“Gözəllik aşiqi” adlı albom katoloqunun təqdimat mərasimi keçirilib

“Gözəllik aşiqi” adlı albom katoloqunun təqdimat mərasimi keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Naxçıvan Muxtar respublikasının Əməkdar rəssamı, universitetin İncəsənət fakültəsinin dekanı, dosent Cavid İsmayılovun Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərsəyə gətirdiyi “Gözəllik aşiqi” adlı albom katoloqunun təqdimat mərasimi keçirilib.

Elm və İnnovasiyalar üzrə prorektoru Elsəvər Əsədov və Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev rəssamı təbrik edərək, ona yaradıcılıq uğurları arzulayıblar.

Təsviri incəsənət kafedrasının professoru, Xalq rəssamı Hüseynqulu Əliyev qeyd edib ki, portret, peyzaj, kompozisiya, natūrmort janrlarında rəsmlər çəkən Cavid İsmayılov seçdiyi mövzuları dağ-təbiət mənzərələrinin fonunda təqdim etməyə üstünlük verir. Professor həmçinin diqqətə çatdırıb ki, rəssamın əsərlərində Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın birgə portretinin Naxçıvanın yaz mənzərələrinin fonunda təqdim edilməsi müəllifin așılamaq istədiyi şəxsiyyətin daxili mənəvi zənginliyini üzə çıxarmağa uğurla xidmət edir.

AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun əməkdar rəssamın ictimaiyyətə təqdim olunduğu kataloq haqda fikrlərini səsləndirib.

Əməkdar rəssam Cavid İsmayılov təqdimatda iştirak edən hər kəsə öz minnətdarlığını ifadə edib.

Leave a Reply

Your email address will not be published.