi keçirilib. Düşərgədə Naxçıvan Dövlət Universitetinin gənclər təşkilatlarının nümayəndələri fəal iştirak ediblər. Belə ki, müxtəlif səpkili təlim və seminarların keçirildiyi düşərgədə Naxçıvan Dövlət Universitetinin gənclər təşkilatlarının hazırladıqları fəaliyyət strategiyası öz kreativliyinə, reallığına, daha çox kütləyə çatması və təqdimat kimi meyarlara əsasən düşərgənin qalibi olub.
Qeyd edək ki, düşərgədə Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının Gənclər Birliyi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatının nümayəndələri iştirak ediblər.